
Fazilin fikrinə sözardı kimi bir şey
Fazil Qəzənfəroğlu – siyasətdə iflasa uğrayan, əvvəlcə bir kresloya görə siyasi, daha sonra adı terrorda hallandığı üçün dini lideri Fetönü satan, deputat olandan sonra da millətə vəkil olmaq əvəzinə zillətə şəkil olan, Azərbaycan xalqına, onun dini inanclarına tez-tez dil uzadan Qəzənfəroğlu “dünya fani dünyadır” deyib özünə başqa bir peşə tapıb. Bəli, onun kimi yaltaqlıq edən insanların təyinatla gedib hələ uzun müddət sirk, zoopark adlandırılan deputatxanada oturması labüddür. Amma, adamı vəkil yerinə qoyan millət olmadığı üçün başlayıb kitabxanasını sosial şəbəkələrdə yaymağa. Özü də sayt onun bir-iki kəlmə hətərəm-pətərəm sözlərini də dərc edib: “Biz dünyadan getməzdən öncə mütləq dünyaya adam kimi gəlməliyik.”
Deyirlər, bəzən iriçaplı işlər görən bəzən tanınmışlar özlərini o qədər təkəbbürlü aparırlar ki, hətta bəzən Allah olmaq iddiasına belə düşürlər. Misal üçün Allahın lənətinə gəlmiş Firon camaata deyirdi ki, mən sizin rəbbiniz deyiləmmi? Həzrət İbrahimin (ə) olmadığı cəmiyyətlər də onun bu cür sarsaqlamalarına “bəli” deyirdilər. Firondan başqa Mustafa Kamal Atatürk haqqında da deyirlər ki,adam Türkiyənin prezidenti olandan sonra özünü əməlli-başlı itirdi, hətta qayıdıb belə bir “nəzəriyyə” irəli sürdü ki, insan balıqdan əmələ gəlib. Özünü balıq övladı, meymun nəsli hesab edən insanları eşitmişdik, amma, Mustafa Kamal Atatürkdən, Karl Marksdan sonra Fazil əkənin meydana çıxıb “biz dünyadan getməzdən öncə mütləq dünyaya adam kimi gəlməliyik” deməsi bəlkə də heç kimin ağlına gəlməzdi. Fazil o qədər də məşhur adam olmasa da bu cür jestlər edərək yeni bir siyasi imic ortalığa qoymağa çalışır.
Onun bir vaxtlar mənəvi atası olmuş Fetö də gah siyasi çıxışlar edir, gah da başına molla papağı qoyub, əyninə vaiz xalatı geyinib artistlik edirdi.
Fazil də indilərdə başlayıb sufizm dəryasına baş vurmağa... Amma düz deyir, biz dünyadan getməzdən öncə dünyaya adam kimi gəlməliyik. Amma, yanlış etdiyi bir məsələ var ki, dünyaya gəlmək insanın öz əlində olmadığı kimi necə dünyaya gəlmək də onun əlində deyil. Ola bilər Fazil dünyaya bir diddili kimi gətirilərdi, ya da tullantı qarın-qursaq üzərinə qonmuş milcəkdən zaddan olardı. Amma, Allah ona minnət qoyub onu dünyaya adam şəklində gətirib.
Ola bilər ki, Fazilin burada məqsədi mənəvi adam olmaqdır. Halbuki belə olsa belə yenə səhvə yol verib. Çünki mənəviyyat adamı olub-olmamaq sonradan insan üçün müyəssər olur. Bu cümlələrin yerinə deyə bilərdi ki, biz dünyaya gəlib adam kimi yaşamalıyıq. Çünki dünyaya adam kimi gələndən sonra özünü eşşək kimi aparmaq, adam kimi yaşamamaq Allahın nemətinə naşükürlükdür. Eşşək demişkən, Fazil Qəzənfər artıq kitabxana – zad reklam etməyə başlayıb. Özü də deyir ki, həm də kitabla gəlməliyik. İnananlar üçün yol göstərən hər hansı bir kitabla.(Statın sonu) Bəs görəsən yol göstərən kitab, eşşək və Fazil arasında nə kimi əlaqə var? Deyəsən, mətləbə gələ bildik. Söhbət Quranın “Cümə” surəsinin ayəsindən gedir. Qabaqlar Fazil yəqin ki, Cümə namazlarına gedirdi və imam-camaatdan bu surəni çox eşidib. Orada bir ayə var, Allah buyurur: “Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan eşşəyə bənzəyirlər.” (Cümə 5) Bəli, məsələ kitabyüklü eşşək məsəlidir. Fazil yəhudi olmasa da düz-əməlli müsəlmançılığı da yoxdur. Kitabxanasında yəqin ki, Quran da vardır. Quranı varsa bu Quranda “Cümə” sursinin 5-ci ayəsi də var. Quranda buyurulan əxlaqa əməl etmədinsə səndən heç nə olan deyil.