Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2017

ELM ÖYRƏNMƏK VACİBDİRMİ?

Qəlblər yalnız Allahı anlamaqla aramlıq tapar
Həzrət Məhəmməd (s) buyurur: «Elm öyrənmək bütün müsəlmanlara vacibdir», «Beşikdən qəbrədək elm öyrənin», «Elm Çində də olmuş olsa, onu öyrənin», «Hikmət möminin itkisidir…». Cəhalət dövrünün insanı «elm faydasız bir şeydir» deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq; Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər «elm faydasız bir şeydir» deyən tapılsa, onu sadəcə bir neçə gün elektrik enerjisindən məhrum etmək lazımdır. Qoy bu insan qaranlıq dünyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın. Onda elmin faydasını yaxşıca anlayar!
Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cismini rahat edir. O isə təkcə cisimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qurani-Kərimdə buyurur: «Qəlblər yalnız Allahı anlamaqla aramlıq tapar». Dini elmlər də məhz bunu ‒ Allahı anlamağı və Ona yaxınlaşmağı öyrədir!


2980 بازدید
در حال ارسال اطلاعات...