Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2018

İnsan ilahi əmanətin daşıyıcısıdır

İnsan Tək Allah tərəfindən çox böyük bir əmanətin daşıyıcısıdır
إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

"Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir." (Əhzab, 72).

İzah: Quranda ən mühüm insanı tanıma əsaslarından biri Allahın insanın üzərinə qoyduğu missiya və vəzifələrə diqqət etməkdir. Allah insanı muxtar və azad varlıq olaraq yaratdı. Ona yaxşı və pisi ayırd etmək gücünü bəxş etdi. Onu xarici (peyğəmbərlər) və daxili (zəka) hidayətlərlə yönləndirdi. Onun nəfsani qüvvələrinə və fitrətinə də haqqı və doğrunu qəbul etmək istedadı verdi. Beləliklə, lazımi istedadları insan daxilinə yerləşdirdi ki, üzərinə düşən vəzifənin ağır yükünü çiyninə ala bilsin. Yuxarıdakı ayə bu həqiqətə işarə edir ki, insan Tək Allah tərəfindən çox böyük bir əmanətin daşıyıcısıdır. Elə bir əmanət ki, ən böyük məxluqat – lazımi istedad və qabiliyyətə malik olmadıqları üçün – onu qəbul etməkdən imtina etmişlər. Bu əmanətdə məqsəd Allahın vilayəti (hamiliyi) və dini vəzifələrdir. Ayənin davamında Allah insanı çox zülmkar və nadan adlandırır. Bu cümlədə məqsəd bu böyük əmanətə xəyanət edən və (bununla da) özünə zülm edən insanların pislənməsi və məzəmmət olunmasıdır.

Hədis: İmam Rza (ə): “Əmanət dedikdə Əhli-beyt (ə) nəzərdə tutulur. Kim onu haqsız olaraq iddia etsə, kafir olmuşdur.” (Üyuni-əxbari-Rza, c. 1, səh. 306, hədis: 66).


6273 بازدید
در حال ارسال اطلاعات...