Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2021

Azərbaycan xalqından üzür istəməli olanlar erməni məhbusları buraxar, amma Hacı Mövsümü, Hacı Taleni...

“Azadlıq” radiosu yazır ki, 90-cı illərdə əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanaraq Bakıda mühakimə olunan Ermənistan vətəndaşları Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyan Azərbaycan xalqından üzür istəyib. İyulun 7-də məhkəmədə dindirmə zamanı Mkrtiçyan deyib ki, insanıq, hər birimiz səhv edə bilərik.

Bunlar elə-belə sözlər deyil ha, adları dilə yatmayan bu insanlar gözəl bilir ki, Azərbaycan xalqı çox ürəyi yumşaq xalqdır. Xalq bağışlamasa da hakimiyyət özünü ermənilərin yanında yaxşı etmək üçün onları bağışlayar.

Çünki uzun illərdir Azərbaycan tərəfi erməniləri Azərbaycanda görmək istəyir, onlar da tez-tez gəlib şellənir, konsert verib çıxıb gedirlər. Hətta, erməniləri aeroportda şapalaqlayan soydaşımız olanda da “sən niyə dövlətin gəlməsinə icazə verdiyi, polisin təhlükəsizliyi qoruduğu erməni vətəndaşını qapazlayırsan” deyib içəri atırlar. Xalqımız da elə bağışlamağa öyrəşib. Xaricdəki erməniləri də bağışlamağı bilir, daxildəki erməniləri də.

Erməniyə növbə çatanda hətta içimizdə elə insanlar var ki, sosial şəbəkələrdə, efirdə çıxıb deyirlər ki, bağışlayaq ki, bütün dünya böyüklüyümüzü görsün. Amma, birinə deyin ki, niyə Hacı Abgül, Hacı Mövsüm, Hacı Tale və s. nahaqdan tutulan ruhanilərdən, dindarlardan, vicdan məhbuslarından onları (hakimiyyətdəki ermənisifətləri) əfv etmələrini xahiş edib, hakimiyyət onları azadlığa buraxmır. Onlar etmirsə siz nə üçün bir dəfə bu məsələyə toxunmursunuz? Görün nə reaksiya gələcək cəmiyyətdən?
Bəli, adları çəkilən və çəkilməyən – nahaq yerə həbs edilən – bütün məhbuslardan zalım hakimiyyət üzür istəməli, onlardan onları bağışlamalarını xahiş edib azadlığa buraxmalıdır.

Bundan başqa daxilimizdəki ermənipərəstlər də “üzür istəyən” ermənilər kimi Azərbaycan xalqından üzür istəməli, öz çirkin əməllərinə, zülmlərinə son qoymalıdır. Belə etmədikləri təqdirdə məhkəmədə Azərbaycan xalqından üzür istəyən ermənilərdən daha pis olduqları hamıya məlum olacaq. Çünki erməni bilirik ki, ermənidir, düşməndir. Düşmən bizimlə dost rəftar edəsi deyildi ki? Amma, özünü bu xalqa nisbət verən daxili ermənilər xalqa zülm etdikləri halda bu xalqdan üzür istmədikləri, zülmə son qoymadıqları halda ermənidən daha betər erməni hesab edilməlidir.


149 بازدید
در حال ارسال اطلاعات...