Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2017

İnsan “la ilahə illəllah” cümləsini deməklə necə xilas ola bilər?

Tövhid fəzasına ucalmaq istəyən insan da...
Belə bir xilas haqqında danışan hədislərdə təkcə dil hərəkəti nəzərdə tutulmur. Hədisin ərəbcə bəyanı belədir: “qulu la ilahə illəllahu tuflihu.”

“Tuflihu” “cücərmə” mənasındadır. Əkinçiyə ərəbcə “fəllah” deyilir. Çünki o, toxumların cücərməsi üçün çalışır. İstənilən bir toxumun torpaqdan cücərməsi üçün üç şərt var:

1. Kök torpağın dərinliyinə işləməlidir.
2. Kök qida maddələrini sormalıdır.
3. Cücərmə üçün toxumun üst fəzası açıq olmalıdır.

Tövhid fəzasına ucalmaq istəyən insan da əqidəsini dərin məntiqlə möhkəmlətməli, inkişaf üçün zəruri olan bütün imkanlardan faydalanmalı, qarşıdakı maneələri aradan qaldırmalıdır.


2897 بازدید
در حال ارسال اطلاعات...