Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2017

“ĞƏYRİL-MƏĞZUBİ ƏLƏYHİM VƏLƏZ-ZALİN”

Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır
Qəzəbə düçar olanların və azanların yoluna yox!

İnadkarlıq edib həlak olan, qəzəbə düçar olmuş fironların yoluna yox! (“Qəsəs” surəsi, ayə 40)
Allah dostlarına qarşı inadkarlıq etdiklərindən qəzəbə düçar olub, yerə batan daş qəlbli sərmayədarlar və qarunların yoluna yox! (“Qəsəs” surəsi, ayə 81.)
Allahın qəzəbinə gəlmiş dünyapərəst və əməlsiz alimlərin yoluna yox! (“Səf” surəsi, ayə 3.)
Qəzəbə düçar olanları tanımaq üçün həlak olmuş, Allahın qəzəbinə gəlmiş ümmətlər və insanların tarixini mütaliə etmək lazımdır. Məsələn, yəhud və Lut qövmü, zalım hökmdarların ardıcılları, münafiqlər və qatillər... (“Hicr” surəsi, ayə 74; “Hud” surəsi, ayə 59 və 60; “Fəth” surəsi, ayə 6; “Nisa” surəsi, ayə 93.)
Namaz qılan şəxs qəzəbə düçar olanlara nifrətini bildirməklə yanaşı onlarla bir yolda olmamağı Allahdan istəyir. (“vələz-zallin”)
Düşüncə və əməldə azanlar, ata-babalarının yersiz əqidələrini davam etdirənlər, şirkamiz düşüncələrə qapılanlar və azğınlıqda təəssübkeşlik edənlər “zal-lin” kəlməsinin canlı nümunələridir.
“Həmd” surəsinə baxış buradaca sona çatır. Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır. Bu şəfabəxş surə Allah kitabının birinci surəsidir.


5187 بازدید
در حال ارسال اطلاعات...