Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2017

QƏZƏB VƏ ƏSƏBİLİK

Qəzəb hər bir pisliyin açarıdır
İmamlarımız (ə) müxtəlif söhbətlərində bizi qəzəb və əsəbilikdən uzaqlaşdırıblar. O cümlədən: İmam Baqir (ə) buyurub: "Kim öz qəzəbini büruzə verə bildiyi halda onu boğarsa Allah-taala qiyamət günü onun ürəyini aramlıq və imanla doldurar". Eyni zamanda İmam Sadiqdən (ə) nəql edilmiş kəlamda buyurulur: "Qəzəb hər bir pisliyin (mənfi xüsusiyyətin, o cümlədən xəstəliyin) açarıdır." ("Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 769.)

QƏZƏB VƏ MƏDƏ YARASI

Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu mədə yarası əmələ gətirir.
Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək yaxşı həzm olunur. ("Öz həkimimiz olaq", səh. 195.)


4554 بازدید
در حال ارسال اطلاعات...