Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2021

Allaha olan sevgi və əxlaqsızlığın rəmzi olan “sevgililər günü”

Mübarək, mənəviyyatla dolu olan üçaylığın günlərini yaşamaqdayıq. Mübarək Ramazan ayının və orucunun müqəddiməsi olaraq mübarək Rəcəb ayını Allah istəyən kimi yaşamaq lazımdır. Mömin bəndələrin, qəlbi Allahla hər zaman döyünən insanların təbii ki, bir məhbubu, məşuqu vardır, o da Allahdır. Allah əmr etdiyi üçün bəndə valideynlərini, ailəsini, Allahı sevənləri, Allah bəndələrini də sevir.

Artıq mübarək Rəcəb ayını yaşayırıq. Amma, təəssüflər olsun ki, adını müsəlman qoyan bir çox insanlar 14 fevrala hazırlaşır. Hansı ki, bu gün “Valentin günü”, yaxud “Sevgililər günü” kimi qeyd edilir. Təəssüfləndirici məqam odur ki, hətta bir sıra Avropa ölkələri Avropada yayılan və rəsmiləşən bu əxlaqsızlıq günündən imtina etdiyi halda bir sıra müsəlman ölkələrində hələ bu adət qalmaqdadır. Özbəkistan, İran, Səudiyyə və s. ölkələrdə bu gün qeyd edilmədiyi halda Türkiyə, Azərbaycan kimi müsəlman ölkələrində təəssüf ki, hələ qalmaqdadır. Təqdirəlayiqdir ki, Rusiya kimi bir ölkədə 14 fevral universitet tələbələrin şənliklərdə və əxlaqsız yuvalarından olan barlarda əylənməsi qadağan edilib. Almaniyada bu gün “psixi cəhətdən sağlam olmayanların günü” adıyla qadağan edildiyi halda, Rusiyada bu gün “Rus milli dəyərlərinə zidd” adlandırılıb.

Böyük əksəriyyət də bu günün nədən ibarət olduğu bilmir. Bilməmək eyib sayılmır, heç olmasa araşdırın, görün bu gün hansı gündür?

“Valentin günü” ilə bağlı istənilən mənbəyə müraciət etsəniz görəcəksiniz ki, bu gün əxlaqsızlıq edilib və bu əxlaqsızlığın rəsmləşdiyi gündür. Belə ki, romalı genc qızlar çəlləyin içinə adlarını yazıb atarmışlar. Sonra həmin çəlləkdən oğlanlar gəlib kağızları seçirdilər. Hansı oğlana hansı qızın adı çıxardısa onunla birlikdə əxlaqsızlıqla məşğul olardı. Bu minvalla kütləvi şəkildə əxlaqsızlıq baş alıb gedirdi.

Möminlər üzərinə düşən odur ki, mümkün qədər bu cür əxlaqsızlıq gününü özlərindən uzaq tutduqları kimi cəmiyyətdə də güclü təbliğat aparıb sıradan çıxartsın. Azərbaycanda möminlər ayıq-sayıq olmalıdır. Azərbaycan kimi tele kanalları telekanalizasiya rolunu ifa edən ölkələrdə əxlaqsız rejim tərəfindən bu gün qadağan edilmədiyi üçün efirdə rəsmi olaraq təbliğin də edilməsi labüddür. Zatən müsəlman xalqın əxlaqını pozan bir rejimdən bu gözləniləndir. Amma, müsəlmanlar hər il bu günün əxlaqsız olduğunu göstərmək üçün əməli olaraq təbliğatlar aparmalıdır. Xüsusilə mübarək Rəcəb ayı daxil olub, bütün diqqətləri bndənin Allaha olan eşqinə yönəltmək lazımdır.


2395 بازدید
در حال ارسال اطلاعات...