Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2020

Öləsiniz, ötən illərdə də keçirirdim, bu il də... Sonra deyirlər ki, niyə dindar...

(DİN(siz)in məhərrəmlik qadağasına münasibət)

Millətin başına onda kül olur ki, mollası (əgər onlara molla demək olarsa), ruhanisi (təbii ki, kimləri nəzərdə tuturuq məlumdur) çıxıb hakimiyyətin dilindən danışır, deyir ki, dövlət koronavirusa görə məscidləri açmır, evlərdə də toplaşıb məclis keçirməyin və s. amma hansısa bir siyasətçi çıxıb həmin mollaya sillə kimi sözlər deyir... Deyir ki, bəs nə yaxşı çimərliklər açılanda heç koronavirus yadınıza düşmür.

Bəli, mollaları sovet mollası kimi yetişdirir, lazım gələndə onlardan Şureyh qazi kimi sitifadə edirlər.
İndi dinsiz DİN deyir ki, evlərdə məhərrəmlik məclisləri keçirilməyəcək. Belə öləsiniz, acığınızdan gəbərəsiniz ki, keçirilməyəcək. Şəxsən mən ötən illərdə də saxtakarların qadağalarını nəzərə almayıb məclislər keçirmiş, başqalarını dəvət etmiş, bəzən dəvət edənlərin dəvətini qəbul edib getmişdim. Dövlət də, DİN də getsin çimərliklərə sahib çıxsın.

Sonra deyirlər ki, niyə dindar dövlətə inanmır. Alın dövlətinizi başınıza vurun. Ay alçaq, sən dindarı ələ sal, şərəfsizliyi ölkədə yay, gombul arvadların gedib çimərlikdə lüt-əccəbala baldırlarını camaatın kişiləri önündə suya salmasına icazə ver, oğraş-moğraşı yığ efirə, Fazilab kimi GÖZƏGİRƏNLƏRƏ, əqidəsizlərə imkan yarat ki, bu cür vəziyyətdən vəhabisayağı sevinsin, özünü qazanclı hiss eləsin, sonra gəl de ki, dindar dövlətə niyə inanmır.

Siz dövlət deyilsiniz ki... Sizin kimi alçaq, vicdansız zümrəyə qulaq assaq biz çox geri düşərik. Bu gün Məhərrəm ayının məclislərini qadağan edirsiz (hansı ki, heç qulaq asan yoxdur sizi) sabah gəlib evimdən məni bayıra çıxararsınız. Təbii ki, sizin bütün alçaqlıqlarınız, şərəfsizlikləriniz xalqın başını aşağı salıb səsini çıxarmamasından güc alır. Amma Məhərrəm ayı zillət ayı deyil, bu ay izzət ayıdır. Zillət əhli siz, izzət əhli bizik. Hünəriniz varsa gəlib nəsə narazılıq yaradın. Millət hələ ki, yatsa da, bu xalqın oyanacağı bir gün olacaq əlbəttə.

Zəmanənin sizin kimi yezidləri varsa İmam Hüseyn (ə) aşiqləri də az deyil. Onların əliylə tezliklə tarixin zibilliklərinə gömüləcəksiniz. Bunu biz demirik ki, tarix göstərib. Hər zaman tarix boyu Kərbəla ilə mübarizə aparanlar zillətlə gəbərib gediblər.


2905 بازدید
در حال ارسال اطلاعات...