Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2021

Neftin, dizelin bir də GÖZGİRƏN Musavat qəzetinin qalxması

Ölkədə neft və dizel bahalaşdı. Neftin (Aİ-92) bir litri 1 manat, dizelin bir litri isə 80 qəpik. Necədir sizin üçün? Ölkənin uzun illərdir 80 faizini işğal edənlər kasıb balalarının aldığı 20 faiz torpaqları da 80 faizə mülhəq edib daha çox çapıb-talayacaq.

Bu bir yana, neftin və dizelin qiyməti qalxıb deyə, GÖZƏGİRƏN Musavat qəzetinə də tez göstəriş veriblər ki, axtarıb başqa ölkələrdə neftin və dizelin qiymətini tapsınlar və çap eləsinlər. Musavat qəzeti də vaxt itirmədən gedib digər ölkələrdəki baha qiymətli neft və dizelləri (qiymətlərini) tapıb çap edib. Bütün qiymətlər də Azərbaycandakından baha. Təbii ki, bu, Müsavat qəzetinin alnına yazılıb. Özləri alınlarına GÖZƏGİRƏN yazıblar, hər fürsətdə yalaqlıqla məşğul olurlar. Bu məsələdən ötrü də bunlara tapşırılıb ki, xalqa desinlər ki, gedin Allahınıza şükür edin, başqa ölkələrdə benzin və dizel bahadır. Amma, burada Müsavat qəzetinin “duxu” çatmayıb ki, həmin ölkələrdə normal vətəndaşların maaşını da yazsın. Bu cür etsəydi, baxardıq ki, görəsən həmin ölkələrdə neft və dizel Azərbaycandan bahadır – bunu bildik - bəs neftə, dizelə pul verən maşın sahibi vətəndaşlar necə dolanır? Təbii ki, bu da onların başıaşaqlığı olacaqdı. Çünki onlara yuxarıdan tapşırılıb ki, ancaq xalqın ziyanına olan işlərlə məşğul olsunlar. Yoxsa, belə olmasaydı, həmin ölkələrdə aylıq maaş da Azərbaycandakından aşağı olsaydı o mövzunu da bu mövzuya əlavə edəcəkdilər. Beləliklə də “qalxmanın”, yəni GÖZƏGİRƏNLİYİN dozasını daha çox edəcəkdilər. Kimsə bizi nadanlıqda ittiham etməsin. Təklifimiz tam səmimidir. Üstəlik, belə etməklə Müsavat qəzetinə xeyir vermiş oluruq. Çünki ola bilər ki, aylıq əmək haqqını qeyd etmək onların yadından çıxıb və ya ağıllarına gəlməyib. Biz də onların yadına salırıq ki, bu mövzunu işıqlandırsınlar və xalq da görsün ki, doğrudan da benzin və dizeli bahalaşdıranlar əslində xalqı düşünür və yüksək əmək haqqı da verir. Amma, digər ölkələrdə nəinki benzin və dizel daha çox bahadır, üstəlik aylıq əmək haqqı da Azərbaycandakından qat-qat aşağıdır.


866 بازدید
در حال ارسال اطلاعات...