Onların vilayət və həqiqəti Allahın vilayəti və Quranın həqiqətidir.
Həyatın müxtəlif yönümlərində Əhli-beytə (ə) müraciət edən kəs öz düşüncə və tutumu həddində onların vilayət və həqiqətindən bəhrələnir. Onların vilayət və həqiqəti Allahın vilayəti və Quranın həqiqətidir.
Tutumsuz, aşağı səviyyəli insanlar Əhli-beyti (ə) nümunə seçdikləri həddə onlardan bəhrələnirlər. Amma nəfs istəyinə əsir olanlar Əhli-beytə (ə) iqtidadan çəkinir və heç vaxt bu həqiqəti dərk etmir. Quranda oxuyuruq:
“Qaranlıqda qalmış və qurtulmayası kəs kimi...” (“Ənam”, 122)
Belələri nəinki Əhli-beyti (ə) nümunə seçmir, hətta onları inkar edir!
Quranda bəyan olunur ki, peyğəmbəri adi gözlə görüb onun risalətini dərk etməyənlər dünyapərəstlik uçrumuna yuvarlananlardır. Onlar doğru yolu tanımadıqları kimi peyğəmbər və onun əhli-beytini (ə) də tanımırlar. Başqa sözlə, onlar Quranın batininə vara bilmirlər. Quranın batininə vara bilməyənlər Əhli-beyti də tanımır. Çünki onların həyatları, xüsusi ilə qəlbləri pərdələnmişdir, Əhli-beyt həqiqətini dərk etməkdə acizdirlər. Həmin pərdəni yaradan günah, fisq, təəssüb, inadkarlığın çoxluğudur. Bu səciyyələr onlarla həqiqət arasında pərdə çəkmişdir! Quranda oxuyuruq:
“Onların sənə baxdığını, amma görmədiyini müşahidə edərsən.” (“Əraf”, 198)
Onların gözü var, bəsirəti yoxdur. Zahiri görürlər, batindən xəbərsizdirlər. Günah, yersiz təəssüb və inadkarlıq onların iç gözünü tutmuşdur:
“İç gözləri mənim zikrimə pərdələnmiş həmin kəslər...” (“Kəhf”, 101)