Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2021

Din qadağalarına susanda bu cür əxlaqsız, rəzil insanlar bizə hakim olar

Balalarınızı bu cür əxlaqsızlar üçün şəhid verdiniz?

Neçə gündür yayılan əxlaqsızlıqdan yəqin ki, xəbəriniz vardır. Əlbəttə, neçə gündür yayılan əxlaqsızlıq, əxlaqsız bir hakimiyyətin çox kiçik parçasının etdiyi əxlaqsızlıqdır. Əxlaqsızlıq isə neçə on illərdir ölkəmizdən, müsəlman xalqımızdan əksik olmur.

Müsəlman, peyğəmbər (s) sevən xalqımız adının qabağında seyid, mir sözləri olan hanısa şəxsin pis əməlini görəndə deyir ki, cəddi belindən vursun, peyğəmbər, pir-ocaq ona qənim olsun. Ya da deyirlər ki, cəddinə qurban, özünə bir təpik. Seyyidlərin cəddinə (yəni babası Peyğəmbərə (s)) qurban olan müsəlman xalqımız əxlaqsız insanlara, əxlaqsızlığa doğrudan da təpik vurub ölkədən atmalıdır.

Necə ki, neçə gündür rüsvayçılığı davam edən sabiq YAP deputatı, hal-hazırda YAP yaltağı, GÖZƏGİRƏNİ olan 75 yaşlı əxlaqsız qoca kaftara xalqdan başqa YAP-dan da təpik dəyib. Amma, dediyimiz kimi bu cür qoca kaftarlar əxlaqsız bir hakimiyyətin sadəcə tör-töküntüləridir. GÖZƏGİRƏNLİK etməklə gedib xalqın məclisi adını çoxdandır ki, itirən, əslində sirk, yaxud zoopark olan deputatxanada, YAP-ın başqa bir ofisində təyinatla otuan bu şəxsdən daha betər əxlaqsızlar isə gizlənməkdədir.

Allahın mübarək bir ayında mənəviyyat toplamaq, dini moizələrə qulaq asmaq, Quran oxumaq əvəzinə görün xalq nələri oxumağa məcbur edilib. Sosial şəbəklər 75 yaşlı əxlaqsız bir hakimiyyət nümayəndəsinin şərəfsizliyini danışır.

Təbii ki, belə olacaqdı. Bir ölkədə ki, ruhanilər həbs edilir, hicab qadağan edilir, məsclidlər bağlı qalır, Məhərrəm, Ramazan məclisləri qadağan edilir, valideynləri övladlarını dinə təşviq etməsinlər deyə məhrumiyyətlər çıxarılır... Bütün bunlar ona görədir ki, o uşaqlar da böyüyüb 75 yaşlı bu cür əxlaqsızların tayı olsun. Allah da bir hakimiyyətə, zülm qarşısında susan xalqa bu cür qapaz çəkir.

Bəs nə düşünürdünüz? Telekanalları telekanalizasiya olan bir ölkədə bundan artıq nə olmalı idi ki? Bir telekanallar ki, Bayram Nursuz kimi alçaqların telekanalizasiyasına çevrilib, bu hakimiyyətin qocalarından xalq nə xeyir görəcək?

Burda yazıq şəhid analarının halına bir daha yanmamaq olmur. Qarabağ müharibəsində onların balaları şəhid oldular ki, qaçıb siçan deşiyində gizlənən deputatların, nazirlərin balaları cəhənnəm, özləri əxlaqsızlıqla məşğul olsunlar? Ey şəhid anaları, min bir əzab-əziyyətlə, daxmalarda, bir qarnı aç, bir qarnı tox balalalarınızı şəhid verdiniz ki, əxlaqsızlar müharibə bitəndən sonra yağışdan sonra çıxan göbələklər kimi bitib sizə əziyyət etsinlər?


589 بازدید
در حال ارسال اطلاعات...