Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2018

Şah sağ olsun, orda da rəhmətlik atanız var axı... (Trampın Kral Salman hədəsinə sözardı)

Trampın isə gücü Ali Səud kimi xəbis, qeyrətsiz bir sülaləyə çatar. Çünki bu vəhabi sülaləsi yezidin hakimiyyətinin davamıdır.
Trampın Kral Salmanı hədələməsi xəbəri internet saytlarında yazılması adamın yadına maraqlı bir əhvalatı salır. Deməli günlərin bir günü bir nəfər gəlir şahın yanına, deyir ki, şah sağ olsun, sizin mən yaşayan məntəqədəki məmurunuz bizə zülm edir. Şah da qayıdıb məzlum kişiyə deyir ki, nə edim, çıx get filan məntəqədə yaşa. Məzlum kişi yenə deyir ki, axı orda da əminiz oğlu hakimdir, camaatın qanını içir. Şah deyir onda get filan məntəqədə yaşa. Kişi yenə deyir ki, axı orda da balaca qardaşınız xalqa divan tutur. Şah bir daha deyir ki, neyləyim, çıx get filan kənddə yaşa. Yazıq kişi yenə dözməyib şaha deyir ki, orda da bacınız oğlu meydan sulayır. Kişi hər dəfə gileyləndikcə şah deyir get başqa məntəqədə yaşa, şah hər dəfə kişiyə başqa məntəqədə yaşamağı tövsiyə etdikcə kişi şahın icra başçısı olan qohum-əqrəbasının zülmlərini şaha xatırladır. Axırda şah boğaza yığılır, deyir: əşşi, mən neyləyim ee, çıx get cəhənnəmdə yaşa. Kişi də tənbəllik eləmədən şaha qayıdıb deyir ki, şah sağ olsun, orda da rəhmətlik atanız var axı, bizə aman verməz.
Amerika üçün kresloda kimin oturması mühüm deyil. Bu ölkədə "dərin dövlət" adlanan ünsürlər yeri gələndə prezidentlik kürsüsünə Obama kimi müsəlman olması müzakirə edilən insanı gətirirlər, beləliklə müsəlmanların qəlbini ələ almaq istəyirlər. Gah da Tram kimi başdan qrija birini prezident edirlər ki, qoy danışıqları ilə dünyanın başını qatıb altdan-altdan işlərini görsünlər. Çünki bu dövlətin qurucuları və hazırkı kəllələri bu ölkə üçün iki qanun yazıblar və hazırda ölkəni bu cür idarə edirlər. Bir qanun demokratikdir, harda demokratik dəyərlər, insan haqları varsa deyirlər ki, biz onun hamisiyik. İkinci qanun isə bu haqları, demokratiyanı xarici ölkələrdə, xüsusən də müsəlman Şərqində ayaqlar altına qoymaqdır. Onlar deyir ki, bütün dünya xalqlarının taleyi bizim əlimizdə olmalıdır. Amerika bütün dünyada hegemon olmalıdır. Amma İranın və Rusiyanın sayəsində bu xəyalları yuxularında görürlər.
Əgər inanmırsınızsa, bu da sizə sübut. Deməli, ABŞ bəlkə on ilə yaxındır ki, Suriya prezidenti Bəşər Əsədi devirmək istəyir. Bəhanəsi də budur ki, Bəşər zalımdır, diktatordur, demokratiya və insan haqlarına hörmət etmir. Amma digər tərəfdən həmin ABŞ Yəmənin məzlum əhalisini, körpələrini qətliam edən vicdansız, şərəfsiz dövlətlərdən ibarət olan koalisiyanı və koalisiyaya rəhbərlik edən yezid səud kralı Salmanı dəstəkləyir. Digər tərəfdən Fələstində yazıq uşaqları bombaran edən sionistləri dəstəkləyir. Bəs özünüz bir prezidentin iki dəfədən artıq seçilməsini yasaqlamısınızsa nə üçün bir nəsli indiyədək hakimiyyətdə saxlamısınız. Nə üçün lənətlənmiş Səudiyyə rejimində bir kral cəhənnəm olub gedəndən sonra başqa kral onun yerini tutur.
Sayt yazır: "Missisipi ştatının Sautheyven şəhərində tərəfdarlarına səslənən Tramp “Kral Salmanı sevirəm. Lakin onunla görüş zamanı üzünə bunları dedim: “Bax, kral, biz səni qoruyuruq. Biz olmasaq heç iki həftə də yerində dura bilməzsən. Ordunun xərclərini özün çək, ödəməyə də məcbursan”, - ifadələrinə yol verib."
Bəli Səud nəsli Amerika siyasəti nəsillikcə öz maşası edib "topdan satış" halına gətirib. Bu satqın, xəbis və Əməvi sülaləsinin davamı olan sülalə topdan olaraq özünü ABŞ siyasətinə satıb. ABŞ prezidentləri bir qoca qurdu krallıqdan götürüb onun yerinə başqa bir qoca qurdu asanlıqla təyin edə bilir. Ehtiyat üçün də qocaları "qocalar evinə" göndərməklə hədələyib cavanları hakimiyyətə gətirəcəyini deyir. Bəli, xəbis Səud ailəsi bu cür maşa olmağa layiq sülalədir.
Trampın isə gücü Ali Səud kimi xəbis, qeyrətsiz bir sülaləyə çatar. Çünki bu vəhabi sülaləsi yezidin hakimiyyətinin davamıdır. Ancaq İmam Hüseyn (ə) inqilabını yaşadan İslam İnqilabı "Amerika heç bir qələt edə bilməz" deyə bilər. Necə ki, bu sözü deməyi bizə 14 əsr əvvəl İmam Hüseyn (ə) buyurmuşdur.
Xəbis Səud ailəsinin misalı yuxarıdakı əhvalatdakı şahın misalı kimidir. ABŞ siyasəti istədiyi zaman bu cür maşaları cəhənnəmə yollayıb yerinə başqalarını təyin edir.


5546 بازدید
در حال ارسال اطلاعات...