Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2019

Seyid Həsən Nəsrullah təhdid etdi: İsrail Livana hücum etsə, onu məhv edəcəyik

Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah deyib: “Mən qəti söz verirəm ki, İsrail qüvvələri Livanın cənubuna daxil olsalar, onları dünya televiziya kanallarının kameraları qarşısında məhv edəcəyik.”

Mücahidlərin xüsusiyyətləri
Cümə axşamı Hizbullah komandirlərindən olmuş Seyid Mustafa Bədrəddinin şəhadətinin üçüncü ildönümü münasibətilə çıxış edən Hizbullah lideri onun İslam və Livan üçün çəkdiyi zəhmətlərdən, mücahidliklərindən danışıb, onun və digər mücahidlərin Fələstin torpaqlarının işğal olunmasına, region xalqlarının torpaq və sərvətinin Amerika vasitəsilə tarac edilməsindən narahat olduqlarını deyib.
Seyid Həsən Nəsrullah vurğulayıb: “Bu mücahidlər İslam ümmətinin qeyrətini çəkirdilər. Seyid Abbas Musəvi hətta Əfqanıstana, İran sərhədlərinə və İraq getdi. Seyid Mustafa Bədrəddinin inqilabçılıq ruhiyyəli qeyrətli bir mücahid idi. Onlar İslam uğrunda çalışmaqdan yorulmurdular. Onlar düşməndən qorxmurdular. Amerikanın Livanda hüzuruna, ərəb dövlətlərinin zəifliyinə və imkanlarınn çox az olmasına baxmayaraq, düşmən qarşısında müqavimət göstərirdilər. Onların heç biri öz işinə başlamaq üçün imkanların genişlənməsini gözləmədilər.”

Bəziləri regionda müharibə yaratmaq ardıncadır
Hizbullah lideri sionist rejimin hərəkətlərinə toxunaraq deyib: “Amerika və bəzi ölkələr, habelə onların mediaları regionda “İsrail” vasitəsilə müharibə yaratmaq ardıncadır. Onlar bununla demək istəyirlər ki, müharibənin səbəbini aradan qaldırın. Onlar Livan xalqı və dövləti əleyhinə psixoloji müharibə yaratmaqla, onlardan imtiyaz almağa səy edirlər.”

Müqavimətin öz raketlərindən əl götürməsini istəyirlər
Seyid Həsən Nəsrullah vurğulayıb: “Quru sərhəddə çox strateji bir yer vardır, dəniz sərhədi və Şebaa tarlaları da ortada vardır. Habelə, Livan və müqavimətin qüdrəti də ortadadır. Deyirlər ki, əgər “İsrailin” sizə hücum etməsini istəmirsinizsə, müqavimət cəbhəsini məhv edin və onun raketlərindən əl götürün.
Mən Livan xalqına deyirəm: Psixoloji müharibədə də düşmənin sizə qalib gəlməsinə icazə verməyin. Çünki siz güclü xalqsınız.”

İsrail müharibəni başlaya bilməz
Hizbullah Hərəkatının baş katibi daha sonra deyib: “Heç kimin qorxması lazım deyil. Əgər “İsrail” müharibəni başlamaq istəyirsə, mən deyirəm ki, başlasın. “İsrail”də hamı deyir ki, müharibə gərək sürətli və qətiyyətli olsun. Halbuki, onlar belə bir müharibəyə başlaya bilməzlər.”

“İsrail” Livan torpağına daxil ola bilməz
Seyid Həsən Nəsrullah vurğulayıb: “Müqavimətin gücü quru qüvvələr sahəsində də çox möhkəmlənmişdir. Əl-Cəlili azad edə bilər. Halbuki, “İsrail” Livan cənub torpaqlarına soxulmağa cürət edə bilməz. Onlar bu dağlarda və Livanın cənub torpaqlarında nələrin gizləndiyini bilmirlər.
Livanın cənubunda 7 kənd vardır. Bu kəndlər Livana aiddir. Amma bu məsələni biz dövlətə zorla qəbul etdirməmişik. Bizim etiqadımıza görə, bu kəndlər istər Livanın olsun, istərsə də Fələstinin yenə də bizimdir.”

“İsrail” Livana hücum etsə, məhv olacaq
Hizbullah lideri sionist rejimini təhdid edərək deyib: “İsrailli qüvvələr Livanın cənub ərazilərinə daxil olmaq istəsələr, onları dünya televiziya kanallarının kameraları qarşısında məhv edəcəyik. “İsrail” ordusunun musiqi qruplarının musiqi səsləndirməsi, Livana daxil olması və işğalçılıq dövrü artıq bitmişdir.”

Suriya hadisələri Amerika-sionist rejim-Ərəbistan məkri idi
Bizim Suriya məsələləri ilə bağlı mövqeimiz düzgün idi. Zaman ötdükcə bu daha da aydın sübuta yetir və ərəb şəxsiyyətləri də bunu təsdiq edirlər.
Suriya hadisələri Amerika-İsrail-Ərəbistanın məkirli planı idi, Suriyadakı demokratiya və seçkilərə heç aidiyyatı yox idi. Onlar Suriyaya hökumət etmək və demokratiyanı genişləndirmək üçün kimi seçdilər? İŞİD-i! İŞİD Suriya ərazisinin 40 faizini, İraqın yarısının necə işğal edə bildi və hətta Kərbəla darvazalarına çatdı? Kimlər ona maddi dəstək verdi və media dəstəyi göstərdi? Amerikanın pulu və Ərəbistanın fikri İŞİD təfəkkürünü Suriyaya göndərdi. İŞİD üzvlərinin çoxu ərəbistanlı terrorçular idi. Klinton da İŞİD-in onlar tərəfindən yardıldığını etiraf etdi. Həmçinin amerikalı general Uesli Klark CNN kanalında dedi ki, İŞİD-i bizim dostlarımız və müttəfiqlərimiz təsis etdilər, biz Hizbullah qarşısında dayana bilmərik və İŞİD vasitəsilə onlarla döyüşməliyik.
Seyid Həsən Nəsrullah İraq dövlətinə də diqqətli olmağı tövsiyə edərək deyib: “Tramp öz seçki vədlərini həyata keçirmək ardıncadır. O seçki təbliğatında demişdi ki, İraqın nefti Amerikanın olmalıdır. Necə ki, indi Ərəbistanın neftini öz əlinə almışdır, onları sağır və bu məsələ hər gün davam etməkdədir.”

İŞİD məhv olub, amma İŞİD təfəkkürü məhv olmayıb
Hizbullah rəhbəri çıxışının davamında İŞİD məfkurəsinin hələ də bir təhdid olaraq qalmasına toxunaraq deyib: “İŞİD hökuməti məhv olmuşdur, amma onun təfəkkürü və hər gün müxtəlif yerlərdə bomba qoyan, terror törədən üzvləri hələ də qalır. Suriya və İraq İŞİD-lə mübarizə aparmaq üçün əməkdaşlıq etməlidir və bu zəruri bir məsələdir.
İŞİD təfəkkürü və Şri-Lankada baş verən partlayışların arxasında kim dayanır? Bütün bu təfəkkürün arxasında Ərəbistan dayanımışdır. Bu cinayətlərə görə onun kiçik amillərini deyil, Ərəbistanı mühakimə etməliyik. Bu cinayətlərin əsas məsulu Amerika və Ərəbistandır.”

Cinayətkarlar koalisiyası ilə mübarizə aparmaq lazımdır
Seyid Həsən Nəsrullah deyib: “Biz Ərəbistan və Amerika arasındakı cinayətkar müqavilə ilə qarşılaşmışıq və onunla mübarizə aparmalıyıq. BMT bildirmişdir ki, 250 min yəmənli onların (Amerika-Ərəbistan koalisiyası) tərəfindən öldürülmüşdür. Hamı bu məsələ qarşısında sükut edir. Çünki bu faciənin arxasında Amerika və Ərəbistan dayanır.
Ərəbistan 37 məhkumu edam etdi. Medialar buna ötəri yanaşdılar, təkcə xəbər vermək və pisləməklə onun üstündən keçdilər, sakit qaldılar və unutdular.
Ərəbistanın Kaşikçıya qarşı hərəkəti misli görünməmiş bir hərəkət idi. Lakin hamı susdu. Çünki dünya elə olmuşdur ki, hər kimin çox pulu olsa, hər işi edə bilir.”

Kral Salmandan xoşum gəlmir, amma ona ürəyim yandı
Hizbullah lideri deyib: “Tramp öz dostları və müttəfiqlərinə hörmət etmək əvəzinə, onları təhqir edir. Mən açıq deyirəm ki, kral Salmandan xoşum gəlmir, amma ona ürəyim yanır. Çünki Tramp hər gün özünün bir çıxışı ilə onu təhqir edir.
Ərəb izzəti, şücaəti, qüdrəti və qeyrəti haradadır? Tramp onların rəhbərini aşağılayır, onlar isə susurlar.”


5380 بازدید
در حال ارسال اطلاعات...