Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2017

“SİRATƏLLƏZİNƏ ƏNƏMTƏ ƏLƏYHİM”

Bir dəstə şəhid olub öz pak qanı ilə tövhid ağacını suvarmalıdır.
“(Bizi) nemət verdiyin kəslərin yoluna (hidayət et).”

Yolu arzulanan şəxslər başqa bir ayədə daha aydın tanıtdırılır: “Allaha və peyğəmbərə (s) itaət edənlər Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (“Nisa” surəsi, ayə 69.)
Gün ərzində bir neçə dəfə bu ayəni oxuyub Allahdan istəyirik ki, bizi uyğun dörd zümrəyə daxil etsin. “Təfsiri Nümunə”də oxuyuruq:
“Uyğun dörd zümrədən (nəbilər, siddiqlər, şəhidlər, salehlər) bu məna anlaşıla bilər ki, sağlam, inkişaf etmiş və mömin bir cəmiyyət hazırlamaq üçün öncə peyğəmbərlər və haqq rəhbərlər meydana daxil olmalıdır. Onların ardınca sözləri ilə əməlləri uyğunlaşan siddiq (ən doğruçu) təbliğatçılar peyğəmbərlərin hədəfini gerçəkləşdirmək üçün işə qatılmalıdır.
Quruculuq dövründə haqq yola maneçilik törətmək istəyənlər peyda olacaq. Bu şəxslərə qarşı qiyam edilməli və bir dəstə şəhid olub öz pak qanı ilə tövhid ağacını suvarmalıdır.
Dördüncü mərhələdə çəkilmiş əziyyətlərin bəhrəsi olaraq saleh, pak və ləyaqətli cəmiyyət yaranır. (“Təfsiri Nümunə”, 1-ci cild, səh.53.)
Maraqlıdır ki, “Biharul-ənvar” kitabında bir çox rəvayətlərdə şəhidlər, siddiqlər və salehlər üçün ən kamil nümunə məsum imamlar (ə) göstərilmişdir. (“Bihar”, 24-cü cild, səh.30-dan sonra.)
Namazda belə bir istək fikir, əxlaq və əməldə uyğun dörd zümrəyə itaətlə müşayiət olunmalıdır. İlahi lütfə çatmış şəxs nə zillətə düçar olur, nə də zalımları himayə edir. Həzrət Musa (ə) dedi: “Ey Rəbbim, mənə bəxş etdiyin nemətə görə əsla günahkarlara arxa olmayacağam!” (“Qəsəs” surəsi, ayə 17.)
Buradan namaz qılanın düşüncə və əməl baxımından tutduğu istiqamət müəyyənləşir. O, həmin uca insanların yolunda olmağı Allahdan diləyir.


5031 بازدید
در حال ارسال اطلاعات...