
İndoneziyada mədrəsə təhsili alıb, ad-famili müsəlman mənşəlidir, narkotiklə yaxın olub.
Senator-demokratlar deyir ki, müsəlman olsaydı ABŞ-I müsəlman dünyası ilə barışdırardı.
Demokrat cəbhənin iki manizədi vardı: Hillari Klinton və Barak Obama. Klintonları dünya tanıyırdısa, Obama siyasi poliqona göydən düşmüş kimi idi – onu çoxları tanımırdı.
Obama siyasətə gələndə, senator olmaq istəyəndə Corc Sorosun dəstəyi güclü oldu.
Senator olmaq üçün şansı çox az idi. Amma talenin hokum ilə əvvəlcə demokrat, sonra respublikaçı namizədin keçmiş arvadı iddialarla peyda oldu və rəqibləri meydanı Obamaya verdilər.
Onun dərisinin rəngi böyük siyasətə giriş bileti olub – düşünürlər.
Soros Obamaya himayəsini gizləmir. O düşünür ki, Obama Sorosun hədəfə aldığı ABŞ-İsrail modelini aşırmağa və yeni nizam qurmağa kömək edəcək.
Bəli, Soros fərqli varlı fərqli siyasətçi, fərqli diktator, fərqli sionistdir. Bu varlının bazarı siyasətdir, bu siyasətçinin siyasəti hamını pulla almaqdır, bu diktator iradəsini rəngli inqilablarla qəbul etdirir, bu sionist bu gün özünə qəbir qazan radikal yəhudiləri Böyük İmperiyanın düşməni sayır.
Obamanın arxasında Sorosdan başqa fiqurlar da var. Amma o bu barədə susur. Obamanın mənsub olduğu kilsəni kiçik Jeremaya Rayt idarə edir. Rayt Trumpet jurnalının son nömrəsində antisemit Luis Fərrahanı tərifləyir: “Keşiş Fərrahan danışanda qara Amerika onu dinləyir. Onun Amerikada irqşilik xəstəliyi haqqında dərin təhlili heyrətamizdir və bizim gözümüzü açır…”
Amma Obama dostlarının mövqeyi barədə suallara dolayı cavab verir: “Mən rasizmi, irqçiliyi məhkum edirəm. Fərrahanın antisemit çıxışlarını məhkum edirəm. Trumpet jurnalının ona diqqəti sabiq cinayətkarların islahı sahəsində təlaşlarıdır. " Obama bununla Raytı ittihamlardan kənarda saxlamaq istədi. Amma Тrumpet jurnalı Rayta məxsusdur, jurnalı Raytın qızları idarə edir. Bu jurnal Fərrahanı cinayətkarların islahına görə yox, bir ictimai xadim kimi təltif edib. Rayt Fərrahan haqqında deyir: “O 20-21-ci əsrinAfrika-amerikalı din xadimləri arasında liderdir. Bu liderliyi Afrika və afrika-amerikalılara sevgisi ilə qazanıb.”
Obama Raytın dostu olaraq kilsə ilə əlaqələrini kəsməyib. O, Raytın tövsiyəsi ilə senatda yer almaq üçün çalışıb. Obama kitabı üçün The Audacity of Hope (Etiqadın gücü) adını Raytın çıxışlarından götürüb. Senator olduğu zaman (2004) Obamanı ilk təbrik edən Rayt olub. Rayt həmişə Fərrahanın tərəfdarı olub və Vaşinqtonda milyonların marşının (1995) təşkilində ona kömək edib.
Fərrahanla yəhudilərin münasibəti necədir? Fərrəhan yəhudilərə və ağlara nifrət edir. O deyir: “Ağlar göygöz şeytanlar və dəccallardır. Yəhudilər zəli, qatil, yalançılardır… Siz yəhudılər Amerikanı aldadıb cəhənnəmə aparırsınız…”
2006-cı ildə Fərrahanın yetirməsi Kit Ellison konqresə seçildi. Onu qələbəsi “Allahu Əkbər” şüarları ilə qeyd edilirdi. Fərrahan deyir: “Onlar (yəhudilər) məni Hitlər adlandırır. Amma Hitler avropa və amerikalıların xaraba qoyduğu Almaniyanı ayağa qaldırdı. ”
Rayt Fərrahanın sözünü təkrarlayaraq sionizmi rasizim, irqçilik adlandırır. O deyir: “İsrail İsrail Fələstin torpaqlarını işğal edib.”
11 sentyabr 2001-ci il partlayışlarından dərhal sonra Rayt bəyanat verdi ki, bu hadisə ABŞ-ın quldur siyasətinin nəticəsidir. Rayt kilsədə alqışlar altında dedi: “Rasizim ABŞ-da ölkənin bünövrəsindən yaranıb. Bu ölkədə ağların üstünlüyü, qaraların əskikliyinə Allahdan çox inanırlar.”
Obama atadan bir qardaşı Corca yardım göstərmir. O Keniyada doğulub, bu ölkədə\ də yaşayır. Obamanın dərisi ağdərili anası Enn Danhemə görə bir qədər işıqlıdır. Corc qardaşı Barakı sevmir, hətta Obamanın tənqid edildiyi filmə çəkilib.
Obamanı kaktus adlandıranlar var. 2010-cu ildə “Obama kimdir?” sualı ilə sorğu keçirilib və beş nəfərdən biri onu kaktus adlandırıb. Bunun səbəbi nədir? Olsun ki, Obama özünü qorumaq üçün kaktus kimi tikanlıdır. Başqa bir səbəb onun kaktuslar ölkəsində (Havaya ştatı , Honolulu şəhəri) anadan olması ola bilər.
(theonion.com)
Obamanın arxasında kim dayanıb? Obanın sabiq Sovetlər Birliyinin yetirməsi olması olə bağlı ciddi şübhələr var. ABŞ-ın istefada olan admiralı Ceyms A. Lions əminliklə iddia edir ki, Obama rus kəşfiyyatının torundadır. Obanın öz keçmişini gizləmək cəhdləri bu şübhələri güclndirir. Obama gəncliyində solçu marksist hərəkatın fəallarından olub. O həmin vaxtlar SSRİ ilə əlaqəli amerika sosialistləri ilə yaxınlıq edib.
Obanən 80-ci illərin əvvəllərində DTK məktəbi keçməsi mümkün ehtimaldır. Obama Kolumbiya universitetində politologiya oxuduğunu deyir. Amma sabiq sovet kəşfiyyatçısı Mixail Krıjanovski idiia edir ki, Obama həmin vaxt Moskvada təhsil alıb və buna görə onu ABŞ-dakı tələbələr xatırlamır.
Fox News Kolumbiya Universitetinin 400 məzunu ilə əlaqə saxlayıb və kimsə Obamanı xatırlamayıb.
Obamanın ABŞ konstitusiyasına ikinci düzəlişi də antiamerika təsiri bağışlayır. Bu düzəloş sadə amerikalını özünü müdafiə etmək imkanından məhrum edir. ABŞ konservatorları ilə Obama arasında gərginlik yaradan məsələlərdən biri də ABŞ RƏM sistemlərinin göstəricilərinin Moskvaya verilməsi oldu. Obama bu işi ilə Buşun Avropada RƏM yerləşdirmək arzularını quyuladı.
Obamanın rus kəşfiyyatı ilə bağlılığı onun valideynlərinin tanışlıq tarixçəsindən aydınlaşır. Obamanın valideynləri 1960-cı ildə Havayya Universitetində rus sinfində tanış olublar. Bu sinif rus kəşfiyyatının maraq dairəsində olub.
Obamanın həyatında ən parlaq fiqurlardan biri Frenk Marşall Devisdir. Devis ABŞ-da tanınmış kommunistlərdəndir. Obama uzun müddət bu şəxsin tələbəsi olub. Hətta bəziləri Devisi Obamanın əsil atası sayırlar. Devislə Ennin sıcaq fotoları belə bir şübhəyə əsas verir. Barak özü Havayya day ox, Afrikada doğulub.
Obamanın müəllimi, Harvardda çalışan professor Drek Bell sadiq kommunistdir. Martin Lüter Kimqin də Obamaya təsiri olub. Kinq sovet kəşfiyyatı ilə əlaqədə olub.
Obama 1995-ci ildə yazdığı bioqrafiyada etiraf edir ki, həyatında narkotika yer alıb. Bioqraf Devid Maraniss Obamanın hətta Choom narkotika briqadasına başçılıq etdiyini yazıb. İndi Obamanın narkotika ilə mübarizə layihələri cinayətkarlığın qarşısına almaq yox, sağlamlığın himayəsi tədbiri kimi həyata keçirilir.
Obama haqqında rəsmi təqdimat necədir?
Kiçik Barak Hüseyn Obama 4 avqust 1961-ci ildə ABŞ-ın Havayya ştatında, Honolulu şəhərində anadan olub. 20 yanvar, 2009-cu ildən ABŞ-ın (44-cü) prezidentdidir. 2009-cu ildə Nobel laureatı olub. Prezidentliyə qədər İllinoys .tatında senator postunu tutub.
Obama ABŞ pörezidenti olmuş ilk afrika-amerikalıdır.
Prezidentləri yada salaq:
Corc Vaşinqton: 30 aprel, 1789 - 4 mart, 1797, partiyasız
Con Adams: 4 mart, 1797 - 4 mart, 1801, federalist
Tomas Cefferson: 4 mart, 1801- 4 mart, 1809, demokratik-respublikaçı
Ceyms Medison: 4 mart, 1809 - 4 mart, 1817, demokratik-respublikaçı
Ceyms Monro: 4 mart, 1817 - 4 mart, 1825, demokratik-respublikaçı
Con Kuinsi Adams: 4 mart, 1825 - 4 mart, 1829, demokratik-respublikaçı
Endrü Cekson 4 mart 1829 4 mart 1837 Demokrat
Martin Van Buren 4 mart 1837 4 mart 1841 Demokrat
Uilyam Harrison 4 mart 1841 4 aprel 1841
Con Tayler 4 aprel 1841 4 mart 1845
Ceyms Noks Polk 4 mart 1845 4 mart 1849 Demokrat
Zakari Teylor 4 mart 1849 9 iyul 1850
Millard Filmor 9 iyul 1850 4 mart 1853
Franklin Pirs 4 mart 1853 4 mart 1857 Demokrat
Ceyms Byukenen 4 mart 1857 4 mart 1861 Demokrat
Avraam Linkoln 4 mart 1861 15 aprel 1865 Respublikaçı
Endrü Conson 15 aprel 1865 4 mart 1869 Demokrat
Uliss Qrant 4 mart 1869 4 mart 1877 Respublikaçı
Raterford Heys 4 mart 1877 4 mart 1881 Respublikaçı
Qarfild 4 mart 1881 19 sentyabr 1881 Respublikaçı
Artur 19 sentyabr 1881 4 mart 1885 Respublikaçı
Qrover Klivlend 4 mart 1885 4 mart 1889 Demokrat
Bencamin Harrison 4 mart 1889 4 mart 1893 Respublikaçı
Qrover Klivlend (2-ci dəfə) 4 mart 1893 4 mart 1897 Demokrat
Uilyam Mak-Kinli 4 mart 1897 14 sentyabr 1901 Respublikaçı
Teodor Ruzvelt 14 sentyabr 1901 4 mart 1909 Respublikaçı
Uilyam Taft 4 mart 1909 4 mart 1913 Respublikaçı
Vudro Vilson 4 mart 1913 4 mart 1921 Demokrat
Uorren Hardinq 4 mart 1921 2 avqust 1923 Respublikaçı
Kalvin Kulic 2 avqust 1923 4 mart 1929 Respublikaçı
Herbert Huver 4 mart 1929 4 mart 1933 Respublikaçı
Franklin Delano Ruzvelt 4 mart 1933 12 aprel 1945 Demokrat
Harri Trumen 12 aprel 1945 20 yanvar 1953 Demokrat
Duayt Eyzenhauer 20 yanvar 1953 20 yanvar 1961 Respublikaçı
Con Kennedi 20 yanvar 1961 22 noyabr 1963 Demokrat
Lindon Conson 22 noyabr 1963 20 yanvar 1969 Demokrat Riçard Nikson 20 yanvar 1969 9 avqust 1974 Respublikaçı
Cerald Ford 9 avqust 1974 20 yanvar 1977 Respublikaçı
Ceyms Karter 20 yanvar 1977 20 yanvar 1981 Demokrat
Ronald Reyqan 20 yanvar 1981 20 yanvar 1989 Respublikaçı
Corc Herbert Uoker Buş 20 yanvar 1989 20 yanvar 1993 Respublikaçı
Bill Klinton 20 yanvar 1993 20 yanvar 2001 Demokrat
Corc Uoker Buş 20 yanvar 2001 20 yanvar 2009 Respublikaçı
Barak Obama: 20 yanvar, 2009 - 20 yanvar, 2013-cü, demokrat
Obama mulatdır, amma əksər qra amerikalılar kimi qul nəslindən deyil. O keniyalı tələbə və ağ amerikalı qadındının icdivacından doğulub. Kolumbiya Universiteti və Harvard Universitetinin hüququ məktəbinin məzunudur. Afroamerikan «Harvard Law Review» nəşriyyəsini redaktoru olub. Vətəndaş haqları sahəsində vəkil işləyib. Çikaqo Universitetində konstitusiya hüququnu tədris edib. 1997-2004-cü illərdə İllinoys ştatından senata seçilib. 2004-cü il noyabrda ABŞ senatında yer tutub. Şərqi Avropa, Rusiyada rəsmi səfərlərdə olub. 2007-ci ildə president seçilmək istədiyini rəsmən açıqlayıb. 2008-ci il president seçkilərində respublikaçı Con Makkeyni məğlub edərək ABŞ prezidenti olub. 2009-cu il oktyabrda Nobel mükafatı alıb. O nobel mükafatı almış 3-cü prezidentdir.
2012-ci il president seçkilərində Obama respublikaçı Mitt Romnini məğlub edib.
İkinci dövrə seçkilərə 100 gün qalmış Obamanın 10 sirri adı altında material yayıldı. Cəmiyyət bu sirləri əvvəlcə bilsəydi Obama müəyyən problemlərlə üzləşərdi.
Xalq arasında belə bir əmilik var ki, Obama Keniyada doğulub. Obama və onun çevrəsi bu barədə hər hansı sənəd təqdim etməkdən imtina edirlər.
Əvvəla, Obamanın İllinoysda 1997-2004-cü illərdəki fəaliyyətləri ilə bağlı bütün sənədlər yoxa çıxıb. Senatorun fəaliyyətləri ilə bağlı sənədlərin əhəmiyyətini anlamaq üçün Hillari Klintonun milli arxivdəki 78 mln səhifəlik sənədlərini yada salmaq yetər.
Obama üç təhsil müəssində təhsil alıb: Occidental College, Harvard University и Columbia University. Onun təhsil səviyyəsi, tələbə fəaliyyətləri ilə bağlı heç bir sənəd tapılmır. Müxalifləri hesab edir ki, bunu ən yüngül şərhi Obamanın çox zəif oxuması və bunu gizlətmək üçün sənədləri məhv etməsidir.
Obamanın gənc vaxtı narkotikadan istifadə etdiyi deyilir. Bu gün də sualdır ki, Obama narkotikdən uzaqlaşıb ya yox. Onun xəstəlik tarixçəsi də müəmma olaraq qalır.
Siyasətçilərə 200 dollar ayıran şəxslər mini-sponsor adlanır. Hər bir siyasətçi öz mini sponsorlarının siyahısını açılayır - əlbəttə ki Obamadan başqa. Bu, şübhə yaradır ki, Obamaya xaricdən pul gəlib.
2003-cü ildə Obama Fələstin əsilli amerikalı, yaxın dostu Yaxın şərq üzrə ekspert Rəşid Xalidin qonağı olub. Yığıncaqda anti-İsrail çıxışlar səslənib və bu günə qədər həmin çıxışlar gizli saxlanılır.
Obama Ağ Evdə qəbul etdiyi qonaqların kimliyini gizli saxlayır. Bu adamlardan biri Bert Luisdir, Association of Community Organizations for Reform Now (ACORN) təşkilatının prezidenti.
ABŞ Dövlər Departamenti informasiya azadlığı ilə bağlı qəbul etdiyi qanuna (FOIA -Freedom of Information Act) həssas yanaşır. Obama bu qanuna ən biganə president kimi tanınır.
Obama səhiyyətə islahatlar barədə verdiyi vədi rüsvayçı bir şəkildə yerinə yetirmədi və bu barədə hələ də cavab verməyib.
Fast and Furious əməliyyatının uğursuzluğu Obamanı hətta həbslə hədələyir. Meksika kartelləri ilə qanunsuz silahlara qarşı aparılan əməliyyat o qədər uğuruz oldu ki, cinayət aləmi daha modern silahlar əldə etdi.
Obama qeyri-qanuni, məhkəməsiz qətllərin də yolunu tapdı. O, nəzərdə tutulan müxalifləri pilotsuz təyyarələrlə vurur. Ağ Evdə hər çərşənbə axşamı pilotsuz təyyarəlrin hədəfləri seçilir. Bu insane haqlarının ən kobud şəkildə pozulmasıdır.
Pakistanda belə əməliyyatlarda 400 nəfər öldürülüb. Başqa müxalifləri xüsusi təyinatlılar qətlə yetirir. ABŞ kəşfiyyatının Şərqi Afrika, Yaxın Şərq və Mərkəzi Asiyada gizli həbsxanaları var. Amerikaya “mane olanların” bu sayağı qətllərinin azı on il davam edəcəyi açıqlanır.
Azərbaycan mətbuatında Obama haqqında cüzi də olsa yazılır:
Arizonanın Marikopa əyalətində ən sərt şerifi adını almış Co Arpayo ABŞ prezidenti Barak Obamanın doğum haqqında şəhadətnaməsinin saxtalaşdırdığını deyib. O, Obamanın ABŞ hüdudlarından kənarda doğulduğunu iddia edib. ABŞ qanunlarına əsasən bu ali dövlət vəzifəsindən uzaqlaşdırılmaya səbəb ola bilər. Şerifin sözlərinə görə, doğum haqqında şəhadətnamə elektron variantda yaradılıbmış və ilkin kağız versiyasını heç kim görməyib. Qeyd edək ki, «Arizona Hitleri» ləqəbini daşıyan Arpayo miqrantlara, əsasən də Latın Amerikasından gələnlərə qarşı sərt mövqeyi ilə tanınır.
***
4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhem olmuşdur. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar. Bəzi məlumatlara görə atası müsəlmandır. Barak Obamanın müəllimləri,yaxınları da bunu təsdiq edir ki, Barak müsəlmandır.
Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
1992-ci ildə Barak Obama İllinoys VOTE ("səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.
1997-2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992-2004-cü illərdə Çikaqo hüquq elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.
Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.
2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afro-amerikalı olmuşdur.
2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilmişdir.
2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülüb.
Mişel Obama ilə evlidir, iki qızları vardır.
***
Barak Obama homoseksualdır? Sehife.az-ın Türkiyənin "Habertürk” qəzetinə istinadən verdiyi xəbərə görə, 2008-ci il prezident seçkilərində ortaya atılan, ancaq Obamanın prezident seçilməsinə əngəl olmayan "homoseksual” iddiası yenə gündəmə gəlib.
Obama haqqında 3 kitab yazan, onun ABŞ-da doğulmadığını iddia edən Harvard Universitetinin doktor dərəcəli yazarı Cerom Korsi bu dəfə ABŞ prezidentinin Çikaqoda yaşadığı dövrlərdə gey barlara getdiyini irəli sürüb. Ceromi Korsi bu iddiasını "Çikaqo homoseksual icmasının məşhur şəxslərindən biri və Hillari Klintonun pərəstişkarı” kimi xarakterizə etdiyi Kevin Dujana istinadən irəli sürüb. Dujanın dediyinə görə, Obama homoseksualdır, o gey barlara tez-tez, xüsusilə çərşənbə axşamları gedirdi. Dujan daha da irəli gedərək bildirib ki, Obama "Man’s Country” adlı gey hamamına gedirmiş və bunu Çikaqo homoseksual icmasında bilməyən adam yoxdur. Bunları bir gün hamı biləcək. Eynilə prezident Kennedinin Merilin Monroyla münasibətinin bir gün bəlli olduğu kimi, bu da bir gün hamıya agah olacaq. 4 il əvvəl prezident seçkilərindən əvvəl Larri Sinkleyr adlı Çikaqoda yaşayan bir şəxs Obama haqqında bənzər iddialarla çıxış etmiş, amma heç kim onun dediklərini ciddiyə almamışdı.
***
ABŞ-ın Havay ştatının Honol şəhərində dünyaya gələn Barak Hüseyn Obamanın atası Keniyadan anası isə ABŞ-ın Kanzas ştatındandır. Onun valideynləri Havay universitetində tanış olub evlənmişlər. Amma bu evlilik uğurlu olmayıb. Belə ki, Obama 2 yaşında olarkən cütlük ayrılmışdır. Sonradan Obama anası və ögey atasıyla birlikdə İndoneziyaya köçmüş və orada orta məktəbə getmişdir. Daha sonra Honoluluya nənəsi və babasının yanına gəlir. O burada litseyə gedir və 1979-cu ilə qədər babası və nənəsi lə birlikdə yaşayır. Litseydən sonra Los Angelesdəki “Occidental College”də 2 il oxuyur. Sonra Nyu Yorkdakı Kolumbiya universitetində təhdilini davam etdirən Obama 1983-cü ildə “Siyasi Elmlər” ixtisasından məzun olub. 1988-ci ildə Harvard Universitetinin Hüquq Fakültəsinə daxil olan Obama tələbələr tərəfindən nəşr olunan "Harvard Law Review" jurnalına rəhbərlik edən ilk afrikalı-amerikalı olmuşdur. 1991-ci ildə vəkilik diplomu almışdır.
Obama vəkillik diplomunu aldıqdan sonra 1992-ci ildən etibarən 12 il müddətində Çikaqo Universitetinin Hüquq Fakültəsində Konstitusiya hüququndan dərs demişdir. Siyasi həyata ilk addımına 1996-ci ildə İllinioysun əyalət senatına seçilməyi ilə başlayıb. 1998 və 2002-ci illərdə ikinci dəfə əyalət senatına seçilir.
2000-ci ildə ABŞ-ın Nümayəndələr Palatasına üzv olmaq üçün Demokratlar Partiyasından namizədliyini irəli sürsə də uğursuzluğa uğradı. 2004-cü ildə ABŞ Senatına namizədliyini verdi və 70% səslə qalib gəlir.
Obama ABŞ-da ölkə səhnəsinə 2004-cü il prezident seçkiləri əsnasında Boston əyalində keçirilən təbliğat təşviqat kampaniyası zamanı çıxışı ilə başlayıb. Bu çıxış televiziya ilə canlı olaraq yayımlanıb. Böyük səs küyə səbəb olur.
Prezident seçkiləri 4 noyabr 2008-ci il tarixində keçirildi və Barak Obama 52% səslə seçkilərdə qələbə qazanaraq ABŞ-ın 44-cü dövlət başçısı oldu. Barak Obama 20 Yanvar 2009 -cu il yerli vaxtla 12.00-da daha əvvəl 1861-ci ildə keçmiş dövlət başçısı Abraham Linkolnun and içmə mərasimində istifadə etdiyi İncilə əl basıb and içərək Corc V. Buşdan vəzifəsini götürdü və rəsmi olaraq ABŞ dövlət başçısı oldu.
Perzident seçiləndən sonra Obamanın vədləri və fəaliyyəti haqqında xeyli fərq görsənir. Pakistan, Əqanıstan kimi münaqişə ərazilərində "fəaliyyət", Qarabağ, Qəzza, Fələstin məsələlərində isə tam əksinə fəaliyyətsizlik göstərən Amerika siyasətini anlamaq üçün ekspertlərə müraciət edik. Məsələ ilə bağlı şərh verən ekspert Toğrul Cuvarlı deyir ki, Obamanı Amerika üçün uğurlu prezident hesab eləmək olar: "Əvvəlcə qeyd edim ki, Amerika elə bir dövlətdir ki, buranın idarə edilməsində prezidentlə yanaşı, senatın, konqresin də rolu var. Ancaq demək olar ki, Obama Buşa nisbətdə daha uğurlu prezidentdir. O Buşdan sonra dünyada Amerikanın imicinin artmasına nail ola bildi. İqtisadi böhrana diqqət eləsək, Amerikanın böhrandan gözlənilməyən tərzdə çıxdığını deyə bilərik. Bundan başqa Obama ölkədə sağlıq sığortası təşkil elədi. Və demək olar ki, hal-hazırda ölkədə ən kasıbında sağlıq sığortası var”, - deyə Toğrul müəllim bildirdi. Obamanın xarici siyasətinə də toxunan ekspert əlavə etdi ki, “Xarici siyasətdə də Obama Buşa nisbətdə daha yumşaq addımlar atır. Obama nisbətən yaradıcı siyasət qurur. Amerika əlindən gələni edir ki, Əfqanıstandan və İraqdan tez çıxsın”.
Digər bir expert Zərduşt Əlizadə isə deyir ki, Obama ona etibar edilmiş ümidləri qırdı. “İnsanlar həmişə aldanmaya meyllidirlər. Obama prezident olmamışdan qabaq insanlarda ümid yarada bilmişdi. Ancaq prezident olandan sonra ona ona bağlanan ümidlər qırıldı. Ancaq hər halda Obamanı Buşa nisbətdə uğurlu prezident hesab eləmək olar”, - deyə Zərduşt Əlizadə məsələyə münasibətini bildirdi.
Amerikanın müxtəlif yerlərində prezidentin şərəfinə ad günü partiləri təşkil olunur. Obamanın şəxsi saytında bu yerlərin xəritəsi də mövcuddur. Eyni zamanda Obama Könüllülər Təşkilatını da qeyd etmək olar. Təşkilat avqustun 4-dü axşam saatlarında bir araya toplaşan 49 nəfərə parti verməyi öz öhtəsinə götürüb.
***
Barak Obama haqqında az adamın bildiyi faktlar:
- Harri Potterin kitablarının hamısını oxuyub.
- Böyük əziyyətlər bahasına olsa da, Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyinə sahib olub.
- Hələ 15-16 yaşlarında ikən məşhur dondurmaçı Baskin-Robbinsdə işləyib, elə indi də dondurma görəndə yeməkdən özünü saxlaya bilmir.
- İndoneziyada, anası ilə yaşadığı vaxtlar da ilan əti və çəyirtkə yeyib.
- İspanca danışa bilir.
- “Seçkidə qələbə çalsam, siqareti tərgidəcəm” deyə xanımına söz versə də, sözünün üstündə durmayıb.
- İndoneziyada olduğu vaxtlar, hələ uşaq vaxtı, bütün uşaqlar kimi, it əvəzinə Tata adlı kiçik bir meymunu olub.
- Ən sevdiyi kitab Herman Melvilin "Mobi-Dik"dir.
- Keçən il xanımı Mişellə birlikdə, əsas hissəsi özünün yazdığı kitablardan gələn gəlir olmaqla, üst-üstə 4.2 milyon dollar qazanıblar.
- Ən sevdiyi film "Kasablanka" və "Qu quşu"dur.
- “Skrabl” və poker oynamağı çox sevir.
- Kofe içmir.
- Uşaqlıqda ən çox memar olmaq istəyirmiş.
- Gənclik illərində marixuana daxil olmaqla, müxtəlif narkotiklərdən istifadə edib.
- Biri 1500 dollar olan “Hart Schaffner Marx” kostyumları geyinir.
- Hamısı eyni modeldən olan 4 cüt qara ayaqqabısı var.
- Ən sevdiyi rəssam Pablo Pikassodur.
***
1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır.
1995-ci ildə onun "Atamın xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır və bir senator kimi Bakıda rəsmi səfərdə olub.
***
ABŞ-ın birinci xanımı Mişel Obama ailəsi barədə özəl xəbərləi jurnalistlərlə bölüşüb. Barak Obamanın prezident seçilməsi üçün çalışan Mişel həyatlarındakı ən maraqlı hadisələrdən danışıb:
-Barak iş səbəbi ilə xaricə gedəndə itimiz Bo ilə yatıram.
-Hər gün 18:30-da axşam yeməyini yeyirik. Sonda isə tanrıya uzun və sağlam yaşamağımız üçün dua edirik.
-Ağ evdə iclas zamanı ilk işim ayaqqabılarımı çıxarmağımdır. Kim gün boyu ayaqqabı ilə gəzmək istəyər ki?
Samir