Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2017

İNSAN TƏKAMÜLÜNÜN ƏSAS DAYAĞI

İslam peyğəmbərindən (s) öncəki peyğəmbərlər (ə) də namaz və zəkat hökmlərinin icrasına əmr olunmuşdur.
Namaz və zəkat təkcə İslam ümmətinə məxsus olmamışdır. İslam peyğəmbərindən (s) öncəki peyğəmbərlər (ə) də namaz və zəkat hökmlərinin icrasına əmr olunmuşdur. “O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” ("Məryəm", 31). Həzrət İsanın (ə) öz tərəfdarlarına belə dediyi nəql olunmuşdur: "Allah mənə namaz qılmağı, oruc tutmağı tövsiyə etmişdir". Bu, Quran ayələrindən də aydın olur. Quranda oxuyuruq: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183)
Bu, göstərir ki, hər zaman insanın mənəvi həyatının əsasını təşkil edən namaz lazım olduğu kimi, insan və Allah arasında mənəvi əlaqəni təmin etdiyi kimi, zəkat lazım olduğu kimi, insanın malını təmizlədiyi kimi, oruc da vacib və zəruridir. Bu, insan təkamülünün, mənəvi yüksəlişinin əsas dayaqlarındandır. Əks-təqdirdə zaman keçdikcə, müxtəlif dinlər dəyişildikcə bu xətt sabit qalmazdı.
Əlbəttə, oruc müxtəlif dinlərdə, müxtəlif zamanlarda, müxtəlif şəkillərdə olmuşdur. Amma aclıq çəkmək, içərini qidasız saxlamaq, dodağı, ağızı müəyyən saatlarda cismani meyllərin üzünə bağlamaq müxtəlif oruc ayinində olan müştərək cəhətdir. Demək, oruc mənəvi yüksəlişdə, ruhun təkamülündə, insanın hidayət və tərbiyəsində başlıca rükndür.

İslam İnqilabının Rəhbəri


4534 بازدید
در حال ارسال اطلاعات...