Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2017

BÖYÜK CİHAD

Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça ki, kimsəyə zülm etmək fikrində olmaya
İnsanın ən böyük düşməni nəfsdir. O, daim əqllə savaşdadır. Nəfslə mübarizə aparmaq insan taleyində olduqca əhəmiyyət kəsb edən bir məsələdir. Nəfsini məğlub etməyən şəxs həqiqətə zidd düşüncələri və əməlləri hesabına cəhənnəm odunu dadasıdır. Nəfslə mübarizə o qədər mühümdür ki, İslam Peyğəmbəri (s) silahlı cihadı «kiçik cihad», nəfslə cihadı isə «böyük cihad» adlandırmışdır.
Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça ki, kimsəyə zülm etmək fikrində olmaya».
Nəfslə cihadın silahlı cihaddan üç üstünlüyünü qeyd etmək olar:
1. Bütün ibadətlərdə, hətta silahlı cihadın özündə də nəfslə mübarizəyə ehtiyac var. Silahlı cihadda, namazda və digər ibadətlərdə insanın niyyəti Allahla yaxınlıq olmalıdır. İnsan bu niyyəti qorumaq üçün daim nəfslə mübarizə aparmalıdır.
2. Silahlı cihad həmişə olmur, amma nəfslə cihad daimidir. Silahlı cihad «kifayi» vacibdir. Yəni, ordunun ehtiyacı ödəndikdən sonra kimsə üçün cihad vacib olmur. Amma nəfslə cihad «eyni» vacibdir. Yəni, bu vəzifə bir an olsun belə, insanın öhdəsindən götürülmür.
3. Silahlı cihadda insan şəhadətə yetməklə ən ali məqama nail olur. Amma nəfslə cihad ömrün sonunadək əzab və əziyyətlərlə müşayiət olunur.


7932 بازدید
در حال ارسال اطلاعات...