Həzrət Yusif (ə) heç bir şahidi olmadığı halda Allah-Təala onu südəmər körpə vasitəsiylə qüvvətləndirdi
Ariflərdən biri haqqında nəql olunur ki, hövzədəki dərs yoldaşı onun otağına daxil olarkən onun səcdədə "Həsən" adını tez – tez zikr etdiyinin şahidi olur. Fürsət tapıb ondan bunun sirrini soruşmaq istəyir. Amma səcdələr uzun çəkdiyindən otaqdan çıxmalı olur. Bir müddət sonra otağa yenidən daxil olub arif dostundan bunun sirrini soruşmağa çalışır. Arif dost deyir ki, mənim dostumun Həsən adlı oğlu var. O südəmər uşaqdır. Bir dəfə onun acıyarkən ağlayıb ağlamağı ilə süd istəməsini bildirməsinin şahidi oldum. Südəmər uşaqların hamısı belədir. Sonra düşündüm ki, ilahi, bu südəmər uşaq necə anasına təvəkkül edir hər işdə. Hər bir çətinliyi olanda – acıyanda, yatmaq istəyəndə, oynamaq istəyəndə, təhlükə hiss etdikdə bircə "ana" deməsi kifayət edir ki, ehtiyacı olan şeyə çata bilsin. O, bilir ki, istəyi valideynləri təərfindən həyta keçəcək.
Südəmər uşaqdan təvəkkül dərsi öyrənən arif hikmət sahibi bir insan idi. Çünki hikmət sahibləri belə məqamlarda nəticə çıxarmağı ilahi nemət hesab edirlər.
Üstəlik Allah-Mütəal bəzi vaxtlarda bala uşaqlar vasitəsiylə də böyük insanlara nələrsə öyrədir. Yetər ki, insan bundna düzgün nəticə çıxara bilsin. Məsələn, Həzrət Yusif (ə) heç bir şahidi olmadığı halda Allah-Təala onu südəmər körpə vasitəsiylə qüvvətləndirdi. Südəmər körpənin şəhadəti ilə bəraət qazandı Misir əzizinin qarşısında. Burada Yusif nəbinin şahidi çox tutuarlı dəlil idi. Çünki o, məsum bir uşaq idi, yalan deməzdi. Üstəlik o anda onun Allah-Təala tərəfindən dil açıb şahidlik verməsi hamıya məlum oldu. Şəhadəti də məntiqli olduğu üçün, heç böyüklərin ağlına gəlmədiyi üçün daha çox inandırıcı oldu.
Əslində hər birimiz həyatımızda xeyli sayda təvəkkül etmənin nümunələrinə ras gəlirik. Amma arif olmadığımız üçün bunun fərqinə vara bilmirik. Məsələn, adicə turistlərə, zəvvarlara baxdıqda, yaxud insan özü turist, zəvvar olduqda təvəkkülün həqiqətini anlaya bilər. Turis və zəvvar olan şəxs getdiyi ölkənin, şəhərinin, ziyarətgahın haqqında heç bir məlumata malik olmadığı halda təvəkkül edib söykənəcəyi bir nahiyə mövcuddur.
Elm tələbələrindən biri deyir mən özüm zəvvara baxarkən, onun rəftarından təvəkkül barədə özümə məxsus bir şəkildə nəticə çıxardım. Zəvvarın müqəddəs Kərbəla şəhərində hərəmin yolunu, ərəblərin dilini, şəhəri tanımadığını, otel işçiləri ilə bir kəlmə belə danışa bilmədiyini gördükdə onun təvəkkül etdiyi şəxs o an zehnimə gəldi. Həmin şəxs onları ziyarətə gətirən karvan başçısı idi. Zəvvarlar isə arxayın idilər ki, ziyarət zamanı deyilən zikrlərdən tutmuş, dükandan nəsə almağa qədər hər birisi karvan başçısına təvəkkül edib. O isə ərəblərlə sərbəst bir formada danışır, zəvvarlar üçün tərcümə edir, onları hərəmə aparır, otel rezerv edib otaqlarda onları yerləşdirir. Bir anlıq karvan başçısının bu zəvvar dəstəsinin üstündə olmadığını düşündüm. İlahi, bu insanlar necə başsız qalacaqlar qərib bir məmləkətdə.
Bütün Allah bəndələri bu cür olmalıdır. Onların Allaha təvəkkül etmələri zəvvarların karvan başçısına təvəkkül etmələrindən də güclü olmalıdır. Amma təəsüflər olsun ki, çox zaman qəflətə düşüb təvəkkül etməni unuduruq.