Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2020

Nazir-oliqarx balası cəbhədə kasıb balası əsgərə yük olacaqdı?

Sionist nökəri Axar saytının ədalətsiz hakimiyyətin xəyanətini malalama cəhdləri

Sionist “səfirliyindən” tulapayı almaqla özünü diri saxlayan, Azərbaycan hakimiyyətinin GÖZÜNƏ GİRMƏKLƏ də Azərbaycanda qala bilən Axar saytının redaksiyası bir daha GÖZƏGİRƏNLİKLƏ məşğul olub. Bəli, 44 günlük müharibə boyunca İrandan bir “çepe” tapa bilməyən sionizmin ölkəmizdəki təsir agenti olan Axar saytı dövlətin ən başında duran şəxsinin birbaşa “İran ermənistana silah satmadı” deməsindən sonra yanıb-yaxılsa da, mısmırıq sallamadı, bir iş göməyə çalışdı. Nəhayət bir məqalə yazdı. Məqalədə sionizmin ölkəmizdəki təsir agenti olan Axar saytı “yaxşı mövzu” tapıb. Deyir ki, bəziləri şikayət edir ki, niyə cəbhəyə nazir-oliqarx oğlu getməyib. Daha sonra deyir ki, bu mövzunun heç yeridir, güya bu mövzunu işıqlandıranlar düşmənə - zada xidmət edirmiş. Sionizmin ölkəmizdəki təsir agenti olan Axar saytının rəhbərliyi də evlərində porsuq boyda balalarını gizlədib cəbhəyə göndərməyiblər. Nəinki nazir-oliqarx balaları. İnanın ki, bunlardan birinin porsuq boyda balası cəbhəyə getsəydi bütün günü sionizmə xidmət edən saytları öz porsuqlarını reklam edəcəkdi.

Bəs görəsən doğrudan da nazir-oliqarx (həmçinin, deputat və sair məmur) balalarının getməməsi qınanmamalıdır? Niyə qınanmasın ki? Onların ata-anası gedənin ata-anasından artıqdır, yoxsa şəhadət ancaq kasıb-küsubun alnına yazılıb? Belə ki, biz müharibəni belə ədalətsizliklə apardıq. Təbii ki, 44 gün ərzində kimlər ki, ordunu dəstəklədi, torpaqların alınmasına sevindi, onlar “vətən sağ olsun!” deyib getdilər. Həmçinin, kimdən soruşsanız ki, niyə nazir oğlunu göndərmir, təkcə siz yetimlərin balası gedir, deyəcək ki, cəhənnəmə göndərsin, bizim balamız vətənpərvərdir, vətən üçün gedir, ata-anasını qorumaq üçün gedir. Vəzifəlilərin, oliqarxların balası getmir, cəhənnəmə getsin.

Sionizmin ölkəmizdəki təsir agenti olan Axar saytı güya belə bir arqument gətirir ki, silahın qundağı ilə darağını bir-birindən ayırd edə bilməyən “mama uşağı” bir nazir balası gedib cəbhədə əsgərlərə yük olacaqdı. Bundansa getməsə yaxşıdır. Bu yerdə sual oluna bilər ki, bəs axı sionist saytı cəbhəyə getməyən nazir balalarını tərifləyib onların bu vicdansızlığına bəraət qazandırmır, əksinə, tənqid edir. Xeyr, zahirən belə görünə bilər. Zatən, sionizm zahirdə bütün dünyanı aldadan bir rejimdir. Bunlar da öz ağalarının yolunu ustalıqla gedirlər. Əksinə, sinost saytı ədalətsiz hakimiyyətin haqsızlığını malalayıb ört-basdir edir. Bəli, silahın qundağı ilə lüləsini ayırd edə bilməyən porsuqlar cəbhəyə getməkdənsə siçan dəliyində gizlənsə yaxşıdır, amma sual vermək lazımdır: niyə də nazir-oliqarx balası silahın qundağı ilə lüləsini ayıra bilməməlidir. Bundan daha mühüm sual budur ki, siz 44 günlük döyüş başlamazdan əvvəl nə vaxtsa yazıb hakimiyyəti, korrupsioner Müdafiə Nazirliyini, iqtidarı bu işdən ötrü danlamısınızmı? Bir dəfə İrana hürməkdən başınız ayılıb ki, iqtidarı tənqid edib deyəsiniz ki, axı sabah müharibə başlasa yenə yetim balaları cəbhəyə gedəcək. Demisinizmi ki, indidən nazirlərin porsuqlarından rüşvət alıb saxlamayın, yollayın hərbi hissədə qoy bərkisin. Demisiniz? Yox! Niyə? Çünki özünüz də israil “səfirliyindən” aldığınız tulapayılarının hesabına o porsuqlardan birini evinizdə saxlamısız. Buna görə də sizdən vətənpərvər olmayıb, olmayacaq da. Çünki sizlər sionistlərdən tulapayı alıb zalım, xəyanətkar bir hakimiyyəti müdafiə edən başıpozuq ünsürlərsiz.


865 بازدید
در حال ارسال اطلاعات...