Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2021

Putinin və Paşinyanın devrilməsini istəyən iqtidar – müxalifət nə istəyir?

Azərbaycanda Navalını hadisələrinə və Paşinyanın devrilməsinə sevinənlər barədə

Bir xalqın başı o zaman bəlalar çəkir ki, nə iqtidarından xeyir görmür, nə də müxalifətindən. Eyniylə xalqımız bu cürdür. Atalar deyir ki, heç olmasa biri dəli olanda gərək o biri ağıllı olsun. İqtidarımız pul, vəzifə ucbatından ağlını itirib, bəs müxalifətə nə gəlib? Yoxsa bunlara sadəcə şou lazımdır, bunları xalq maraqlandırmır? Deməli, məlum məsələdir ki, avropapərəst müxalifətimiz uzun illərdir Azərbaycanda mövcud iqtidarı aşırtmaq istəyir. Buna görə iqtidarı ayaqda saxlayan Rusiyanı da diktator hesab edir. İstəyir ki, Rusiya da devrilsin, Azərbaycan da Rusiyadan qopandan sonra Rusiyadakı Avropaya meyilli qüvvələr bunları hakimiyyətə gətirsin. Çünki Rusiyadakı hazırkı hakimiyyət getsə uzun illərin diktatorları da ölkəmizdən qovulacaq. Əlbəttə, orası da maraqlıdır və biz bu barədə yazıb müxalifətdən soruşmuşuq ki, nə üçün Azərbaycan hakimiyyətini diktator hesab edirsiniz, Rusiyanı ondan betər bilirsiniz, amma digər tərəfdən Azərbaycan hakimiyyətini “sığallayan” Türkiyəni diktator hesab etmirsiniz.

Bundan başqa, müxalifətimizin başqa bir mövzuda da məqsədinin nə olduğu cəmiyyətə aydın deyil. O da budur ki, yaxşı-pis Rusiyanın icazəsi ilə işğal olunmuş ərazilərin azadlığı üçün müharibə başladı və torpaqları inanc əhlinin əliylə aldıq. Buna yəqin ki, müxalifət də sevinir. Amma, digər tərəfdən azadlığa “dabro” verən, Ermənistana yağlı sillə çəkən Rusiya hakimiyyətinin devrilməsi üçün də əldən-ayaqdan gedirlər. Navalnı hadisələrindən bunlar da sanki dirilib, ilham alırlar. Amma, həmin Avropanın gözü önündə Qarabağ uzun illərdir işğal altında idi. Heç onların vecinə də deyildi. İndi müxalifət nə istəyir? İstəyir ki, Avropa qüvvələri gəlib yenidən Ermənistana təkan versin?

İqtidar da müxalifətdən geri qalmır. Paşinyan yaxşı-pis təslim oldu və torpaqları boşaltmaq reallaşdı. Buna nə dərəcədə azadlıq demək olar, bilinmir, amma hər halda iqtidar da onun əlaltıları da bunu bayram hesab edir. Görünür digər tərəfdən də istəyirlər ki, Paşinyanı Ermənistandakı müxalif qüvvələr devirsin, öz liderləri gəlib ordunu və xalqı yenidən müharibə üçün səfərbər eləsin? Bütün günü Paşinyana olan etirazlardan ağızları sulana-sulana danışan yaltaq mediaya da bu sözlər aiddir. Onların da məqəsdi bilinmir nədir? Ola bilər doğrudan da bunlar Qarabağın bizdə (?!) qalmasına razı deyillər və Paşinyan da Navalnı da bəhanədir. Doğrusunu Allah bilir.


4200 بازدید
در حال ارسال اطلاعات...