(Qarabağı və Qüdsü unudanlara)
Bu şəkilə diqqətlə baxın. Nikol Paşinyanı görürsünüzmü? Bilirsinizmi hardadır? “Cəhənnəmdədir” deməyin! Çünki cəhənnəmdə deyil. Cənnətməkan bildiyimiz Şuşadadır. Bəli, Paşinyan gəlib Şuşaya. Şuşada prezident seçkiləri andiçməsində iştirak etmək üçün. Bilərəkdən “prezident seçkiləri” sözünü dırnaqarasında yazmadım. Dedim bəlkə vicdanınız oyana. Belə də ki, güya dırnaqarasında yazsam nə olacaq ki? Adamlar bizi dırnaq arasındakı çirk də hesab etmirlər.
Düzdür, deyəcəksiniz ki, məgər Paşinyan birinci dəfədir ki, Şuşaya gedir? Keçən il də Şuşanın işğalı günü “vurub” yallı gedirdi. Biz nə edirik? Alovlu çıxışlar edirik ki, Paşinyan gələndə onu vuracağıq və s. Və i.a.
Siz deyirsiniz ki, Paşinyan Şuşanı Bakı-Sumqayıt yoluna döndərib, mən ondan betərini deyimmi? Paşinyan Şuşanı özününkü sayır.
Bu dəfə də onun gəlişiylə bağlı bilirsiniz neyləmişik? Heç nə. Sadəcə sərhəddə təlimləri gücləndirmişik. Mən də babat güldüm.
Bu şəkil sizə heç nəyi xatırlatmadı? Mənə “Fəryad” filmini xatırlatdı. Orda da bir-bir ərazilər işğal edilir, erməni dığaları daldanacağa girib orda yeyib-içirlər. Eyniylə bu şəkildəki kimi. Bəli-bəli, düz dediniz, bu şəkildəki kimi yox. Çünki “Fəryad” filmində konyak vurub donuz əti yeyib müsəlmanları qıranlar yerin dibinə girirdilər və gizlənirdilər. İndi isə Şuşada, koronavirusu nəzərə almadan, açıq havada yeyib içirlər, yerə girən isə biz oluruq.
Onu edənlər elə Paşinyanın dədə-babası idi də. Paşinyan onda bığları təzə göyərən bir gədə idi. “Fəryad” filminə baxıb fəryad çəkən ərazilərimizin işğalına sevinirdi.
Bizdə isə nə qədər ki, “ermənilər səngərdə əyilə-əyilə gəzir” deyən Elman kimi, Aşura ilə mübarizə aparan Fazilab kimi zillət vəkilləri olacaq, Şuşaya Paşinyan çox gəlib –gedəcəkdir.
Baxın, Azərbaycanda bəyənmədiyiniz dindarlar hər zaman “Qarabağı və Qüdsü unutma” deyir. Onları bəyənmirsiz, amma onlar ən gözəl şəkildə Qarabağı dünyaya tanıtdırır. Əlbəttə bu dindarlar Fazilab kimi FETÖ törəmələri deyil, şiələrdir, Fazilabın bəyənmədiyi şiələr. Onlar bilir ki, Qüds günü İslam günüdür. Qüdsü bütün dünya müdafiə edir, şiə dindarlar da Qüds ilə birlikdə Qarabağın da adını hallandırır ki, Qüds təbliğ olunduqca Qarabağ da təbliğ olunsun.
Bu dəfə isə Paşinyanın Şuşanı bir daha yadımıza salması ilə Qüds günü üst-üstə düşüb. Bir daha xatırlayırıq ki, Qarabağı və Qüdsü unutmamalıyıq.