Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2019

Pentaqon: İranlılar elektronik müharibədə mütəxəssisdirlər və həkk etməkdə çox alidirlər

İranın Amerika ordusunun nəzarət mərkəzlərinə nüfuz etməsi və son günlər Amerika dronuna nüfuz edərək onun məlumatını götürməsi, habelə dronu yerə endirməsi neçə gündür ki, mediada günün mövzusuna çevrilib.
Pentaqonun sabiq rəsmisi Maykel Maloof iranlı qüvvələr tərəfindən Amerikanın PUA sisteminin həkk olmasına münasibət bildirərək iranlıları elektronik müharibədə mütəxəssis adalandırıb.

“Rasha Today”-a müsahibə verən Pentaqonun sabiq rəsmisi İranın İraq və Suriyada Amerikanın pilotsuz təyyarəsini həkk etməsi ilə bağlı yayılan video ilə bağlı deyib: “Məncə bu video həqiqidir və İranın elektronik gücünün yalnız bir hissəsidir.”
“İranlıların bu PUA-nı öz nəzarətləri altına alması və onu enməyə məcbur etmələri mümkündürmü?” sualına cavab verən M. Maloof deyib: “Bəli, sözsüz. Çox güman ki, onlar bu işdən əlavə o təyyarədən bizim gördüyümüz məlumatlara da nüfuz edərək ondan istifadə etsinlər və bu vasitə ilə öz qüvvələrini hərəkət etdirsinlər.”

Müdafiə Nazirliyinin sabiq rəsmisi əlavə edib: “İran 2011-ci ildən bu texnologiya və bacarığa malikdir. Yəni Amerikanın RQ-170 radara düşməyən PUA-sına nəzarəti ələ keçirdiyi vaxtdan. CİA-ya aid bu PUA Əfqanıstandan qalxmışdı və İran səmasında əməliyyat həyata keçirirdi. Onlar radara düşməyən PUA-nı endirməyə müvəffəq oldular. Onlar artıq bu PUA üzərində əks mühəndislik etmiş və onun oxşarından istifadə edirlər. Bundan əlavə İran sözügedən PUA-nın çox gizli elektronik təchizatını da tapmışlar.”
Maloof etiraf edib: “İranlılar neçə ildir ki, elektronik müharibədə mütəxəssisdirlər və həkk etməkdə alidirlər, pilotsuz təyyarənin sisteminə nəzarəti ələ keçirməyə qadirdirlər. Bir iranlı mənə dedi ki, əgər biz bu işi daha müasir səviyyədə həyata keçirməyi bacarırıqsa, deməli bu işi Amerka və NATO-nun hər növ gəmi, təyyarə daşıyan gəmi və radarlarına qarşı həyata keçirməyə də qadirik.”
Amerikanın öz PUA-sını bombalamağa məcbur olmasına işarə edən sabiq rəsmi deyib: “O təyyarəyəyə nəzarət bizim əlimizdən çıxmışdı, üstəlik onun çox mühüm və həssas texnologiyası var idi. Ona görə də onu partlatmağı daha uyğun bildik.”

M. Maloof İranın Amerika PUA-sını endirməsinin videosunu yaymasına da işarə edərək deyib: “Məncə, əgər onlar bu işə qadir olmasaydılar, heç vaxt belə bir videonu yaymazdılar. Onlar bu hərəkətləri ilə bizə mesaj verirlər. Əgər bu video həqiqi olmasaydı, onu yaymazdılar. Məncə bu video həqiqidir və onların elektronik gücünün yalnız bir hissəsidir.”
Pentaqon rəsmisi bu məsələnin Amerika tərəfindən təkzib edilməməsinə də işarə edərək deyib ki, Amerikanın bu xəbəri təkzib etməməsi videonun həqiqi olmasına aydın bir sübutdur.


5476 بازدید
در حال ارسال اطلاعات...