
Ağamalının qaytardığı Qarabağ
Ramiz Mehdiyev şousu davam edir. Rəsmi olaraq müxalifətliyini etiraf etməsə də söz gəzir ki, güya müxalifət olmaq planları vardır. Neçə gündür bu söhbət gəzir. Çünki haqqın deyilmədiyi ölkədə dilə-dişə düşən elə Mehdiyev kimilər olar.
Təbii ki, Mehdiyevin atılması rusun qulbeçəsi olduğu üçün ayaqda qalan Azərbaycan hakimiyyətinin Rusiya ilə razılaşmasından sonra olub. Çünki Mehdiyev rusun adamı idi, rusun hesabına meydan sulayırdı. Artıq suladığı meydanın aşıb-daşan sularında boğulmaq üzrədir. Demək olar ki, adamı siliblər.
Bizim üçün necə deyərlər havalar xoşdur, qoy bu adamlar bir-birini qırsın, nə qədər zalım, harın, alçaq ölkədə az olsa bir o qədər yaxşıdır.
Bu alçaqlardan biri də Fəzail Ağamalıdır. Adama “Fəzail” adı veriblər ki, bu adın ərəbcədən tərcüməsi “fəzilətlər” deməkdir. Amma adamda bir qram fəzilət yoxdur. Əksinə, indi onun adı Fəzail olsa da əslində “Rəzail” (“rəzilliklər” mənasında) daha çox ona yaraşır. Ən azı beş şeyə görə bu ad ona yaraşır.
Birincisi ona görə ki, yıxılan qoca qurdu - Ramizi təpikləyir. Qoy təpikləsin, bir gün onsuz da Rəzail də başda olmaqla xalq hamısını təpikləyəcək. Amma hünəri var idisə Ramiz yıxılmazdan qabaq onu təpikləyərdi. Etmirdi, çünki bilirdi ki, Rəzail Ağamalını yerli dibli ölkədən təpikləyə-təpikləyə qovardı qoca qurd.
İkincisi, Ramiz elə vəzifdə olanda da alçağın biri idi, Rəzail isə buna göz yumurdu. Çünki Ramiz prezidentin sərəncamı ilə vəzifədə qalmışdı. Rəzail Ağlamalı Ramizdən də, prezidentdən də it kimi qorxduğu üçün səsini çıxara bilmirdi.
Üçüncüsü, Rəzail Ağlamalı da başda olmaqla bütün deputatlar sirkdə Ramizin “dabrosu” ilə otururdu. Bir vaxtlar başqa yaltaq, GÖZƏGİRƏN olan Elşən Musayev bunların (öz komandasının) iç üzünü açıb demişdi ki, siz Mehdiyevin otağına ikiqat əyilib girirdiniz. Rəzail Ağlamalı da Mehdiyevin ayağından öpüb sonra sirkdə girib otururdu.
Dördüncüsü, Mehdiyevin indiyədək bütün zibillərini bilən Rəzail müəllim bunu xalqdan nəyi var gizlədib. Deməli, xalqa və dövlət xəyanət edib.
Beşincisi, Rəzail gözəl bilir ki, özü də daxil olmaqla Azərbaycanda bütün hakim komanda, sirkdə oturan deputatlar mutilşikin biridir, amma onları ifşa etmir, özü də rədd olub siyasi səhnədən getmir.
Bu sayları çox artırmaq olar. Amma Rəzail kimi bir adama bundan artıq vaxt sərf eləmək Allahın vaxt nemətinə israf etməkdir.
Gələk Rəzailin Mehdiyev haqda dediyi sözə. Bir cümlə qeyd edəcəyik sadəcə. O deyir ki, Mehdiyev kimdən artıqdır ki? Kişiləşən Rəzailə eşq olsun. Əslində Mehdiyev kimi sən də artıqsan, heç kimdən artıq deyilsiz. Bu ölkədə alnının təri, əlinin qəbəriylə işləyən süpürgəçidən belə mənəviyyat, əxlaq, tərbiyədə çox aşağısız. Amma ümumiyyətlə ölkədə “artıq ətdən” başqa bir şey deyilsiz. Bir gün xalq sizi kəsib layiq olduğunuz yerə atacaqdır.
Rəzail Ağlamalı kimi “kişisi” olan xalq Qarabağı qaytarmaq yox, yalnız “Qarabağ” kafesi aça bilər.