Avropa ölkələrinin Tramp dövləti ilə razılaşmamasının səbəbləri iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə görədir.
Donald Trampın hakimiyyətə gəlməsi ilə Ağ Ev və Brüssel arasında bir sıra beynəlxalq məsələlərdə fikir ayrılığıının yarandığından Avropa Birliyi və Amerka arasındakı münasibətlər soyumağa başladı. Bu mövzuların ən önəmliləri bunlardır: Trampın Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) tərəfdarlarını dəstəkləməsi, Trampın Rusiyaya qarşı mövqei, Moskva ilə münasibətləri yaxşılaşdırmağa meyilli olması, Trampın NATO-ya üzv olan ölkələrdən hərbi büdcəni artırmalarını istəməsi, seçki mübarizələri dövründə NATO-nun fəaliyyətsizliyini tənqid etməsi, Paris İqlim Sazişi əleyhinə mövqe tutduğu üçün Avropanın Trampı tənqid etməsi, Avropanın Trampın Şimali Koreya ilə qeyri-diplomatik və təhlükəli hərəkətinə yaxşı baxmaması, Trampın İranla nüvə sülh müqaviləsinə qarşı çıxmasını Avropanın qəbul etməməsi.
Avropa ölkələrinin Tramp dövləti ilə razılaşmamasının səbəbləri iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə görədir. Belə ki, onlar arasında mövcud və geniş bağlılıqlar olmasına baxmayaraq, qeyd olunan məsələlər müttəfiqlər arasında ixtilafların büruz etməsinə gətirib çıxarıb.
Avropa dövlətləri Amerikanın yeni hökumətinin regionlarda yaradılan konfliktlərdən faydalanaraq müharibəyə girmək və dünyanın müxtəlif bölgələrində öz hərbi iştirakına don geyindirməsindən, sabitsizliyi gücləndirməsindən, Yaxın Şərqdə müharibə alovlandırmasının ardınca getməkdən çəkinirlər.
Amerikanın siyasətlərinə tabe olduğu surətdə Avropanı qorxudan ən mühüm amillər bunlardır:
1. Terrorizm
Qərb Amerikanın rəhbərliyi ilə İraq və Əfqanıstana hərbi hücum etdikdən, habelə Amerika və müttəfiqlərinin müdaxiləsi ilə Suriya, Yəmən və Liviya konfliktlərindən sonra geniş və mürəkkəb böhran yarandı, dünya yeni və çoxlu sayda terrorçu qrupların yaranmasının şahidi oldu. Bu məsələ Avropa ölkələri üçün problemə çevrildi, Avropa ölkələrinin vətəndaşları Suriya və İraqda yeni zühur etmiş terror təşkilatlarına qoşuldu. Avropanın daxilində son illərdə bir neçə böyük terror hadisələri baş verdi. Sözügedən hadisələr Avropanın həm siyasətinə, həm də iqtisadiyyatına ciddi təsir qoydu. Təhlükəsizlik xərcləri artdı, ümumi narazılıqlar yarandı, sosial parçalanmalar büruz etdi. Bütün bunlar son illərdə Qərbi Asiyada baş verən təhlükə və müharibələrin nəticəsidir.
2. Qaçqınlar böhranı
Dünyada baş verən sabitsizliyin genişləniməsinin və müharibənin Avropanın siyasi, iqtisadi, təhlükəsizlik və ictimai durumuna qoyduğu təsirlərdən digər biri qaçqın selinin Avropanın təhlükəsiz bölgələrinə axmasıdır. Miqrantların Avropaya daxil olması bir sıra əsaslı problemlər yaratdı. O cümlədən miqrantların arasında terrorçuların Avropaya daxil olması, qaçqınların yerləşdirilməsi üçün əlavə xərclər, ictimai birliyin zəifləməsi, qaçqınlarla ev sahibi olan ölkə əhalisinin mədəniyyət fərqləri və s.
3. Nüvə silahının genişlənməsinin təhlükəsi
Avropa dövlətləri dünya səviyyəsində nüvə silahının yayılmasının qarşısını almaq üçün İranla nüvə sülh sazişinə baxışları çox müsbətdir. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın son on il müddətində nüvə sahəsindəki göstərdiyi fəaliyyətlərinin dinc məqsədlə həyata keçdiyini təsdiq etmişdir. Avropa ölkələri İranla nüvə sazişinin ləğv olacağı təqdirdə region ölkələrinin və İranın rəqiblərinin də bu silahı əldə etmək istəyəcəyindən qorxurlar. Bu da nüvə silahı ilə bağlı bütün diplomatik səylərə öldürücü zərbə vuracaq.
4. Beynəlxalq sülhün təhlükəyə düşməsi
Avropa dövlətləri İranla sülh sazişinin ləğv edilməsini regionda sülhün təməllərinin süstləşməsi və sabitsizlik kimi dəyərləndirir. Hal-hazırda İranın regionda sabitlik hökm sürən və terrorçu qruplala həqiqi mübarizə aparan nadir ölkələrdən olmasına diqqət etməklə Avropa İranla əməkdaşlığa ehtiyac duyur.
5. Energi böhranının yaranması
Nüvə sülh sazişinin ləğv edilməsi ilə Qərbi Asiyada geoekonomik bir böhran da yaşanacaq. İranın müdafiə vasitələrindən sayılan enerjinin nəqli xəttinin təhlükəsizliyinin xətərə düşməsi ilə neftin qiyməti bərk artacaq, hələ də 2008-ci ilin maliyyə böhranının törətdiyi əngəllərlə əlbəyaxa olduğu bir vaxtda Avropaya yeni bir şokla üzləşə bilər. Bu məsələ də dünyanın ən böyük neft istehsalçısı olan Amerika ilə müqayisədə Yaxın Şərqin enerjisinə bərk ehtiyacı olan Avropa ölkələri üçün xoşagəlməzdir.
Ümumilikdə demək olar ki, Avropa dövlətləri Amerika ilə qədim müttəfiq olmasına baxmayaraq İranla nüvə sazişini pozmağın bu qitə üçün təhlükəsizlik, siyasi və iqtisadi problemlərlə nəticələnəcəyinə diqqət etməklə bu məsələdə Ağ Evdən fərqli yanaşma seçməyə təlaş edir.