
Ramiz Mehdiyevin nəvəsinin toyunu PA-nın keçmiş başçısının güya dövlətə meydan oxuması kimi qələmə verdilər. Deməli, alçaqlar özləri məscidləri açmırlar, İmam Hüseyn (ə) məclislərinə imkan vermirlər, amma çimərliklərlə bərabər həm də hansısa deputatın, keçmiş məmurun balası özünə toy edə bilər. Halbuki bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fasiləyə riayət ediləcək, maska, əlcək taxıb əzadarlığa gediləcəkdi. Hətta, ABŞ kimi “Böyük şeytan” dövləti belə bunun – camaatın əzadarlıq keçirməsinin qarşısını ala bilmədi.
Təsəvvür edin ki, alçaqlar bir neçə gün bundan öncə şəhid cənazələri gəldiyi üçün millətin şəhərə axın etməsini, şəhidlərin cənazəsini qarşılamasını karantin rejiminin pozulması kimi dəyərləndirmədilər. Niyə? Çünki hakimiyyətə sərf edir axı. Belə ki, belə halallarda müxalifət-iqtidar, xalq-iqtidar güya birləşir və vahid düşmənə qarşı cəbhə alır. Buna görə də yerli iqtidarın kəllə-mayallaq aşması təhlükəsi yox idi. Xalqın başı bir anlıq alçaq hakimiyyətə deyil, alçaq ermənilərə qarışmışdı.
Amma təəssüflər olsun ki, şəhid üçün küçələrə tökülən xalq kütlələrinin qarşısını almayan, cərimələməyən alçaq, rəzil, şərəfsiz hakimiyyət şəhidlər ağası İmam Hüseyn (ə) məclislərinə icazə vermir, məscidləri açmır.
Bunun müqabilində nə baş verir? Sivayuş kimi, Ramiz kimi alçaq, yaltaq, “pasledni” insanlar, xalqı soymaqla ailəsinə paltar alan şərəfsizlər öz balasına toy edir.
Bu həmin GÖZƏGİRƏN Siyaquş idi ki, deyirdi əgər qanuna riayət edilməsə riayət etməyənləri sərt şəkildə cəzalandırmaq lazımdır. Amma özünə bəraət qazandırır və toya gedir. Bunun həyat yoldaşı da güya hüquq işlərinə baxır, o da qanuna, hüquqa riayət etməyib toya getmişdi.
Bu səbəblər ucbatından bu hakimiyyətə heç kim inanmır, onları alçaq, şərəfsiz, “pasledni” hakimiyyət hesab edir. Bütün bunlardan sonra hələ həyasızcasına durub özlərinə bəraət qazandırırlar ki, yox e biz xalqı düşünürük. Bəs niyə toya gedəndə xalqı düşünmürdünüz?