Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2021

Heç nədən baxılan kanallar və ənənəvi müsəlmançılıq

Gözəl diyarımızda bir-birindən gözəl vəziyyətlərlə, bəzən sözlərlə, fikirlərlə rastlaşırıq. Bu yaxınlarda bir fikrə rast gəldim. Siz də çox eşitmiş olarsınız. Demək olar ki, hər bir azərbaycanlı hətta ola bilsin ki, bu fikrə rast gəlməyib, amma eşidən kimi razılaşacağı nəqd söhbətdir.

Azərbaycanda bütün ömrünü tənqidə sərf edən, bu səbəbdən də Azərbaycan dövlətinin uğurlarını gözü götürmür damğası alnına vurulan bir nəfər yazır ki, Azərbaycanda millətin böyük əksəriyyəti ənənəvi müsəlman olduğu qədər Azərbaycan telekanallarına da heç nə olmadığı üçün baxır.

İşin ənənəvi müsəlmançılıq tərəfi ilə müəyyən qədər rasılaşmaq olur. Tam yox. Ona görə ki, həqiqi müsəlmanlarımız da çoxdur. Onlar namaz qılır, oruc tutur, xüms payını verir, imkanı olanda yoxsula əl tutur və digər dini ayinlərə, mərasimlərə sadiq qalırlar. Yerdə qalanlar isə təəssüf ki, bu cürdür, yəni ənənəvi müsəlman. Əlbəttə, əziz xalqımız bu sözümüzdən inciməsin. Bu söz heç bizim sözümüz də deyil. Bizdən əvvəl də bunu deyiblər, bizdən sonra da deyəcəklər. Bizim məqsədimiz kimisə dinsiz olmaqda ittiham etmək deyil. Allah bilir ki, məqsədimiz insanları doğru yola – Allah yoluna dəvət etməkdir.

Amma, heç nədən baxılan kanallar məsələsi barədə bir neçə kəlmə demək yerinə düşər. Düzdür, həmin insan adətən telekanallar sözünü yazarkən telekanalizasiya sözündən istifadə edir. Nə əcəb də həmin sayt və ya qəzetdə bu sözün dərc olunmasına icazə verilir? Cavabı çox sadədir. Çünki doğrudan da Azərbaycan telekanalları bərbad gündədir. Sayt və qəzet rəhbərliyi də ola bilsin ki, bu cür sözlərdən ötrü bəlkə kanalların vəziyyətinin düzələcəyinə inandığı üçün belə edir. Bu kanallarda o qədər tərbiyəsiz insanlar çıxır, əxlaqsızlığa sövq edən proqramlar gedir ki, arada-bərədə bir-iki elmi, intellektual, dini veriliş efirə gedəndə də adama elə gəlir ki, bu elm və din əhli də çıxıb şoudan-moudan danışacaq, dini söhbətlər əvəzinə mahnıdan zadan oxuyacaqlar.

Kanalların heç nədən baxılması da qəribədir. Adam gedir qohumda-qonşuda dost-aşnadan soruşur ki, nəyə görə gic-gic şou verilişlərini izləyirsiz. Onlardan eşitdiklərini də xalqın nəzəri adıyla köşəsinə düzür. Xalq isə kanallarda heç nə olmadığı üçün kanallara baxırmış. Deməyin ki, bu söz axı düzgün söz deyil. Olmayan şeyə necə baxsınlar. Olur. Elə bizim Azərbaycanımızı digər ölkələrdən fərqləndirən ən ümdə cəhət də budur. Başqa ölkələrdə efirə nələrsə gedir, buna görə baxırlarsa bizim ölkədə efirdə baxılası heç nə olmadığı üçün kanallara baxırlar. Yoxsa əgər, efirdə baxılası bir şey olsa ona baxarlar.


93 بازدید
در حال ارسال اطلاعات...