Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2021

Məşhəddə və ölkəmizdə iftar məclisləri

Azərbaycanda koronavirusa görə iftar məclisləri qadağan edilib. Əlbəttə, korona virusu bəhanədir. Ona görə ki, başqa bir sıra yerlər var ki, oralarda qələbəlik əlindən tərpənmək olmur, amma yenə də həmin yerlər açıqdır. Niyə? Çünki bu yerlərə getməyi, bu yerlərdə olmağı insanlar özlərinin zəruri işlərindən hesab edirlər. Hətta, bu cür yerlər insanların sıx get-gəl etdikləri yerlərdəndir. Amma, növbə dini məsələlərə çatanda koronavirus yada düşür.

Halbuki dəfələrlə bu cür anlamaz zümrənin nəzərinə çatdırılıb ki, nə məscidlərin açılmasında, nə camaat namazlarının qılınmasında, nə də iftar süfrələrinin, məclislərinin təşkilində heç bir qanuna zidd bir şey yoxdur. Qeyd olunmuş protokollara uyğun bir şəkildə dini ayinləri icra etməkdə problem yoxdur.

Koronadan əziyyət çəkən ölkələrdən biri də qonşu İrandır. İranda mübarək Ramazan ayında İmam Rzanın (ə) hərəmində iftar süfrələri qurulur. Bu il isə ilk dəfə olaraq sadə iftar bağlamaları ora gələn əziz zəvvarlara paylanılıb. Üstəlik, İranın bütün məntəqələrində insanlar camaat namazı da qılır, hərəmlərdə, məscidlərdə keçirilən mərasimlərə də maskaya və sair məsələlərə riayət edərək qatıla bilirlər.

Azərbaycanda isə məlum olduğu kimi bu kimi məsələlər məqsədyönlü şəkildə həyata keçirilir.
Bunun ən bariz dəlili budur ki, Azərbaycanda təkcə Ramazan məclisləri və məscidlər haqqında deyil, başqa sahələrdə də problemlər meydana çıxarırlar. Misal üçün uşaqların ata-ana tərəfindən dini məsələlərə təşviq edilməsinin qadağan edilməsi söz-söhbəti gəzir. Elə əvvəllər də İmam Hüseyn (ə) məclislərinə azyaşlıların buraxılması min cür bəhanələr gətirilərək qadağan edilirdi. Nə üçün azyaşlılar bu cür məclislərdə iştirak edə bilməz? Çünki bu uşaqlar qeyrətli böyüyəcək, kişi kimi boya-başa çatacaq, Azərbaycan telekanalizasiyanın istehsal etdiyi bəzi arvadaoxşar insanlara çevrilməyəcəklər.

Halbuki elə hicabı qadağan edilən anaların balaları gedib Qarabağda şəhid oldular. Ramazan, iftar, məhərrəmlik, Əyyami-Fatimiyyə məclislərində böyüyən, Hacı İlham Əliyev kimi ruhanilərin camaat namazlarına iştirak edən, moizələri ilə tərbiyələnən oğullar gedib Qarabağı aldılar.

Belə olan halda nə edilməlidir? Hicab məsələsi, dini ayinlərin icrası və s. dinə aid olan işlərdə xüsusi ilə dindarlar tələbkar olmalı, məsələnin mühümlüyünə əməli olaraq təkid etməlidirlər. Yuxarıda qeyd etdiyimiz kimi. Necə ki, digər yerlərdə sıx toplaşma, qələbəlik olur, amma bu yerlər bağlı qalmır, qadağan edilmir. Ona görə ki, xalq özünü o cür yerlərə geməyə məcbur hesab edir. Hicab, iftar məclisləri, məscidlərin açılması da zəruri işlərdir. Dindarlar özlərini vəzifəli bilməli, hüququn tələb etdiyi formada öz haqlarını tələb etməlidir.


302 بازدید
در حال ارسال اطلاعات...