İnsan harada olmasından asılı olmayaraq, yaxşı olar ki, camaat namazı qılsın və başqalarını da dəvət etsin
Camaat namazının ictimai və fərdi təsirləri ilə yanaşı, digər mükafatları da vardır. Bu haqda bəzi rəvayətlərə diqqət yetirin:
Allahın rəsulu (s) buyurur: “Azan səsini eşidib heç bir dəlil olmadan camaat namazında iştirak etməyən şəxsin namazı dəyərsizdir.” (“Vəsail”, 5-ci cild, səh.375; “Kənzul-ummal”, 8-ci cild, 22799-cı hədis.)
Başqa bir hədisdə camaat namazını təhqir etmək Allahı təhqir etmək hesab olunmuşdur. (“Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh.377.)
Daim camaat namazı qılmaq insanı münafiqlikdən sığortalayır. (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.)
Məscid və camaat namazı məqsədi ilə atılan hər bir addım üçün savab nəzərdə tutulmuşdur. (“Kənzul-ummal”, 8-ci cild, 22815-ci hədis, İslam peyğəmbərindən nəql olunub.) Camaat namazı üçün evdən xaric olan şəxs və ya məsciddə camaat namazının başlanmasnı gözləyən şəxs həmin arada namaz qılan şəxsin savabını alır. (“Kənzul-ummal”, 8-ci cild, 22828 və 22827-ci hədis.)
Camaat namazında iştirak edənlərin sayı nə qədər çox olsa, namaza verilən mükafat da bir o qədər çox olar. Camaat namazının fəziləti haqqında maraqlı bir hədis var: “Əgər iqtida edən bir nəfər olsa, 150 namazın mükafatı verilər;
Əgər iqtida edən 2 nəfər olsa, 600 namazın mükafatı verilər;
Əgər iqtida edən 3 nəfər olsa, 1200 nəfərin mükafatı verilər;
Əgər iqtida edən 4 nəfər olsa, 2400 namazın mükafatı verilər;
Əgər iqtida edən 5 nəfər olsa, 4800 namazın mükafatı verilər;
Əgər iqtida edən 6 nəfər olsa, 9600 namazın mükafatı verilər;
Əgər iqtida edən 7 nəfər olsa, 19200 namazın mükafatı verilər;
Əgər iqtida edən 8 nəfər olsa, 36400 namazın mükafatı verilər;
Əgər iqtida edənlərin sayı imamla birlikdə 10 nəfərə çatarsa, 72800 namazın mükafatı verilər.
Lakin namaz qılanların sayı 10 nəfəri keçərsə, verilən mükafatın sayını Allahdan savay kimsə bilməz. (“Mustədrəkul-vəsail”, 1-ci hədis, səh.487; həzrət imamın risaləsi, məsələ 1400.)
Başqa bir hədisdə deyilir: “Hər kəs camaat namazını sevsə, Allah və mələklər onu sevər.” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.)
Peyğəmbər (s) zamanı camaat namazı qılan şəxslər azaldıqda həzrət (s) insanlar arasında axtarış aparır və buyururdu: “Sübh və işa namazında iştirak etmək münafiqlər üçün hər şeydən ağırdır.” (“Kənzul-ummal”, 8-ci cild, səh.256.)
Quran namaz zamanı yorğunluq və halsızlığın münafiq sifətlərindən olduğunu bildirmişdir. (“Nisa” surəsi, ayə 142.) Çünki sübhlər qalxıb istidə və soyuqda uzaq yol keçib camaat namazında iştirak etmək həqiqi iman və eşq nişanəsidir.
Cəmiyyət namazı hansısa xüsusi məntəqəyə aid deyil. İnsan harada olmasından asılı olmayaraq, yaxşı olar ki, camaat namazı qılsın və başqalarını da dəvət etsin.
Allahın rəsulu (s) camaat namazının əhəmiyyəti barəsində buyurur: “Camaatla qılınan namaz 40 il evdə tək qılınan namazdan üstündür. Soruşdular: “Bir günün namazımı?” Buyurdu: “Bəlkə də, bir namaz!” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.) “Cəmiyyət namazının sıraları dördüncü səmada mələklərin sırası kimidir.” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.)
Allah rəsulunun (s) imamlığı ilə birinci namaz bərpa olundu. Bu namazda həzrət Əli (ə) və Cəfər Təyyar (həzrət Əlinin (ə) qardaşı) iştirak edirdi. Əbu Talib övladı həzrət Əlinin (ə) Peyğəmbərə (s) iqtida etdiyini gördükdə o biri övladı Cəfərə dedi: “Sən də Peyğəmbərə (s) iqtida et.” Dəvəti aşkarlamaq göstərişi verən “Fəsdə bima tumər” ayəsi nazil olduqdan sonra həmin iki iki-üç nəfərlik camaat namazı bərpa olundu. (“Mustədrəkul-vəsail”, səh.689; “Vəsail”, 5-ci cild, səh.373.)