Məşriq - Amerikanın dövlət rəsmiləri və ekspertləri, həmçinin İranın regional nüfuzunu öz mövcudluğu üçün təhdid hesab edən sionist rejim başçıları neçə vaxtdır ki, İranı Tehran-Aralıq dənizi quru yol koridoru yaratmağa təlaş etməkdə ittiham edirlər. “Torpaq körpü” (Land Bridge), “Quru yol koridoru” (Land Corridor) kimi adlandırılan bu iddia edilən layihə qərb siyasətçiləri və ekspertlərinin narahatlığına səbəb olmuşdur, qərbin beyin mərkəzləri bu mövzuda saya gəlməyən hesabatlar hazırlayıblar.
ABŞ Federal Təhqiqat Bürosonun sabiq məmuru-Qasim Süleymani əgər istəsə, öz şəxsi avtomobili ilə Tehrandan Livanda İsrail sərhədlərinə qədər gedə bilər və heç kim onun avtomobilini saxlamaz
Amerikanın ən anti-İran beyin mərkəzi olan “Demokratların Müdafiəsi Fondu” son vaxtlarda vediyi hesabatında İranın İraq və Suriya vasitəsilə Livanın mərkəzinə və sionist rejim sərhədlərinə yetişməsi barədə ciddi xəbərdarlıq edib. Amerikanın bu tanınmış və nüfuzlu mərkəzi öz hesabatını “Yandırıcı körpü: İrandan Aralıq dənizinə qədər quru yol koridoru”(1) adlandırmışdır. Hesabatın əhəmiyyəti ABŞ silahlı qüvvələrinin təqaüddə olan general-leytinantı və Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri və hal-hazırda “Demokratların Müdafiəsi Fondu”nda Hərbi və Siyasi Güc Mərkəzininin müşavirə heyətinin rəhbəri Herbert Raymond MicMasterin(2) bu hesabata giriş sözü yazmasındadır.
Hesabatı “Demokratların Müdafiəsi Fondu”nun təhqiqat məsələləri üzrə direktoru, Suriya və İran məsələləri üzrə ekspert David Adesnik və bu fondun yüksək səviyyəli üzvü, İran təhlükəsizlik və siyasi məsələləri üzrə ekspert Behnam ibn Taliblu hazırlamışdır.
“Demokratların Müdafiəsi Fondu”nun hazırladığı hesabatdan bəzi hissələri oxuculara təqdim edirik.
Qeyd edək ki, hesabatı dərc etmək onun bizim sayt (Məşriq) tərəfindən təsdiqi mənasını daşımır.
“Quru yol koridoru” yaxud “Müqavimət cəbhəsi”
“Demokratların Müdafiəsi Fondu” hesabatının giriş hissəsində Amerikanın bir sıra rəsmilərinin İran-Aralıq dənizi quru yol koridoru barədə açıqlamalarına toxunur:
Xarici İşlər Naziri Mayk Pompeo deyir:
“İran hökuməti hələ də İran sərhədindən Aralıq dənizi sahillərinə kimi koridorun yaradılmasının ardıncadır. Tehran bu koridoru İsrail sərhədlərinə qüvvə və müasir sistemlər göndərmək üçün istəyir.(3)”
Con Bolton Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilməzdən bir az əvvəl yazmışdı:
“Tehran İraq yolu ilə Suriyada Əsəd hökuməti və Livanda Hizbullaha qədər aypara şəkilli bir ərazidə nüfuz sahibidir.(4)”
C. Bolton daha sonra yazır: “Olduqca dəyərli geostrateji mövqeə malik bu ərazi Tehranın İsrail, İordaniya və Fars körfəzində Amerikanın müttəfiqləri üçün təhdidlərini gücləndirir. Amerika prezidentinin özü də bildirib: “Biz İranı Aralıq dənizində mövsüm ovuna dəvət etmək istəmirik.(5)”
Hesabatda Adesnik və Bin Taliblu etiraf edirlər:
“Quru yol koridoru barədə İran rəhbərlərinin nə düşündüyü hələ məlum deyildir. Onlar (İran rəhbərləri) bu addan istifadə etmirlər və bu adın əvəzinə İranı Livan Hizbullahı, Bəşar Əsəd hökuməti və digər oyunçularla müttəfiq edən “müqavimət cəbhəsi” barədə söhbət edirlər.”
Hesabatda deyilir: “İran qabaqcadan yolu Aralıq dənizinə qədər açmışdır. Bu yolu və Tehranı Bağdad, Dəməşq və Beyruta birləşdirən digər yolların üzərində nəzarəti gücləndirmək İrana real strateji üstünlüklər verir. Bununla belə, quru yol Tehranın bir supergüc kimi öz nüfuzunu Yaxın Şərqdə bərkitməsi üçün strateji yollardan biridir. Logistik yolların zəruri olmasına baxmayaraq, müqavimət cəbhəsinin əsaslarını təşkil edən siyasi və ideoloji oxşarlıqlar da vardır.”
Şimal yolu; yenə Hacı Qasim?
“Demokratların Müdafiəsi Fondu” yazır ki, İranla bağlı quru yol söhbəti üç il bundan öncəyə qədər elə də dillərə düşməmişdi və 2016-cı ilin payızına qədər İranın Tehrandan Aralıq dənizinə qədər koridor yarada bilməsi qeyri-mümkün sayılırdı. 2017-ci il Suriya və İraqda baş verən cəbhə hadisələrinə diqqət etməklə ekspertlərin də nəzəri bu barədə dəyişdi, 2018-ci ilin əvvəllərində ekspertlər arasında Quru yol koridoru barədə demək olar ki, yekdil nəzər var idi.
Adesnik və Bin Taliblunun fikrincə, Suriyada müharibənin başlanması Quru yol koridoru yolunun qığılcımını vurmuşdur. Baxmayaraq ki, bu termin əvvəllər Suriya aeroport və limanlarından Livanda Hizbullahın nəzarəti altında olan ərazilərə şamil olan qısa yollar mənasına idi.
Onlar belə düşünür ki, Həşd-Şəbinin yaranması ilə İranın İraqda nüfuzu genişləndi və beləliklə, Quru yol koridoru Tehrandan Aralıq dənizinə qədər genişləndi.
2016-cı ildə “Quardien”-in hazırladığı Tehran-Aralıq dənizi Quru yol koridoru
Hesabatın “Şimal yolu” hissəsində Tehran-Aralıq dənizi koridoru ilə bağlı deyilir:
“Oktyabr ayında (2016-cı il) İngiltərənin “Quardien” qəzeti ilk dəfə olaraq iddia edilən koridorun xəritəsini yaydı. Bu koridorda İran İraqın mərkəzinə daxil olur, sonra yolunu şimal-qərb səmtinə yönəldir və Səncar şəhərindən keçməklə Rəbiə keçidinə daxil olur. “Quardien” zühur etməkdə olan bu körpünü “3 onillik hazırlıq işləri görülməsindən sonra əldə edilən nailiyyət” adlandırır. Qəzet üçün bu hesabatı hazırlayan Martin Çulof yazır ki, sözügedən koridor Tehranın İraq və Suriyada aypara nüfuzunu təmin etmək üçün ən önəmli layihələrindən biri olmuşdur və bu layihə Aralıq dənizinə qədər uzanır.(6)
M. Çulov region rəsmiləri adlandırdığı adsız mənbələrə istinad edərək iddia edir ki, İran tamamilə məlum və planlı şəkildə quru yol körpüsü yaratmaq istəyir və bu layihə Tehranda Bağdad və Dəməşqin yüksək səviyyəli dövlət və təhlükəsizlik rəsmiləri ilə razılaşdırılıb. Bütün bunlar Sepahın Qüds qüvvələri komandanı general Qasim Süleymaninin nəzarəti altındadır.”
(Demokratların Müdafiəsi Fondu xatırladır ki, Çulof Quru yol koridoru layihəsində Qasim Süleymaninin rolunun olduğunu iddia edən tək qərb jurnalistidir.)
FBİ-ın sabiq xüsusi məmuru Əli Səvfan yazır ki, Qasim Süleymani sionistlər tərəfindən işğal edilmiş Fələstin sərhədlərinə qədər heç bir maneə olmadan gedə bilər. Xəritədə həmin yollar xətlərlə göstərilmişdir
“Quardien” Qasim Süleymaninin bu şəklini nəşr edərək yazıb: “Qüds qüvvələrinin komandanı general Qasim Süleymani İranın sonsuz qüdrətə malik komandiri”
Cənub yolu; iki ayrı yol
Adesnik və Bin Taliblu digər bir quru yol koridoru barədə də xəbərdarlıq edirlər. Onlar belə düşünür ki, bu koridor 2017-ci ildə cəbhə dəyişikliklərinin davam etməsi ilə yaranıb. Onlar bununla bağlı yazır:
“2017-ci ildə İranın rəhbərliyi ilə xarici ölkələrin vətəndaşları olan şiə silahlı dəstələri və Əsəd hökumətinə bağlı qüvvələrdən ibarət koalisiya Suriyanın şərq və İraqla sərhəd ərazilərinə tərəf irəliləməyə başladı. Nəhayət, Fərat çayı dərəsində Bu Kamal (ya Əbu Kamal) şəhərinə çatdı. Həmin ilin may ayında israilli jurnalist Ehud Yari yazdı: “İran Aralıq dənizinə çatmaq üçün iki quru yol koridoru yaradır.”(7) Onlardan biri Sincardan keçən həmin şimal yoludur. İkincisi yol isə Fərat boyunca Bağdaddan çıxır və öz qıvrılma yolunu səhradan keçirərək qərb və şimal səmtinə davam etdirib Əl-Qaim sərhəd şəhərinə çatdırır və oradan Suriyaya daxil olur.”
Xəritədə İran-Aralıq dənizi koridorları göstərilir: şimal koridoru qırmızı, cənub koridoru yaşıl rənglə verilmişdir. Qara rəngli yol birbaşa Amerikanın Tənfdəki hərbi bazasına gedir
“Demokratların Müdafiəsi Fondu” öz hesabatının davamında sionistlərə aid “Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi”nə istinad edərək İran-Aralıq dənizi koridoru iddiasının nə qədər düzgün olmasını sübuta yetirməyə çalışır.
“Demokratların Müdafiəsi Fondu”nun sionistlərə məxsus olmasını etiraf etdiyi sionist mərkəzi (Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi) İrana aid edilən Quru yol koridoru barədə iki ayrı-ayrı hesabat yaymışdır.
Birinci hesabat geniş şəkildə Quru yol koridoru üçün üç mümkün yol təyin edir.(8) Bu hesabat Fərat çayı boyunca iki şimal və cənub yollarından əlavə, ikinci cənub yolu da təqdim edir. Bu yol Bağdaddan keçir, İraq sərhəd kəsişmələrinə tərəf istiqamət alaraq Suriya və İordaniyaya gedir.
İkinci hesabat Quru yol koridorunun təhlükəsizliyini təmin edən İranın dəstək verdiyi şiə silahlı dəstələrinin həyati rolundan söz açır.(9)
“Demokratların Müdafiəsi Fondu” qeyd edir ki, 2017-ci ilin payız aylarında Quru yol koridoru mövzusu ilə ilk dəfə olaraq Kaliforniya əyalətinin Respublikaçılar Partiyasının nümayəndəsi və Amerika Konqresinin xarici münasibətlər komitəsinin o vaxtkı sədri Ed Rəis çıxış etdi(10) və bu çıxış ABŞ Konqresinin iclaslarının birində əsas mövzu olmuşdur. Bundan sonra sionist rejimin baş naziri Binyamin Netanyahu da bu mövzu ilə bağlı narahatlığını ifadə etməyə başladı. O iddia edirdi ki, İran bu quru koridor vasitəsilə yaxın məsafədən İsrailə hücum edə bilər”.(11)
Şəkil 8
İran üçün Quru yol koridorunun hansı faydaları vardır?
Adesnik və Bin Taliblu hesabatının bir hissəsində Quru yol koridorunun İran üçün faydalarından yazırlar.
Bu hissədə İran üçün quru yol koridorunun hava yolu koridorundan üstünlüyü sadalanır:
1. Kadr göndərilməsi: İran və Suriya hal-hazırda Suriya müharibəsində dönüş və qüvvələrini əvəz etmək üçün qeyri-hərbi təyyarələrə ehtiyaclıdır. Baxmayaraq ki, Hizbullah qüvvələri quru yol vasitəsilə Livan və Suriya sərhədlərindən keçə bilirlər. Lakin əfqanlar, pakistanlılar, hətta iraqlılar üçün bu iş mümkün deyil.
2018-ci ilin əvvəllərində “Demokratların Müdafiəsi Fondu” bu nəticəyə gəldi ki, İranın Suriyada (Hizbullah qüvvələrindən əlavə) 15 min xarici şiə qüvvələri vardır.(12) Digər tərəfdən “Vaşinqtonun Yaxın Şərq Siyasəti Mərkəzi”nin eksperti Fərzin Nədimi İran və Suriyaya məxsus təyyarələrin 2017-ci ildə iki ay ərzində 21 mindən çox sərnişin daşıdığını təxmin edir.(13) Ona görə də hava yolu Suriyada dönüş əldə etmək və xarici ölkə vətəndaşları olan şiə qüvvələrinin əvəz edilməsi üçün kifayətdir. Bununla belə, tətbiq edilən sanksiyalar üzündən İran və Suriya köhnə və kiçik sərnişin təyyarələrindən istifadə etməyə məcburdurlar. Ona görə də hava yolunu quru yolla əvəz etmək zərurəti yarana bilər. Üstəlik, quru yol nəqliyyatı daha ucuz başa gəlir və quru yol nəqliyyat vasitələri daha sürətlə öz yolunu dəyişə bilər, lazım olan surətdə dayana bilər və qeyri-hərbi trafik arasında gizlənə bilər. Canlı qüvvələri quru yol vasitəsilə göndərmək, müasir silahlar kimi hərbi təchizatları hava yolu ilə daşımaq üçün imkan və qabiliyyətləri artırır.
2. Silah daşınması: Quru yol körpüsünün yüngül silah, qısa mənzilli raket və bombalar kimi təchizatın daşınması üçün diqqəti çəkən faydaları ola bilər.(14) Bununla belə, hava yolu da indiyə kimi İranın bu sahələrdə ehtiyaclarını təmin etmişdir.
Nədiminin fikrincə, İran və Suriya təyyarələri həmin iki ay ərzində 5 tondan ibarət lazım olan təchizatı Dəməşqə daşımışdır. Bu miqdar yükü quru yol vasitəsilə daşımaq üçün 125-250 yük maşını lazımdır. Lakin yük maşınlarının rahat tapılmasına, digər tərəfdən də İran və Suriyanın yalnız kiçik və köhnə ticarət təyyarələrindən istifadə edə bilmələrinə diqqət etməklə, quru yol daha əlverişli alternativ ola bilər. Bu variant hətta İranın logistik gücünü də nəzərəçarpan dərəcədə artırır. Əlbəttə, yüklərin dəniz yolu ilə daşınması hava və quru yollarından daha faydalıdır, lakin bu yüklərin saxlanılması və izlənilməsi riski daha yüksəkdir.
3. Tədarükat daşınması: İran dəniz yolu ilə qeyri-silah yükdaşınmasında uğurlu addımlar atıb. Suriyada ölkənin 90 faiz xam nefti istehsal edilən şərq bölgələri terrorçuların əlinə düşdükdən sonra Dəməşq dövləti İran neftindən bərk asılı vəziyyətə düşdü. İrandan Suriyaya yola düşən və hər biri təqribən 1 milyon barel neft daşıyan gəmilər 2018-ci il heç bir problem olmadan öz yüklərini Suriyanın Baniyas limanında boşaldır. Baxmayaraq ki, Amerikanın sanksiyaları bu yolda ciddi maneələr yaradır. İŞİD (Demokratların Müdafiəsi Fondu İŞİD-i İslam Dövləti adlandırır) Suriyanın neft yataqları yerləşən şimal-şərq bölgələrinə nəzarət etdiyi vaxtlarda Dəməşq dövləti bu terror qrupundan satın alınmış nefti yük maşınları və quru yol vasitəsilə daşıyırdı. İŞİD-in bu ərazilərdən təmizlənməsindən sonra kürdlər Əsəd hökuməti ilə bu alveri davam etdirdilər.(15)
Bir neftdaşıyan gəminin 4000 yük maşını qədər neft daşıya bilməsinə diqqət etməklə, quru yol vasitəsilə neft daşımaq sərfəli deyil. Habelə hava hücumları qarşısında da təhlükəsizliyi yoxdur. Təhlükəsiz quru yol neft və digər ticarət məhsullarının daşınmasında asanlıq yarada bilsə də, diqqəti çəkən strateji əhəmiyyətli miqdarda yükün daşınması üçün sərfəli deyildir.
“Demokratların Müdafiəsi Fondu” tədarükatın quru yol vasitəsilə daşınması strateji baxımdan sərfəli deyil
İranın Tehrandan Aralıq dənizinə üç yolu
Hesabatın digər hissəsində İrandan Aralıq dənizinə qədər fərz edilən üç yol araşdırılır. Bu yollar aşağıdakı kimi verirlir:
Şimal koridoru
■ Bu koridordan İranın istifadə edə bilmək imkanı: Yoxdur
■ Əsas sərhəd keçidi: Rəbiədən (İraq) Əl-Yəərəbiyəyə (Suriya)
■ Əsas yollar: İraqda 48 nömrəli magistral yol; Suriyada 6 və 4M nömrəli magistral yollar
■ Dəyərləndirmə: Amerika Suriyada kürd qüvvələri ilə öz əməkdaşlığını gücləndirsə, bu yol İran üçün faktiki olaraq bağlı qalacaq. Əgər Amerikanın Suriyadan çıxması bu əməkdaşlığı zəifləndirsə, Suriyada əsas kürd silahlı qrupu olan Xalq Müdafiə Briqadaları (YPG) şimal koridorunu İranın üzünə aça bilər.(16) Necə ki, Suriyada müharibənin ilk illərində Tehran və Dəməşq hökuməti əməkdaşlıq etmişdi.(17)
Xəritələrin çoxu İranın Aralıq dənizinə quru yol koridorunun başlanğıcını Tehran kimi göstərsələr də, bu başlanğıc həqiqətdə İranın öz təchizatını istehsal etdiyi və anbarlaşdırdığı hər yer ola bilər. Coğrafiya və siyasi amillər yüklərin İranın hansı sərhəd ərazisindən İraqa daxil olmasını təyin edir. İki ölkə arasında sərhədin uzunluğu 1600 km-ə yaxındır. Buna əsasən, seçim üçün çoxlu variantlar vardır.
İrandan İraqa şimal keçid məntəqəsi Zaqros dağlarında yerləşir və ərazi qış boyu çox təhlükəli aşrımlara çevrilir. İraq tərəfdə isə bəzi məntəqələr kürd partizanlarının nəzarəti altındadır və onlar İranın öz kürd əhalisi ilə rəftarından narazıdır.(18)
İraqın digər kürdləri isə İranla səmimin münasibət saxlayırlar, lakin Amerikanın regionda əsas düşməni ilə əməkdaşlıq edərək Vaşinqtonu təhrik etmək istəməmələri də mümkündür. Ona görə də İran cənuba yaxın olan keçid məntəqələrindən istifadə etməyə üstünlük verə bilər. Bu məntəqələr İraqda İranla eyni baxışlı, hətta İranın dəstəyi altında olan şiə qruplarının nəzarəti altındadır. Belə olduqda, yüklər İraqa daxil olduqdan sonra şimal koridoru vasitəsilə Mosulun şimal-qərbində yerləşən Suriya sərhədində Rəbiə keçid məntəqəsinə gedir.
Habelə, İraqın şimalından Suriyaya daxil olan qeyri-rəsmi yollar da vardır. Bununla belə, sözügedən məntəqələr Suriyada Amerika ilə (ən azından hal-hazırda) müttəfiq kürd qüvvələrinin nəzarəti altındadır. Bu üzdən sözügedən koridor tədarük daşınması üçün əsas yola çevrilə bilməz.
Kürd Xalq Müdafiə Briqadaları qüvvələrinin İŞİD PUA-sına atəş açması. Əgər İran YPG qüvvələrini cəzb edə bilsə, şimal koridoru Suriyanın daxilindən Aralıq dənizinə qədər açıq qalacaq
Cənub koridoru, yuxarı ayrıcı
■ İranın istifadə etmək imkanı: Vardır
■ Əsas keçid məntəqəsi: Əl-Qaimdən (İraq) Bu Kamala (Suriya)
■ Əsas yollar: İraqda 12 nömrəli magistral yol; Suriyada 4 nömrəli magistral yol
■ Dəyərləndirmə: Cənub koridoru tamamilə təhlükəsiz olmasa da, hal-hazırda İranın üzünə açıqdır. Diyalə (yaxud Diyali) əyalətində İraq sərhədindən keçməklə Bağdada qədər olan fasilə azalır. Lakin bu əyalət İŞİD xilafətinin məhv olmasından sonra yenidən irəliləmək üçün əməliyyat həyata keçirdirdiyi əsas əyalətdir.(19) Bu səbəbdən əksəriyyətini şiə əhalisi təşkil edən daha artıq cənub səmtini seçmək daha ağlabatan hesab edilir.
Cənub koridorunun yuxarı ayrıcı Bağdaddan Fərat çayı boyunca şimal-qərb səmtini izləyir və Əl-Ənbar əyaləti vasitəsilə Əl-Qaim sərhəd şəhərinə yetişir. Ən-Ənbar İraqın ən çox əhli-sünnə əhalisi yaşadığı, Amerika və İŞİD əleyhinə ən çox qiyamlara şahid olmuş bir əyalətdir.
İranın dəstək verdiyi “Kətaib Hizbullah” şiə silahlı dəstəsi hal-hazırda sərhəd yaxınlığında, o cümlədən Əl-Qaimin daxili və magistral yollarına nəzarət edir.(20)
İraq sərhədinin o tərəfində Əsəd hökumətinin nəzarəti altında olan Bu Kamal şəhəri yerləşir. Rəsmi keçid məntəqəsi hələ açılmayıb. Lakin “İsrail”in məruzələrindən belə məlum olur ki, şiə silahlıları sərhəddən keçmək üçün bundan əvvəl İŞİD-in açdığı torpaq yollardan istifadə edirlər.(21)
İŞİD Suriyanın şərqində bütün bölgələrdə nəzarəti itirsə də, son vaxtlar Bu Kamalda bir sıra hücumlar həyata keçirmiş(22) və Suriya ordusunu hər hansı hücumun qarşısını almaq üçün müdafiə xəttini gücləndirməyə məcbur etmişdir.(23)
Qeyd olunan hadisələr göstərir ki, tədarükat daşınması yolu Bu Kamal vasitəsilə hələ də tam təhlükəsiz deyildir. Bu Kamal barədə digər təhlükə Amerika və müttəfiqlərinə aid qüvvələrin ona yaxın ərazidə yerləşməsidir. Çünki bu şəhər Fəratın sahilində və İŞİD əleyhinə koalisiyanın nəzarəti altında olan məntəqələrə yaxındır.(24)
Bu Kamaldan sonra artıq yol hamarlaşır və Suriyanın digər bölgələrinə getmək üçün maneə çox nadir halda yarana bilər.
2018-ci ildə İranın İsrailin daxilinə (sionistlər tərəfindən işğal edilmiş Fələstin ərazilərinə) PUA göndərdiyi T-4 hava bazası Bu Kamalın təqribən 320 km-də düzənlik səhrada yerləşir.(25)
Bu Kamal şəhəri Suriyanın İraqla sərhədində yerləşir. Bu şəhər uğrunda döyüşlərdə Əsəd qüvvələri Amerika-İŞİD koalisiyasına ağır zərbə vurdular
Cənub koridoru, aşağı istiqamət
■ İranın istifadə etmək imkanı: Yoxdur
■ Əsas keçid məntəqəsi: Əl-Vəliddən (İraq) Tənfə (Suriya)
■ Əsas yollar: İraqda 11, yaxud 1 nömrəli magistral yol; Suriyada 2 nömrəli magistral yol
■ Dəyərləndirilmə: Cənub koridorunun aşağı ayrıcı Bağdaddan Dəməşqə ən qısa yoldur. Lakin bu yol Suriyanın İraqla qərb sərhədində yerləşən strateji əhəmiyyətli Tənf şəhərindən keçir və bu şəhər Amerika qüvvələrinin nəzarəti altındadır.
Cənub koridorunun aşağı ayrıcının İrandan Bağdada qədər yuxarı ayrıcı ilə bir fərqi yoxdur. Lakin Bağdadın qərbinin 120 km-liyi ondan ayrılır və qərb istiqamətinə yönələrək səhranın arasından keçib Suriya sərhədinə yetişir.
Bu yol İraqın öz növünə görə təzə saldığı ilk magistral yol olduğundan yük maşınları üçün ideal bir yol hesab olunur.(26)
Aşağı ayrıc İraqdan çıxdıqdan sonra Əl-Vəlid sərhəd keçid məntəqəsi vasitəsilə Tənfə çatır. Tənfdə isə Amerikankın 200 hərbçisi, “İnqilab Komandoları Ordusu” üsyançı qrupunun 300 əsgəri və Amerika ilə müttəfiq olan digər üsyançı qruplar yerləşir. Bu qruplar İŞİD əleyhinə əməliyyatlar keçirməklə yanaşı həm də Tənf hərbi bazası ətrafında 55 km-lik məsafədə “təhlükəsiz zona”sının (yaxud atəşkəs zonası) qorunmasını öhdəsinə alır.
Tənfdən keçdikdən sonra daha quru yol üzərində heç bir əsaslı maneə yoxdur. Mümkün yüklər Suriya magistral yolunun 240 kilometrini gedərək birbaşa Dəməşqə çatır.
Amerikanın Tənfdəki hərbi bazası Bağdaddan Dəməşqə qədər ən qısa yolun üzərində yerləşir
İranla mübarizə aparmaq üçün Vaşinqtona təklif olunan tövsiyələr
Hesabatı hazırlayanlar İrana aid bir sıra güclü nöqtələri sayırlar:
İran asimmetrik yanaşmalardan istifadə etməyə üstünlük verir və bu da Tehranın siyasi və ideoloji güclü nöqtələrini qabardır, Amerika və müttəfiqlərinin maliyyə cəhətdən güclü nöqtələrini, habelə adi gücünü zərərsizləşdirir.
İranın İraq və Şamda ən güclü aləti müqavimət cəbhəsinin digər üzvləri ilə əlaqələridir. Quru yol koridoru bu əlaqələrin həyata keçməsinə yardım edir.
Adesnik və Bin Taliblu Amerikanın Dövlət Katibliyində “İran Əməliyyat Qrupu”nun hesabatına istinadla iddia edirlər ki, İranın Suriyada müdaxiləsi Tehranın ən çox xərc aparan regional əməliyyatı olmuşdur.(27) Onlar xəbərdarlıq edirlər ki, Amerikanın Suriyadan çıxması özünü vurmaq mənasınadır və bu məsələ İranın mümkün quru yol koridoruna nəzarəti ələ almasından əlavə, həm də Suriyanın neft sərvəti və şimal-şərqdəki dəyərli əkinçilik sahələri yenidən Dəməşq dövlətinin nəzarətinə keçirir. Beləliklə, Tehran Dəməşqin dəstəyindən nəzərəçarpaq dərəcədə ehtiyacsız olur.(28)
Hesabatı hazırlayanlar Amerikaya xəbərdarlıq edirlər ki, Suriyanın iqtisadi adi vəziyyətə qayıtmamalıdır
“Demokratların Müdafiəsi Fondu” Trampın İran əleyhinə hərbi hərəkətlərini Konqresin icazəsi ilə şərtləndirdikləri üçün Amerika Konqresini tənqid etməklə yanaşı ABŞ dövlətinə İranla mübarizə aparmaq üçün bir sıra siyasətlər təklif edir. Bu siyasətlər hərbi, iqtisadi, siyasi və diplomatik qruplara bölünür və xülasə şəkildə aşağıdakı kimidir:
Hərbi addımlar
■ Suriyada Amerika və müttəfiqlərinin hərbi iştirakını gücləndirmək
■ Tənfdə amerikalı qüvvələri artırmaq
■ Bu Kamal əyalətini (Suriya ordusu və müttəfiqlərindən) geri almaq üçün mümkün əməliyyat planları hazırlamaq
■ İraqla davamlı hərbi ittifaq yaratmaq
■ “Suriya Demokratik Qüvvələri”ni müstəqil bir şərikə çevirmək üçün bu qrupa kömək etmək
■ İranın hava və quru yol koridorları ilə daşınan yüklərinə hücum etmək üçün “İsrail”ə dəstək vermək
■ İraq və Suriya sərhədlərindən daşınan İranın qeyri-qanuni yüklərini dayandırmaq üçün hərbi qüvvələrdən istifadə etmək icazəsi almaq
Samirranın qərbində Həşd-Şəbi qüvvələri; hesabatı hazırlayanların Vaşinqtona hərbi təkliflərindən biri də İranın öz dəstək verdiyi qüvvələrinə göndərdiyi yüklərə hücum etməkdir
İqtisadi addımlar
■ İran-Suriya hava yolunda fəaliyyət göstərən təyyarə kompaniyalarını çökürtmək (və ya fəaliyyətinin qarşısını almaq)
■ İraqda Sepah-ın Qüds qüvvələri tərəfindən vəkalət, yaxud bu qüvvələrin nəzarəti altında olan bütün qruplar əleyhinə terrorçulara tətbiq edilən sanksiyalar tətbiq etmək
■ Suriyada Sepah-ın Qüds qüvvələri tərəfindən vəkalət, yaxud bu qüvvələrin nəzarəti altında olan bütün qruplar əleyhinə terrorçulara tətbiq edilən sanksiyalar tətbiq etmək
■ Suriyada Sepah-ın Qüds qüvvələri, ya Livan Hizbullahının tərəfindən vəkalət, yaxud bu qüvvələrin nəzarəti altında olan bütün qruplar əleyhinə terrorçulara tətbiq edilən sanksiyalar tətbiq etmək
■ İrana iqtisadi asılılığını azaltmaq üçün İraqa kömək etmək
■ Əsəd hökumətinə təzyiq etmək üçün iqtisadi kompaniyaları gücləndirmək
■ Hizbullah əleyhinə sanksiyaların icrasını gücləndirmək
Hesabatda iddia olnur ki, İranın dəstək verdiyi bir sıra mühüm qruplar vardır və Vaşinqton onlara qarşı sanksiya tətbiq etməlidir
Diplomatik və siyasi addımlar
■ Həşd-Şəbi briqadalarına nəzarəti Sepah-ın Qüds qüvvələrinin əlindən çıxartmaq üçün Bağdada kömək etmək
■ Suriyanın şimal-şərqində Türkiyə ilə kürdlər arasındakı gərginliyin həll olması üçün təlaş etmək
■ Suriyada (Amerikanın) yerli kürd və ərəb müttəfiqlərinin müstəqilliyinin qorunmasına kömək etmək
■ Suriyada Rusiya və İranın ortaq maraqları arasında mümkün ixtilafdan faydalanmaq
■ Avropa Birliyini İranın Yaxın Şərqdə sabitsizlik yaradan hərəkətləri qarşısında məsuliyyəti qəbul etməyə məcbur etmək
Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhərini düşməndən qoruyan İraqın Həşd-Şəbi qüvvələri; hesabatı hazırlayanlar Vaşinqtona tövsiyə edirlər ki, İraqın könüllü xalq komitələri üzərində nüfuzunu azaltmağa təlaş etsin
İranın “Quru yol koridoru” xəyaldırmı?
Qeyd edək ki, İran İslam Respublikası regionda, hətta bütün dünyada geniş müqavimət cəbhəsi təşkil etməyin tərəfdarı olsa da, habelə qərbin digər araşdırma mərkəzləri etiraf edirlər ki, məsələn Qasim Süleymani istəsə öz şəxsi avtomobili ilə Tehrandan sionist rejim sərhədlərinə kimi heç bir etirazla qarşılaşmadan gedə bilər – lakin bu reallıqlar İranın regionda təkcə strateji nüfuzunun dərinliyini göstərir və qərbin iddia etdiyi Tehran-Aralıq dənizi “Quru yol koridoru”nu təsdiq etmir. Başqa sözlə, İranın Tehrandan sionist rejim sərhədlərinə kimi əlinin çatması İranın regional və beynəlxalq gücünü sübut edir, lakin müəyyən başlanğıc və sonu olan quru yol koridoru çərçivəsinə sığmır. Bu gücün son məqsədi sionistlərin qorxduğu kimi məhz sionist rejimini məhv etmək deyil, İran İslam Respublikasının nüfuzunun genişlənməsi regionu və dünyanı Amerikanın imperiyaçılıq şərindən və onun Yaxın Şərqdəki və digər regionlardakı nökərlərinin şərindən xilas etmək üçün müqavimət cəbhəsi təşkil etmək və onu gücləndirməkdir.
Diqqət etmək lazımdır ki, İranın regional və beynəlxalq gücünün mahiyyəti, sahəsi və məqsədi qərbin baxışında təhrif edilir. Təqdim olunan bu hesabat da İranın regionda nüfuz və gücünü təsvir etməkdə etina ediləsidir. Lakin aydındır ki, hesabatı hazırlayanlar Tehran-Aralıq dənizi quru yol koridoru, yaxud İraq, Suriya və Livana qədər Şiə nüfuz ayparası kimi iddiaları irəli sürməklə qərbin iddialarını təkrar edirlər, İrana böhtan atırlar və regionda baş verən həqiqətləri təhrif etməyə çalışırlar.
1.
Burning Bridge: The Iranian Land
Corridor to the Mediterranean Link
2.
Ltg (Ret.) H.R. McMaster Link
3.
After the Deal: A New Iran
Strategy Link
4.
Thanks to Obama, America is two
steps behind Iran in Middle East Link
5.
Remarks by President Trump and
President Macron of France in Joint Press Conference Link
6.
Amid Syrian chaos, Iran’s game
plan emerges: a path to the Mediterranean Link
7.
Iran's Ambitions in the
Levant Link
8.
Iran’s Land Bridge to the
Mediterranean: Possible Routes and Ensuing Challenges Link
9.
Iran’s Shiite Foreign
Legion Link
10.
Confronting the Full Range of
Iranian Threats Link
11.
Full text of Netanyahu’s ۲۰۱۸ address to AIPAC Link
12.
FDD Profiles of Leading
Iranian-Backed Militias Link
13.
Iran Is Still Using
Pseudo-Civilian Airlines to Resupply Assad Link
14.
Exclusive: Iran moves missiles to
Iraq in warning to enemies Link
15.
U.S.’s Syria Ally Supplies Oil to
Assad’s Brokers Link
16.
The PKK’s Fateful Choice in
Northern Syria Link
17.
Syrian Kurds seek Damascus deal
regardless of U.S. moves Link
18.
Iran’s Land Bridge to the
Mediterranean: Possible Routes and Ensuing Challenges Link
19.
ISIS Re-Establishes Iraqi
Sanctuary: March ۷, ۲۰۱۹ Link
20.
As Iraq’s Shiite militias expand
their reach, concerns about an ISIS revival grow Link
21.
Increasing Iranian control of the Albukamal border crossing
area… Link
22.
Syria Situation Report: January ۲۳ - February ۶, ۲۰۱۹ Link
23.
Desperate ISIS terrorists
attempting to breakout of eastern Euphrates through Syrian Army lines Link
24.
Is the Pentagon About to Hand
Iran a Major Border Crossing? Link
25.
Iran-Israel Conflict Escalates in
Shadow of Syrian Civil War Link
26.
U.S. Sees a Vital Iraqi Toll
Road, but Iran Sees a Threat Link
27.
Outlaw Regime: A Chronicle of
Iran’s Destructive Activities Link
28.
Syria’s Economy: Picking up the
Pieces Link