İlham Əliyev Oman kralı dünyadan getdiyi gün başsağlığı verdi. Amma bir həftədən çoxdur ki, şəhid general Qasim Süleymaninin şəhadəti münasibətiylə başsağlı vermir. XİN səviyyəsində Azərbaycan İrana başsağlığı versə də İlham Əliyev susmağı tərcih etdi.
Bəlkə də bu, Əliyevin də krallıq sevdasına düşməsi və özünü kral səviyyəsində görməsiylə əlaqədardır. Zarafat deyil, o, ötən əsrin 70-ci ilindən bu günə qədər kral hökmranlıq edirdi. Əliyevlər də 40 ildən çoxdur ki, üst-üstə ata-bala krallıq etməklə məşğuldurlar.
Qasim Süleymani isə 40 ildir vətəni, müsəlmanlar, İslam uğrunda vuruşan bir mübariz idi. Hansı ki, onun kökünü kəsdiyi məlun İŞİD terrorçuları Qasim Süleymani olmasaydı Azərbaycana qədər gəlib çıxacaqdılar.
Bu, həm də Əliyevin təbii ki, Amerikadan qorxmasını, müstəqil siyasətçi olmadığını göstərir. Çünki nə də olmasa Qasim Süşeymani lənətə gəlmiş ABŞ hakimiyyətinin xəyanəti nəticəsində şəhid edildi. Əliyev isə həmişə bitərəfliyi “sevdiyi” üçün heç kimin müharibəsinə qarışmır. Amma həqiqətdə bu, bitərəflik deyil, məhz qorxaqlıq, asılılığın göstəricisidir. Çünki başsağlığı verməmək Amerikanın qorxusundan oldu.
Bundan daha bariz həqiqət budur ki, İlham Əliyev şəhid və şəhadəti sevmir. Buna görə də Qarabağ uzun illərdir düşmən tapdağı altında qalmaqdadır. Çünki bütün dünyada Qasim Süleymani haqda müsbət fikirlər deyildiyi, şəhid kimi anıldığı halda Əliyev də bu axına qoşulsaydı o qədər də qınanmayacaqdı. De gəl ki, şəhidə və şəhadətə onların “kitabında” yer olmadığı üçün danışmadı. O, ancaq əbəs yerə, bir metr Qarabağı qaytara bilmədikləri halda ətrafına «paqon» paylamaq, general, polkovnik yığmaqla məşğuldur. Zatən Əliyev kimi çirkaba batmış insanların Qasim Süleymani kimi pak, nəcib insanların vəfatı üçün başsağlığı verməsi çətin təsəvvür edilən məsələdir.