
Fazilab Qəzənfəroğu kimi Azərbaycan tarixində bəlkə ikinci sırıtq, səfeh adam görünməyib, yer üzünə, ən azından Azərbaycana gəlməyib. Deməli, Azərbaycanda bu adama fazilab deyilir, şəkilini zibil qutularının üzərinə yapışdırırlar, adama itin sözünü deyirlər, siyasətdə yerin dibinə girib, bir-iki yerdə adı çəkilsin deyə də pirlərin əleyhinə danışır – amma özünü hələ də var hiss edir. Hətta nəinki var hiss edir, üstəlik özünü deyəsən dövlət adamı kimi görür.
Sən demə Fazilabın keçmişdə Əliyevlərin əleyhinə sərt çıxış və təhqirlərini kimlərsə paylaşıbmış, bu da eləmə təmbəllik deyib ki, bu cür paylaşımları bacardıqca çox edin, çünki cəmiyyət görsün ki, qaragüruhçuluqdan xilas olan və dövlət adamı olma cəsarətini göstərən çox azsaylı siyasətçilərdən biriyik.
Yadıma Sərdar Cəlaloğlu ilə Musavat saytındakı debatlara çıxmaqla erməniləri Qarabağ torpaqlarında əyilə-əyilə gəzdirən, dik gəzməyə, günəşə baxmağa qoymayan Elman Nəsirovun debatlarından biri düşdü. Bu debatların birində Elman Nəsirova Sərdar bəy deyir ki, sən millət vəkilisən yoxsa dövlət vəkili? Əgər millət vəkilisənsə milləti müdafiə elə də. Ancaq dövlətdən danışırsan. İndi bu söz həm də Fazilaba aiddir.
Güya Fazilab millət vəkilidir, amma dövlətə, daha doğrusu hakimiyyətə vəkillik edirmiş. Dövlət adamı olmaqdan da qandığı qrafa yoxdur. Heç olmasa cəhənnəm, Elman Nəsirov YAP-ın üzvüdür, Fazilabı isə YAP ərazi üzrə filiallarının birində heç tualetdə işləməyə dövlət ona iş də verməyib, amma özünü dövlət adamı hiss edir.
Deməli, 2005-ci ildən bütün ideallarını, siyasi mübarizəsini, liderini sirkdə bir kreslo üçün satan bu simasız özünü dövlət adamı hesab edirmiş. Halbuki 15 ildə dövlətin bir ayaqyolusunda da işə qoymayıblar ki, işləsin.
Adam hesab edir ki, indiyədək qaragüruhçu imiş... Çox maraqlıdır, Fazilab kimi bir çox satqınlar ölkəmizdə vardır ki, əqidələrini bir yaldan ötrü dəyişiblər. İndi deyək ki, dəyişmisən, daha durub nə üçün keçən fəaliyyətlərin üçün qaragüruhçu deyirsən? Bir bu deyil, demək olar ki, kim bir yaldan ötrü cinah dəyişibsə başlayır keçmişini vurmağa. Məsələn bunun kimi Rauf Arifoğlu da vardır. Allaha şükürlər olsun ki, bunlar millət vəkili ola bilməyiblər. Sirkdə otura bilərlər, dövlətə vəkillik yox, hakimiyyətə haftafatutanlıq edə bilərlər, amma millətə vəkil olmaq bunlarlıq deyil.