Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2020

Azərbaycan xalqı ölkədə İmam Hüseyn (ə) aşiqlərini yetişdirən ruhanilərə təşəkkür etməlidir

44 günlük müharibədə nazir-deputat, oliqarx ordusunun, onların balalarının gizlənməsini hamı gözəl bilir. Hamı gözəl bilir ki, bu gün ağızdolusu yaltaqlanıb bəytərifi edənlər, nə bilim GÖZƏGİRƏNLİK məktubları yazanlar yaxşı bilir ki, bu üzüqaralığı gizlətmək lazımdır. Biz gördüyümüzü və görmədiyimizi yazırıq. Gördüyümüz odur ki, hər yüksəkliyi fəth edən, Şuşa qalasını alan, digər ərazilərdə ermənini dabanına tüpürdüb qaçırdan, meyyitlərini it leşi kimi sərən əsgərlərin dillərində “Ya Hüseyn!” şüarları vardır. Ümumi olaraq görünən odur ki, əsgərlərin cəm olub toplaşdıqları hər yerdə “Ya Hüseyn!”, “ləbbeyk Ya Hüseyn!” şüarları ucalırdı. Bu, bəs edər. Görünməyən isə odur ki, Azərbaycanda məscidləri bağlayanlar, ruhaniləri həbs edənlər yerin dibinə girmişdilər. Onları və onların balalarını da dindar, mənəviyyatlı əsgərlər düşmən işğalından qorudu. Allaha şükür etməliyik.

Müharibə bitər-bitməz yağışdan sonra çıxan göbələklər kimi siçan deşiyində gizlənənlər başlarını deşikdən çıxarıb daha atəş səslərinin gəlmədiyini görən kimi deşikdən çıxıb dövlətə “təkliflər” verməyə başladılar.
Bütün təkliflərin başında bir təklif dayanmalıdır: Nahaqdan həbs edilən ruhanilər azad edilməlidir. Siz öləsiz ki, əgər bu ruhanilər ölkədə şəhadət təbliğatçısı olmasaydılar, İmam Hüseyn (ə) eşqini mübarizlərimizin qəlbində toxum kimi səpməsəydilər, sizin gizlətdiyiniz qohum-əqrəbanız gedib Qarabağı alacaqdı. Bu ruhanilərin illərdir əməklərinin bəhrəsidir ki, ermənilərə qan udduran Azərbaycan əsgərlərinin verdiyi şüar “Ya Hüseyn!” şüarıdır. Bu insanlar tezliklə - onlardan üzürxahlıq edilib –azadlığa buraxılmalıdır.

Bəli, ölkədə elə bir rəzil, mənfəətpərəst, qansız bir hakimiyyət mövcuddur ki, nə ölən şəhidin, nə sağ qalan qazinin qədrini bundan sonra da bilməyəcək. Bundan sonra da onlar öz zülmlərini davam etdirməyə çalışacaqlar.

Belə olan halda nə etməli!

Belə olan halda İmam Hüseyn (ə) aşiqləri öz şücaətini təkcə cəbhədə, erməni ilə müharibədə göstərməməli, daxildəki ermənilərdən də ölkəni bütövlükdə təmizləməlidir. Çünki indiyədək Qarabağı qəsb edən qəsbkar ermənilər bizə ona görə zülm etmişdilər ki, bizim düşmənimizdirlər. Amma, daxildəki ermənisifətlərə imkan verilməməlidir ki, şəhid olan İmam Hüseyn (ə) aşiqlərinin qanı üzərində səltənətlərini bir az da möhkəmlətsinlər, şəhidlərin xalqını, ata-anasını bir az daha çox çapıb-talasınlar.


813 بازدید
در حال ارسال اطلاعات...