Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2020

İtə zülmə görə namazı sındır, adama zülmə görə dinmə ki, məscidi bağlayarlar... (Saray mollası məntiqi)

(Hər yeri açıb məscidi bağlayanların önündə susanlara)

Əvvəllər söz gəzirdi ki, güya filan məscidin mollası, yaxud mollaları ona görə siyasi söhbətlər etmir ki, məscidi gəlib bağlayarlar və din ölkədə camaata çatmaz. Sanki dini çatdıranlar fəqət bunlardır. Allahın sovet höküməti zamanında dini hər cür qadağan etmələrinə baxmayaraq camaat gedib namaz qıla bilirdi. Sən təbliğ eləməsən, başqası gəlib təbliğ edəcək, heç kim təbliğ edə bilməsə - Allah-Təala Kərbəlayi İsmayıl demişkən - müsəlmanların Allahı Niqalayı da, onun kimi Sovet hökümətini də yerlə yeksan edəcək. Çünki Niqalay Kərbəlaya güllə atmışdı. İndi də Kərbəlaya güllə atanlar çoxdur. Biri elə bizim ölkəmizdə.

Qarşıdan Məhərrəm ayı gəlir. O boyda nəhəng – Məhəmməd Füzuli deyirdi ki, “Məhərrəm oldu məsərrət (şadlıq) haramdır”, bizdə isə alçaqlar bütün fahişəxanaları, dənizləri, parkları, əyləncə yerlərini açırlar, amma məscidləri açmayıblar. Ondan əvvəl də Məhərrəm məclislərinə getməyə qadağa qoymuşdular. Elə indi də İmam Hüseyn (ə) bayraqlarını yığışdırıblar. Görünür, (İmam Hüseyndən (ə) qorxduqları üçün) məscidləri Səfər ayından sonra açacaqlar, o da açsalar əgər.

Qayıdaq it məsələsinə. Deməli, “siyasətə qarışsaq məscidi bağlayarlar” deyənlər daha sonra dedilər ki, kim namaza vaxt sərf edib bir küçüyü, it balası iti ölümdən xilas eləməsə yer yarılar, o adam yerin içinə girər. Bu hədisin düz olub-olmamasıyla işimiz yoxdur, zatən söhbət ondan gedir ki, İslam dini rəhmli dindir və heyvanların da haqqını qoruyur. Bu, öz yerində. Amma bu dəqiqdir ki, İslam dini insanı məxluqatın əşrəfi yaradıb. İt üçün namazı sındırmağı əmr edən (?!) sındırmadığı halda yeri yarıb namaz qılanı yerin içinə dürtən din insana zülm ediləndə heç nə demirmi? Əcəb dindir.

İt üçün belə ürəyi yanan bir din, insana, hicablıya, dindara, ruhaniyə, bütöv bir xalqa zülm edən hakimiyyət önündə susan bütün saray mollalarını Qiyamət günü itlə məşhur eləməlidir.
Bu da ha, siz dediniz ki, danışarıq məscidi bağlayarlar, indi danışmırsınız amma, yenə bağlayıblar. Heç olmasa bağlayandan sonra danışın. Ağzınızı açın ki, məscidinizi açsınlar.

Söz heyvandan, itdən düşmüşkən, bir dəfə xoruza deyirlər ki, sabahdan banlama. Deyir yaxşı. Sabah gəlib deyirlər ki, toyuq kimi səs çıxart, deyir, çəşm. Biri gün gəlib deyirlər ki, “vopşey” sabahdan yumurtamalısan. O da başına döyür, deyir ki, kaş əvvəldən razı olmazdım, başıma bu gəlməzdi.
Xoruzlarınızın banının kəsilməsinə icazə verməyin əzizlər, banladıb sübh namazına insanları oyadın. Çünki məscidlərdə azanlar susub. Banladın ki, oyansın bu bədbəxt millət. Allahu Əkbər səsiylə oyansın. Görəcəksiniz ki, kiçik diktatorlar girmək üçün necə toyuq hini axtaracaqlar.


2602 بازدید
در حال ارسال اطلاعات...