Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2017

İLAHI RƏHMƏTİN ƏSRARƏNGİZ CİLVƏSİ

Uşaq ana bətnində formalaşdığı zamandan ana orqanizmində süd istehsalına başlanır.
Qəlb aynamızdan qəflət hicabını qaldıra biləcək maraqlı məsələyə - İlahi rəhmətin bir təcəllisinə nəzər yetirək:
İnsanın beyin mexanizmi elmi nöqteyi-nəzərdən ən maraqlı bir mexanizmdir. Bu mexanizmin gördüyü işi ən böyük zavodlar belə yerinə yetirmək iqtidarında deyil.
Beyinin funksiyalarından biri müxtəlif hadisələri qeydə alıb yaddaşa köçürməkdir. Yaddaş qurğusu beyində çox kiçik yer tutur. İnsanın əlli illik xatirəsini dərc etmək üçün 160 milyon nüsxə böyük formatlı iyirmi səhifəlik qəzet lazımdır. Beyin isə uyğun məlumatları analoqsuz mikromaqnitofon kimi qoruyur və bu işdə orqanizmin ümumi enerjisindən istifadə edir. Bəli, eyni işi görmək üçün nəhəng zavodlara və çox böyük miqdarda enerjiyə ehtiyac vardır.
Uşağın ana döşündən süd əmməsi üçün onun beynindən dodaqlarına siqnal gəlir və o heç bir çətinlik çəkmədən qidalanmağa başlayır. Ananın orqanizmində isə qandan süd yaradan avtomatik bir zavod işləyir. Bu zavodda gedən texnoloji proseslər, hələ ki, elmi izahını tapmamışdır. Zavodun hasil etdiyi məhsul ananın döş xəzinələrində toplanır. Döş giləsi körpənin ağzı ilə mütənasib ölçüdə olur. Bu gilədəki mikro-dəliklər yalnız uşaq əmdiyi zaman açılır. Uşaq ana bətnində formalaşdığı zamandan ana orqanizmində süd istehsalına başlanır. Belə ki, uşaq doğulan kimi misilsiz qidasını hazır görür. Uşaq böyüdükcə südün də keyfiyyətində dəyişikliklər baş verir.
Yuxarıda sadalanan gerçəkliklər Allahın hər şeyi bürümüş rəhmətinin əsrarəngiz nümunələrindəndir. Bu gerçəklikləri dərindən düşünən insan hökmən təşəkkür üçün Allah dərgahına üz tutmalı və yeni-yeni feyzlər əldə etmək üçün deməlidir: «Allahummə inni əsəlukə birəhmətikəl-ləti vəsiət kullə şəy.»


5014 بازدید
در حال ارسال اطلاعات...