Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2019

İranda Nardaran hadisəsilə bağlı tədbirlər keçirildi - Foto

İranın Tehran, Qəzvin, Zəncan, Həmədan, Təbriz, Ərdəbil və Urmiyə şəhərlərinin ali məktəblərində və dini mərkəzlərində anım mərasimləri qeyd olundu.

“Biz vahid ümmətik” devizli silsilə tədbirlər çərçivəsində ilk konfrans Müstəqil Tələbələrin İslam Birlikləri İttifaqının Beynəlxalq Şöbəsinin təşkilatçılığı ilə Tehranın Şəhid Behişti adına Tibb universitetində keşirildi. “Nardaran – İslami müqavimət simvolu” adlı konfransda Azərbaycan, Suriya, Fələstin və digər ölkələrdən tələbələr iştirak etmişdir. Müstəqil Tələbələrin İslam Birlikləri İttifaqının Beynəlxalq Şöbəsinin sədri Höccətülislam Müin Rəzii və Təbriz Dövlət Universitetinin Elmi Şurasının üzvü Höccətülislam Məhəmməd Nəzəri tədbirdə çıxış edərək Azərbaycan islamçıları ilə həmrəylik ifadə etmişlər.
Tədbirin sonunda konfrans iştirakçıları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə açıq məktub ünvanladılar.

Silsilə tədbirlərdən daha birisi İmam Sadiq (ə) adına universitetdə baş tutmuşdur. “Nardaran hadisəsində pozulmuş insan haqları” adlı bu beynəlxalq tədbirdə isə tələbə aktivistlərdən Meysəm Əqrəbayi Bakı və Nardaran hadisələrinə və Azərbaycandakı dindarların tapdanmış haqlarına dair geniş məruzə ilə çıxış etmişdir.

İran, İraq, Fələstin, Livan, Suriya, Yəmən, Nigeriya və Kəşmirdən olan tələbələrdən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə

AÇIQ MƏKTUB

Azərbaycan Respublikasının öz dini haqlarına qovuşmaq istəyən islamçıları illərdir həbs həyatı yaşayırlar. Daha dəhşətlisi budur ki, onların məhkəmə qərarlarında əsl səbəblər deyil, əksərən narkoticarət və silah saxlama kimi yalançı ittihamlar əsas göstərilib.
Digər etirazçılara, qərbyönümlü müxalifətçilərə və hətta terrorçulara nisbətən islamçı dustaqlara daha mənfi münasibət bəslənir. Belə ki həbsxanalarda Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov və Hacı Tale Bağırzadə kimi ruhanilərin canları təhlükə altındadır, onlar fiziki və mənəvi işgəncələrə məruz qalırlar.
Nardaran qəsəbəsindəki qardaşlarımız sizin hökumətinizin anti-islam siyasətlərinə etiraz etdiklərinə görə 4 ildir ciddi rejimli mühasirə altındadırlar. Azərbaycan Respublikası əhalisinin 80 faizi isə şiələrdən ibarətdir. İslamçılıq yalnız ideya və təfəkkür yox, həm də bir amal sayılır. Təəssüf ki, uşaq qatili olan İsraillə dostluq, xalqa qarşı isə hətta dini ayinlərin icrasında məhdudiyyət yaratma siyasətiniz İslam təlimlərinə ziddir və dostluğunuz elə bir həddə çatıb ki, İsrail rejim başçıları əksəri şiə olan bir İslam ölkəsini özlərinə qırmızı xətt və ikinci vətən adlandırırlar. İmam Xomeyninin SSRİ-nin dağılacağına dair proqnozu necə həyata keçdisə, bugünkü regional hadisələr də göstərir ki, Qərb hegemonluğu süqut etməkdə və zühur yaxınlaşmaqdadır.

Regionun bəzi Qərbə bağlı hakimiyyətlərinin acı taleyini yaşamamaq və ayıq xalq tərəfindən siyasi səhnədən silinməmək üçün anti-islam siyasətlərinizə yenidən baxmalı, İsrailə dostluğa, islamçı xalqa və dini liderlərə qarşı təzyiqlərə son qoymalısınız.
Siz dindar qüvvələrə arxalansanız, Qarabağ qısa müddət ərzində erməni işğalından azad edilər.
Bilin ki, əsl Məhəmməd (s) İslamına tabe olub Azərbaycan Respublikasındakı dini qardaş və bacılarımızın hüquqlarını tələb etməkdə, onları daim dəstəkləməkdə, islamçıların azadlığa çıxmasına çalışmaqda, onların, xüsusən də Nardaran hadisəsində zülmə məruz qalanların haqlarını səsləndirməkdə heç bir coğrafi və etnik sərhədlər İslam dünyasının biz tələbələrini yolumuzdan döndərə bilməz!

Məktubu imzalayanlar:

Vəhdət Konfransının Tələbə Komissiyasının Rəyasət Heyətinin üzvləri:
Əlirza Firuzi (İran)
Osman əl-Həkimi (Yəmən)
Ədi əl-Təmimi (Yəmən)
Bədiə Zəkzaki (Nigeriya)
Əla Cüneyd (Suriya)
Əli əl-Fəyyaz (İraq)
İbadə Əmin (Fələstin)
Müqavimət istiqamətinin İranda təhsil alan tələbə fəalları:
Müin Rəzii (Müstəqil Tələbələrin İslam Birlikləri İttifaqının Beynəlxalq Şöbəsinin sədri, İran)
Məhəmməd Dərviş (Livan)
Şadi əl-Həsəni (Yəmən)
Məhəmməd Həsəneyn (Kəşmir)
Ömər Əbu Səmurə (Fələstin)
Həsən əl-Ərmilə (Suriya)

Hüseynabad şəhərinin əhli-sünnə cümə imamı mamusta Əbdus-Səlam Muhəmmədi də Nardaran şəhidlərinin dördüncü ildönümü ilə bağlı çıxış edərək demişdir: “Nardaran şəhidləri Azərbaycanda müqavimət rəmzinə və mənəvi dəyərlərin simvoluna çevriliblər. Məzlum Azərbaycan müsəlmanlarını himayə etmək hər bir müsəlmanın və İslam hökümətinin borcudur.”













4619 بازدید
در حال ارسال اطلاعات...