Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2019

Dinin təkmilləşməsi ayəsi

İnsanlar o zaman həlak oldular ki, haqq və batil arasında fərq qoymadılar
Həzrət Əlinin (ə) imam olmasının dəlilləri


لْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا

"Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Əhzab, 33).

İzah: Şiə alimlərinin yekdil rəyinə və əksər əhli-sünnə alimlərinin etirafına görə, bu ayə Qədir-Xum hadisəsi zamanı və Əli ibn Əbu Talib (ə) Peyğəmbər (s) tərəfindən canişin və imam təyin edildikdən sonra nazil olmuşdur. Allah bu ayədə möminlərə müjdə verir ki, bu təyinatla müsəlmanların hidayət nemətini tamamlamış və İslam dinini kamil etmişdir. Çünki İslam müxaliflərinin bu dinə zərbə endirməyə heç bir ümidi qalmamışdır. Onların yeganə arzusu Peyğəmbərin (s) dünyasını dəyişməsi idi ki, ondan sonra müsəlmanları İslam yolundan ayırsınlar. Həzrət Əlinin (ə) xəlifə təyin olunması müsəlmanların yolunun davam etdirilməsinə zəmanət verir və İslam dinini kamilləşdirir.

Hədis: İmam Əli (ə): “İnsanlar o zaman həlak oldular ki, haqq və batil arasında fərq qoymadılar. Elə bildilər ki, xilafət kürsüsünü tutan hər kəsə itaət olunmalıdır.” (Biharul-ənvar, c. 69, səh. 176).


5025 بازدید
در حال ارسال اطلاعات...