Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2020

Ziyarətgahlara uzanan ilan dilləri xəyanətkarlara uzansaydı...

(Fazilab müəllim hardadır, Pensilvaniyada deyil ki? Bəs niyə dili girib qarnına?)

Elmar Məmmədyarovun videosu yayılıb, burcudur deyəsən... Özü də deyirlər erməni toyudur nədir? Adam zatən ermənisifətin biridir, Azərbaycanca düz-əməlli danışa bilmir, erməni mahnısını şıdırğı oynayır? Kül o dövlətin, o Qarabağın başına ki, XİN başçısı, danışıqlarını aparan Elmardır.

Deyək ki, Elmar erməni dığasının biridir. Mənə Elmarın oynamağına Fazilab müəllimdən şərh lazımdır. Hansı cəhənnəmdədir Fazilab? Dili girib qarnına. Yoxsa ölkədə deyil, Pensilvaniyaya hocasının yanına rədd olub gedib. Bəli, Fazilab kimi gədələr bilirsiniz nə vaxt kişiləşir, fazilabdan çıxır? Elmar kimilər vurulandan sonra. Hələ dili girib qarnına. Kim nə qələt edirsə, ta vurulana kimi Fazilab pirlərə, ziyarətgahlara dil uzadır, elə ki, bu gədələr vuruldu, Fazilab müəllimin dili harınlamış, balkon qarnından çıxır. Bir kişiləşir, bir xoruzlanır, Allah gəl görəsən. Sanki Koroğlu dirilib gəlib, elədən beləyə, belədən eləyə bir əsir gəl görəsən. Elə bilirsən şəhid Mübariz İbrahimov kimi erməni postu zadı dağıdıb.

Dəfələrlə demişik ki, əvvəllər FETÖ törəməsi olan, sonra FETÖ qadağan edildiyi üçün İŞİD-in mənəvi terrorristi olan bu Fazilaba dövlət bir ölçü götürsün. Murdar ağzını hər dəfə açıb şiəyə, pirə, ziyarətgaha ilişir. Bu cür Fazilablar, onların əfi ilan dilinə şükür etdirən zəhərli dilləri xəyanətkarlara uzansaydı Qarabağ çoxdan qayıdardı.

Fazilab müəllimə bir xatırlatma. Sizin kimi mayası xarablar zatən Azərbaycanın hansısa İslam dövləti, şiə məmləkəti, Qasim Süleymanilər yetişdirən, torpaqlarının bir qarışını düşmənə verməyən, zalım şahı devirən hakimiyyətlərlə dostluq etməsini, əməkdaşlıq qurmasını istəməz. İstəyər ki, Elmar kimilər gedib ermənilərlə oturub-dursun.


1424 بازدید
در حال ارسال اطلاعات...