Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2019

Axirətdə Peyğəmbərin (s) razılığı

Bəzi rəvayətlərdə bu ayə Quranın ən ümidverici ayəsi kimi dəyərləndirilmişdir.
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

"Tezliklə Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan." (Zuha, 5).

İzah: Allahın Peyğəmbərə (s) – yuxarıdakı ayədə xəbər verdiyi – ən böyük bəxşişi dünya və axirətdə ona Öz lütf və mərhəmətini bəxş etməsidir. Öz lütf və rəhmətini ona o qədər verir ki, o razı qalır. Dünyada onun dinini cahanşümul və əbədi edir. Axirətdə isə xüsusi nemətlərini bəxş edəcəkdir. Bildiyimiz kimi, o həzrət (s) insanların ümmətinə ən can yandıranı idi. Bütün səyini onların hidayət olunmasına yönəltmişdi. Ən böyük arzusu onların səadəti idi. Buna görə də onun tam razı qalması ümmətinin hidayətindən asılıdır. Məhz bu səbəbdən də bəzi rəvayətlərdə bu ayə Quranın ən ümidverici ayəsi kimi dəyərləndirilmişdir. Çünki o həzrətin (s) günahkarları şəfaət etməsinin qəbul olunacağından xəbər verir. O günahkarlar ki, Allahın və peyğəmbərinin özləri üzərindəki qəyyumluğunu qəbul etmiş, amma nəfsani yanlışlara düşmüş, ehtirasların əsiri olmuşlar.

Hədis: İslam peyğəmbəri (s): “Hər bir peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən öz istəyimi Qiyamət günü ümmətimi şəfaət etmək üçün saxlamışam.” (Xisal, səh. 29, hədis: 104).


7027 بازدید
در حال ارسال اطلاعات...