Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

Haqq-hesab günü

Hamı Allahın əzəmət və qüdrəti qarşısında səcdəyə düşəcək.
مَالِكِ يَوْمِ الدِّينِ


"Haqq-hesab gününün Hökmdarı yalnız Odur." (Fatihə, 4).

İzah:
Quranda Qiyamət gününün müxtəlif vəsfləri var. Bu vəsflərin hər biri o günün obyektiv təcəllalarından birinə işarə edir və insanları o aləmin həqiqətləri haqqında məlumatlandırır. Bu vəsflərdən biri o gün Allahın tam malik olmasının üzə çıxmasıdır. Qiyamət günü mütləq hökmdar Allahdır. O, bu dünyada hökmdar və dünyanın maliki olsa da bu həqiqət Qiyamətdə hamıya aşkar olacaq. Buna görə də Qiyamət günü “Onun mütləq hökmdar olduğu gün” adlandırılmışdır. “Ğafir” surəsinin 16-cı ayəsində qeyd olunduğuna görə, bu həqiqət Qiyamət günü o qədər aşkar olacaq ki, hər yerdən nida gələcək və hamı o gün mütləq hökmdarlığın Allaha məxsus olmasına şahidlik edəcək. Bəli, dünya malının, dəbdəbəli dünya sərvətinin və inad edən təkəbbürlülərin zəif gücünün o gün bir faydası olmayacaq. Hamı Allahın əzəmət və qüdrəti qarşısında səcdəyə düşəcək.

Hədis:
Məhəmməd ibn Müslim deyir: “İmam Səccad (ə) bu ayəni oxuyanda o qədər təkrarlayırdı ki, az qalırdı can tapşırsın.” (Kafi, c. 2, səh. 602, hədis: 13).


4097 بازدید
در حال ارسال اطلاعات...