Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2018

Allaha ibadət və xalqa xidmət

Gecənin qaranlığında Mədinə yoxsullarına əl tutar, onların halını öyrənərdi
Yeddinci imam həzrət Musa ibn Cəfər (ə) dövrünün ən abid, ən fəqih, ən səxavətli və ən möhtərəm şəxsi olmuşdur. Rəvayətdə deyilir: Həzrət bütün gecə nafilələrini yerinə yetirər, ardınca sübh namazını qılıb, duaya məşğul olardı. Sübhədək səcdə halında qalardı. Həzrət tez-tez bu duanı təkrarlayardı: “Pərvərdigara! Səndən ölüm zamanı rahatlıq, hesab zamanı əfv diləyirəm.” Həzrətin dualarından birində belə deyilir: “Bəndənin günahı böyükdür. Beləsə, Sənin əfvin gözəl olar.” İmam daim Allah qorxusundan ağlayar, göz yaşları saqqalını isladardı. İmam Əhli-beyti və yaxınlarını hamıdan çox yoxlayardı. Gecənin qaranlığında Mədinə yoxsullarına əl tutar, onların halını öyrənərdi. Onlara dinar və dirhəm, buğda və xurma paylayardı. Amma kimsə bilməzdi ki, bu lütfün sahibi kimdir. (“Əl-xəraic vəl cərai”, 2-896; “Əl-irşad”, 2-231; “Biharul-ənvar”, 48, 101, bab 15, hədis 5)


5758 بازدید
در حال ارسال اطلاعات...