Qeybət, fəzilət sarayını viran edib tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğrayır
Qeybətin hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir qoyur. Əxlaqi dəyərlərə heç bir əhəmiyyət verməyən şəxslər başqalarının eyb və nöqsanlarını ifşa etməklə qəlblərini qırar və onlara ağır mənəvi zərbə vurarlar.
Qeybət, fəzilət sarayını viran edib tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğrayır. Bir sözlə bu xoşa gəlməz xüsusiyyət sağlam tərzi-təfəkkürü tam əvəz edərək, zehni düşünüb, daşınmaqdan məhrum edir.Əgər dəqiq araşdırma aparsaq görəcəyik ki, qeybət ictimiyyətə ağır zərbələr vurmuş, kin və düşmənçiliyin meydana gəlməsində mühüm rol oynamışdır. Qeybət geniş vüsət aldıqda hər bir millətin mənəviyyatını sual altına aparıb cəmiyyətdə təbəqələr arasında bərpa olunmaz fasilələr yaradır.
Lakin təəssüflər olsun ki, bu günlər qeybət geniş şəkildə yayılmış və cəmiyyətin bütün təbəqələri arasında dərin kök sala bilmişdir. Dünyada baş verən hadisələr bir-biri ilə əlaqəli olduğu kimi əgər ictimai təbəqələrdən birində hər-hansı bir çatışmamazlıq meydana gələrsə tez bir zamanda yolxucu xəstəliklərtək digər təbəqələrə də öz təsirini göstərmiş olur. Qeybətin geniş şəkildə yayılması nəticəsində ümidsizlik və bədbinlik cəmiyyətə hakim olur. Beləliklə, etimad hissi öz yerini inamsızlığa və etimadsızlığa vermiş olur. Bunun üçün də ictimaiyyətə yüksək əhval-ruhiyyə hakim olmayınca heç vaxt səmimiyyət əldə olunmayacaqdır. Əxlaqi dəyərlərdən məhrum olan bir cəmiyyət isə həyatın ləzzət və gözəlliklərindən məhrum olmuş olur.