Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2021

Müharibə vaxtı “siçan deşiyində” gizlənən “ağzıgöyçəklər” nə üçün Polad Həşimovun ailəsini ziyarət etməyib?

Sayt yazır: “İran İslam Respublikasının Azərbaycandakı səfiri və ali lider Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edib. Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq. "Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik."”

Bu yerdə sual olunur ki, niyə bircə dəfə - Qarabağ müharibəsi vaxtı “siçan deşiyi”ndə gizlənən məmurlar, onların qudurqan balaları, xüsusilə ABŞ-ın, İsrailin ölkəmizdəki agentləri bir dəfə şəhid evini ziyarət etməyib. Başqa vaxt İranı, Ali Dini Lideri pisləyir, dindarlar haqqında agent deyirsiniz. Baxın, mərhum şəhidimizin ailəsini iranlılar gəlib ziyarət edir.

Mərhum Polad Həşimov şəhid ediləndə onun şəkilləri şəhid Qasim Süleymaninin, şəhid İmad Muğniyyənin, şəhid Əbu Məhdi Mühəndisin fotoları ilə yanaşı montaj edilib dünyaya tanıdırılırdı. Həmin vaxtlarda isə sionist nökərləri dindarları İran agenti adlandırırdı.

İranın rəsmi səfiri və Ali Dini Liderin nümayəndəsi şəhid ailəsini ziyarət etdiyi halda Azərbaycanda bir dəstə “ağzıgöyçək” (əlbəttə, onların ağızlarından şərdən, böhtandan başqa heç nə tökülmür) ABŞ, İsrailin ölkəmizdəki agentlərinə aldanıb şəhid Hacı Qasim haqqında pis fikir formalaşdırmağa başladılar. Təbii ki, bütün planları suya düşdü. Azərbaycanın mömin, imanlı müsəlmaları öz profillərində Hacı Qasimin fotolarını paylaşmaqla ABŞ-ın, İsrailin ölkəmizdəki agentlərinə yaxşı dərs verdilər.Sonradan bunlar öz pərişanlıqlarını biruzə verdilər, deyinməyə başladılar ki, bəs, Azərbaycana İran bu cür təsir göstərib. Amma, anlamadılar ki, sizin kimi şüvənlərin Azərbaycanın dostu olan İran İslam Respublikasının generalı haqqında pis danışması da onu göstərir ki, ABŞ-ın, İsrailin ölkəmizdə agentləri var və bunların Azərbaycan dövlətinin İranla olan sıx əməkdaşlıqlarını gözləri götürmür. Çünki bunların ağaları olan sionistlər istəmir ki, iki müəslman – şiə ölkəsi bir-birinə günü-gündən yaxınlaşsın.

Hacı Qasim Süleymani deyək ki, başqa dövlətin generalıdır, bəs axı Polad Həşimov azərbaycanlı generaldır. Nə üçün sionostlərin ölkəmizdəki təsir agentləri, qulbeçələri bir dəfə gedib onun ailəsini ziyarət etməyib? Əgər, onlar şəhid ailəsini bircə dəfə ziyarət etmiş olsaydılar özlərinin bütün günü İran əleyhinə döşədikləri sionist qulbeçəsi olan media orqanlarında bu ziyarət haqqında çəkib göstərəcəkdilər.

Biz isə həmin ziyarətədən olan fotoları gördükdə çox duyqulandıq. Şəhid Polad Həşimovun ailəsinə bir başqa şəhid - mərhum Hacı Qasim Süleymaninin adına olan lövhə və medalın verilməsi hər şeydən əvvəl şəhidə verilən qiymətin göstəricisidir. İran rəsmiləri həm də bununla göstərir ki, şəhidin vətəni, yurdu olmur. Şəhid Allahındır. Hansı coğafiyada şəhid edilməsinə baxmayaraq bütün ümmətin şəhididir.


562 بازدید
در حال ارسال اطلاعات...