Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2019

Şahın alkaş oğlu və ABŞ höküməti niyə zərərçəkmiş İran xalqına yardım etmir?

40 ildir ki, bu xalqı, İran dövlətini heç bir qüvvə çökdürə bilmir
İranda baş vermiş sel hadisəsi bir neçə məsələyə aydınlıq gətirməyə başladı. Əvvəla müsəlman İran xalqı və biz gözəl bilirik ki, Allah Mütəal hər işdə bir asanlıq, xeyir, hikmət qərar vermişdir. Heç bir şey əbəs yerə deyildir. Həm səbəbi vardır, həm də hikməti.

Sel hadisəsi zamanı da bir neçə məsələ meydana çıxdı. Məsələn, kimlərsə düşünməyə başladı ki, bəlkə biz bu nemətlərə görə Allaha şükür etmədik, başımıza bu işlər gəldi. Bu kimi məsələlərdə predmetlər mühüm rol oynamır. Əsas odur ki, hamı bu məsələdən nəticə çıxarmalıdır. Məsələn, İranda seldən zərərçəkmişlərin halına baxıb digər insanlar da Allaha şükür edə bilərlər. Amma söhbət əməli şükürdən gedir. Elə bir şükür ki, insanı Allaha qarşı günahkar olmaqdan çəkindirir, onu Allaha həqiqi bəndə qərar verir.

İkincisi budur ki, Azərbaycandan İrana humanitar yardımların getməsi bir daha İran-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən sionistləri və onların ölkəmizdəki havadarlarını susdurdu. Bir daha sübut olundu ki, İran Azərbaycan dostluğu var və bu iki ölkənin arasını illərdir çalışsa da sionistlər vura bilməmişlər. Məlum məsələdir ki, İran Azərbaycan həmsərhəd dövlətlərdir. İsrail sionistləri hər zaman fürsət gəziblər ki, İrana yaxın ölkələrin birində İran əleyhinə silah və texnika bazaları yaratsınlar və lazım gələndə İrana zərbələr endirsinlər. Amma bu hadisələrdən sonra bir daha onların ümidləri puça çıxdı.

Üçüncüsü budur ki, İranın müxtəlif şəhərlərində, qəsəbələrində bütün yol boyu küçələrdə yardım çadırları qurulur, hər kəs gücü çatan qədər seldən zərər çəkmiş insanlara yeyinti məhsulları, geyim, yorğan-döşək göndərir. Bu, həm də o deməkdir ki, həmişə fars-türk düşmənçiliyi salmaq istəyən axmaqlar bir daha yanıb yaxılırlar ki, nə üçün bu ölkədə türkü farsa, şiəni sünnüyə düşmən etmək olmur. Bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan bir fotoda şiə ruhanisi sünnü ağsaqqalı çiyninə alıb qərq olmaqdan xilas etmişdir. Yaxşı yadımdadır ki, bu hadisələrdən sui-istifadə etməyə çalışan axmaqlar hətta güya Azərbaycandan İrana nəql edilən humanitar yardım maşınlarının İranda yaşayan türkdilli vətəndaşlar üçün olduğunu yaymağa çalışırdılar. Hamıya isə məlumdur ki, zərər çəkən məntəqələr türk dilli məntəqələr deyildir.

Dördüncü məsələ yenə şükürlə bağlı bir məsələdir. İran xalqı arasında şükür edən insanlar çoxdur. Onlar İslam dövlətində yaşayır, hər gün efirdə, radioda, saytlarda, hətta uşaq bağçası və məktəblərdə onlara dini dəyərlər aşılanır. Onlar Allaha həmd olsun ki, dinin nə olduğunu bilirlər. Belə insanlar seldən zərər çəkmiş əhali arasında da az deyildir. Belə ki, reportajlardan məlum olur ki, onlar bu vəziyyətlərində belə şükür etməyi bacarırlar.

Beşincisi budur ki, 40 ildir ki, bu xalqı, İran dövlətini heç bir qüvvə çökdürə bilmir. Bu qırx il ərzində siyasi təzyiqlər, blokadalar, enbarqolar tətbiq etməyə çalışsalar da heç biri baş tutmamışdır. İran xalqı bu sel hadisəsindən sonra da sübut edəcək ki, biz heç zaman sınmarıq, bu kimi təbii hadisələri Allahın bir hikməti kimi görüb həyata, şükür etməyə davam edəcəyik.

Altıncısı odur ki, indiyədək ruhaniyyətin adi insanlardan uzaq olduqlarını düşünənlər və bunu çirkin təbliğat kimi qabardanlar mövcud idi. Onlar bir daha şahid oldular ki, deyilənlər tam əbəs bir şeydir. Belə ki, nə qədər ruhani bu işdə zərər çəkmiş insanlara yardım etdilər. Heç biri zərər çəkənlərə biganə yanaşmadı. Təqlid mərceləri tərəfindən zərər çəkmişlərə maddi yardımlar edildi. Çünki əziz dinimiz bizə bunu əmr edir.

Yeddincisi, hər dəfə İslam düşmənləri əks təbliğat aparıb İran dövlətinin xalqa baxmamasını şüurlara təlqin etməyə çalışırdılar. Amma bu hadisələrdə bir daha onların planları alt-üst oldu, cəhdləri uğursuzluğa düçar oldu.

Səkizincisi və bəlkə də ən əsasə odur ki, İslam düşmənləri psixi cəhətdən darmadağın olmuşlar. Belə ki, ABŞ 40 ildir ki, İrana "demokratiya gətirmək" barədə planlar qurur. Güya onun fikri İran xalqını "zülmkar rejimdən" qorumaqdır. Üstəlik, bir dəstə İslama nifrət edən insanlar devrilmiş şahın oğlunu, ABŞ barlarında alkaşlıq edən pəhləvini yenidən hakimiyyətə qaytarmağa çalışırdılar. Onlar indilərdə görürlər ki, İran xalqına onların heç bir faydası dəymir. İran düşmənlərini aşağıdakı kimi bir neçə qrupa bölmək olar;

1. ABŞ və onun havadarları ki, onlar İran xalqına bu vəziyyət yardım göstərmirlər.
2. İranın devrilmiş şahının şizik oğlu da bu günlərdə İran xalqı sözünü dilinə gətirmir.
3. İrandan vaxtilə rədd olub getmiş mühacirlər var, onlar fasid şahın zamanında İranda fəsad törədir, mənəviyyatı məhv edirdilər. İnqilab olandan sonra dabanlarına tüpürüb ölkədən qaçmışdılar. Prezident seçkilərində isə güya xalqın səslərinin saxtalaşdırılması bəhanəsilə çıxışlar ediridlər. İndilər də İran xalqı həmin xalq olsa da bu insanlar həmin insanlar olub şanlı xalqa yardım göstərmirlər.

Nəticə budur ki, selin ziyanları olsa da bu kimi faydaları da özünü aşkar şəkildə göstərmiş oldu.


5339 بازدید
در حال ارسال اطلاعات...