Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2021

Hər yaltaqlıq, hər zəlillik, hər açıq-saçıqlıq bir hicabsızlıqdır

Bilirsiniz də adətən jurnalistikada bir məsələ dəqiqləşməyəndə, rəsmləşməyəndə, yaxud da öz əksini tapmayanda xəbər başlığının sonuna sual işarəsi qoyulur. Misal üçün: Azərbaycan XİN başçısı həbs edildi?
Deməli, yaltaqlıqda bəlkə də tayı-bərabəri olmayan xəbər, daha doğrusu GÖZƏGİRƏNLİK saytlarından biri belə bir başlıq dərc edib:

«Novxanıda orta məktəbdə BİABIRÇILIQ: Direktor şagirdin hicabını zorla başından açaraq yerə atıb?

Xəbərdə də yazılıb ki, bu məlumat teleqram səhifəsində qeyd edilib. Ona görə sual işarəsi qoyulub ki, sabah həmin məktəbin, yəni, Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva gəlib redaksiyada həmin xəbəri paylaşanların abrını ətəyinə büküb onları məhkəməyə verməsin. Düzdür, bilib-bilmədən xəbər paylaşmaq Allah yanında da insanı məsuliyyətli edir, amma Allah tanımayan, zalım bir rejimin nökəri olan xəbər agentliyi bu işi məhz başını bəlaya salmamaq üçün edib. Nəticədə güya nə dəyişib ki? Bu işi elə də BİABIRÇILIQ kimi qələmə veriblər ki, sanki Azərbaycan haqların qorunduğu, hüquqa riayət edildiyi, ədalətin sevildiyi bir ölkədir, bu cür hadisələr baş verəndə təəccüblənmək lazımdır. Əksinə, bu cür hadisələr baş verməyəndə, analara-bacılara hicab üçün heç bir mane, süni, qeyri-qanuni əngəl çıxartmayanda təəccüblənmək lazımdır.

Bundan başqa sanki bunların öz etdikləri BİABIRÇILIQ deyilmi? BİABIRÇILIĞIN bir predmeti hicabı etiqadlı vətəndaşın başından açmaqdırsa, digər predmeti yaltaqlıq, GÖZƏGİRƏNLİK, zalımlara boyun əymək, tulapayı almaq üçün diktatorların önündə susmaq, zəlil olmaqdır. Məgər, siz bilmirsiniz ki, ölkədə hər yaltaqlıq, hər zəlillik, hər açıq-saçıqlıq bir hicabsızlıqdır. Məgər, siz bilmirsiniz ki, telekanalizasiyadan üfunət yayan əxlaqsız müğənniləri yığışdırmadıqca ölkədə zatən hicabsızlıq, yəni əxlaqsızlıq baş alıb gedəcək? Siz din dərdi çəkirsiniz, yoxsa demokratiya? Hər iki halda ölkədə baş verən haqsızlıqlara, özbaşınalıqlara göz yumduqca hicabsızlığın, əxlaqsızlığın vüsət almasına şərait yaradırsınız. Əxlaqsızlığa şərait yaradan, rəvac verən, əxlaqsızlıq önündə susan əxlaqsızlıq edən kimidir.


170 بازدید
در حال ارسال اطلاعات...