Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2021

Nəinki Qarabağda, biz onsuz da Bakıda ermənilərlə yaşayırıq

və ya “aclıq olsun keyf olsun” məsəlinə oxşar bir şey

Dövlət qulaqlarını açıb eşitsin

Qarabağa getmək məsələsi uzandıqca uzanır. Adam qorxur ki, getməyə heç kim razı olmaz, axırda məcbur olub torpaqları ermənilərə geri verərlər. Maraqlıdır ki, niyə bu məsələ bu qədər uzanır.

Yeni Müsavat qəzeti bu mövzuda bir cızma-qara hazırlayıb, yazıya da yekə ölçüdə foto-şəkillər qoyub. Fotolarda qaçqınların (təbii ki, artıq bu ad yoxdur) vaqonda yaşaması halları, başlarına uçulmaq üzrə olan binaları (qaçqın şəhərciyi) təsvir olunmuşdur. Bu qəzetin də əvvəl-axır məqsədinin nə olduğu bilinməli. Gah bütün günü GÖZƏGİRƏNLİKLƏ məşğul olurlar, gah da GÖZƏGİRƏNLİYİNİ etdikləri hakimiyyəti gözdən salacaq fotolar paylaşırlar. Elə məsələ də budur.

Bu cür fotoları görəndə və ümumiyyətlə Azərbaycandakı vəziyyəti nəzərə alanda məlum olur ki, yazıq insanlarımız elə uzun illərdir ermənilərlə birlikdə yaşayıbmış. İndi durub bunun davasını edirlər ki, Qarabağda ermənilərlə yaşayaq, yoxsa yox? 30 ilə yaxındır ki, ermənidən betər məmurlarla yaşayırlar. “Qaçınkom”un sədri məgər xalqı talamaqda məşhur deyildimi? Nəvəsi xarici maşın kolleksiyası yığıb şəkillər çəkib paylaşırdı. Belə bir vəziyyətdə qaçqınlar vaqonlarda, başlarına uçulan binalarda yaşayırdı. Bu ermənilik deyil, bəs nədir? Hardadır indi Həsənovun qudurğan nəvəsi? Qarabağ müharibəsində niyə bir dənə PK, RPQ-7v silahları ilə onun fotosunu görən yoxdur?

Yeni Müsavatın dərc etdiyi fotoları görəndə adamın yadına “aclıq olsun, keyf olsun” məsəli düşür. Amma, təbii ki, burada vəziyyət bir qədər fərqlidir. Belə ki, qaçqınların bu cür vəziyytdə olması, özü də neft ölkəsində və nəinki məmurların, hətta porsuğ məmur balalarının at oynatdığı bir ölkədə durub Qarabağı almaq barədə düşünüblər. Yəni, ad olsun ki, hakimiyyət Qarabağı alıb. Qarabağı almaqdan qabaq bədbəxt qaçqınların (nəzərdə tutduğumuz qaçqınlardan söhbət gedir) vəziyyəti ilə maraqlanmaq lazım gəlirdi. Amma bizim ermənisifət hakimiyyət üçün əsas odur ki, Qarabağın azadlığı bunların ayağına yazılsın. Amma, qaçqın ölür, qalır, bunlar üçün mühüm deyil.

Sonda istərdik ki, Qarabağa kimlərin göndərilməsiylə bağlı, daha doğrusu insanları Qarabağa necə göndərməklə bağlı bir məqamı qeyd edək. Dövlət qulaqlarını yaxşı açıb eşitsin. İstəyirsinizsə Qarabağa insanlar dizin-dizin, könüllü, qaça-qaça getsin, indidən bir iş görün: Qarabağa məmur yollayarkən vicdanlı məmur yollayın (bu, bizim ölkədə çox nadir olsa da yəqin ki, mümkünsüz deyil). Onda görəcəksiniz ki, camaat necə sürünə-sürünə gedir Qarabağa.


2484 بازدید
در حال ارسال اطلاعات...