Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2020

Məscidləri açmırlar, etiraz edəndə də deyirlər ki, İranın “tırkasıdır”

Azərbaycanda rəzil hakimiyyət sayəsində xalis manqurt və dinə nifrət edən, məscidə çəpəki baxan bir nəsil yetişməkdədir. Deməli, bəzi alçaq xislətli yazarlar sionist İsrail “səfirliyindən” tulapayı almaq məqsədiylə yenə məhərrəmlik qabağı fəaliyyətə keçiblər. Bəli, elə sionist ayaqqabısını öpən “Axar”, “Publika” saytlarından söhbət gedir.

Bir məqalədə yazıblar ki, güya İran saytında Azərbaycan üçün maşınların üzərinə vurmaq üçün şüarlar hazırlayıblar. Bu alçaqlar ölkədə çimərliklərin, fahişəxanaların fəaliyyət göstərməsinə bir söz demirlər, gözlərinə girən məscid olur. O qədər özlərini şeytana təslim ediblər ki, anlamırlar ki, pozğunluğun icazəli olmasına, məscidlərin bağlı qalmasına birinci siz etiraz etməlisiz. Əgər siz etiraz etmirsizsə İran əcəb edir bu məsələyə qarışır. Necə olur ki, sionistlərin öz köpəkləri olan sizlərin vasitəsilə Azərbaycanda məscidlərin qapadılmasını dəsətkləyə bilir, İran bunu etməsin. Üstəlik, məscidlərin açılması məsələsinə istər ölkə daxilindən, istərsə də ölkədən kənarda hər kim müdaxilə etsə yeri vardır. Çünki sionist yalaqlarının dediyi kimi məscidlər koronaya görə bağlanmayıb. Bir halda ki, İran özü ən çox itgi verən dövlətlərdən olsa da məscidləri açıqdır və ictimai fasiləyə riayət etməklə məscidlərə toplaşmağın heç bir müşkülü yoxdur. Amma di gəl ki, siz alçaqlar çimərlikdə heç bir fasilə saxlanılmadığı halda onun açılmasına bir söz demirsiz.

Bu alçaq adamlar özləri tərbiyəsiz insanlardır ki, fahişəxanaların fəaliyyəti bunlara ləzzət verir, amma məscidlərin açılması adı gələndə başlarına daş düşür.

Maşınların üzərində şüar vurmaq məsələsinə gəlincə, bəli, hər kimin maşını varsa bu işi görməkdə azaddır. Yoxsa maşınlarını da koronavirus var bəhanəsiylə qaracda həbs etmək lazımdır?

Bir yandan məscidləri açmırlar, etiraz edəndə də deyirlər ki, İranın “tırkasıdır”. Siz düz-əməlli, vicdanlı, şərəfli insan olsaydınız, Allahın məscidinin bağlanmasına etiraz edərdiz, heç İranın da əlinə “bəhanə” verməzdiz. Özünüz bilərəkdən elə edirsiz ki, İran bütün dünyada Allah dinini müdafiə edən dövlət kimi tanınır, siz isə sionist nökəri kimi ad çıxarırsız.


1148 بازدید
در حال ارسال اطلاعات...