Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2021

İmam Hüseynin (ə) karvanının keçdiyi düşərgələr (1-ci hissə)

Mələl
Əbu Vaqid Leysinin İmam Hüseynlə (ə) görüşü

Əbu Vaqid Leysi bu düşərgədə Hüseynlə (ə) rastlaşır. İmama (ə) yolundan qayıtmağı və qiyam etməməyi tövsiyə edir. İmam (ə) isə onun tövsiyəsinə məhəl qoymadan öz yoluna davam edir.

Əbva
Abdullah ibn Ömərin İmam Hüseynlə (ə) görüşü

İmam Hüseyn (ə) səhabələri ilə birlikdə Səyyalə, Rəvha, Rəvisə, Ləhyi-Cəməl və Süqya düşərgələrindən keçdikdən sonra Əbvaya çatır. Peyğəmbərin (s) anası Aminənin qəbri burada yerləşir. Bəzi rəvayətlərə görə, ikinci xəlifənin oğlu Abdullah ibn Ömər bu düşərgədə İmamdan (ə) qayıtmasını və hökumətə etirazdan əl çəkməsini istəyir. Ancaq İmam (ə) qəbul etmir və öz yoluna davam edir. Rəy Hərəşi, Məhyəə (Cöhfə), Qudəyd, Usfan və Mərr əz-Zəhran karvanın keçməli olduğu digər beş düşərgədir.

Tənim
Hökumət məmurları yolu bağlaya bilmir

Hökumət məmurları İmam Hüseynin (ə) karvanının qarşısını almaq üçün plan qururlar. İmam (ə) isə bundan xəbər tutaraq onların planını pozur. İmam (ə) adətən gedilən şimal-şərq yolu ilə deyil, şimal-qərb istiqamətində olan Tənimə tərəf hərəkət edir. Bu yol məmurların ağlına da gəlmirdi. Yolu dəyişdiklərinə görə İmamın (ə) karvanının yolu təqribən 9 km. uzanır.


Bəni-Amir bağı
İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə və ailəsinə məktub yazması

“Bismillahir-Rəhmanir-Rəhim. Hüseyn ibn Əlidən Məhəmməd ibn Əliyə. Mənə qoşulsanız, şəhid olacaqsınız. Əks təqdirdə, qələbə çalmayacaqsınız. Vəssalam”. Bu məktubu İmam (ə) Bəni-Amir bağına çatdıqda qardaşı Məhəmməd Hənəfiyyəyə yazmışdır.

Hacir
Qeys ibn Müsəhhər Seydavinin vəzifəsi

İmam Hüseyn (ə) kufəlilərə məktub yazır: “Müslimin məktubu çatdı, öyrəndim ki, siz mənə kömək etmək və haqqımızı almaq üçün birləşmisiniz və mənim gəlişimi gözləyirsiniz. Allah bizə və sizə xeyir versin! Bu işinizin əvəzində sizə ən yaxşı mükafat diləyirəm!”
Məktubu kufəlilərə çatdırmaq üçün İmamın (ə) səhabələri arasından Qeys ibn Müsəhhər seçilir. Lakin yolda Übeydullahın əsgərləri onu tuturlar.
“Ey camaat, Allahın ən yaxşı bəndəsi sizə doğru gəlir. Ona dəstək verin!”
Qeysin şəhadətdən öncə Kufə əhalisinə son sözləri bunlar idi.

Xüzeymiyyə
Həzrət Zeynəbin (ə) doğru yuxusu

Hava qaralanda Xüzeymiyyə məntəqəsinə çatdılar. Çoxlu ağaclar, kölgəliklər və su quyuları İmamın (ə) karvanının istirahət etməsinə şərait yaratmışdı. Səhər açılanda həzrət Zeynəb (ə) qardaşına dedi:
“Qardaşım! Dünən axşam çadırdan çölə çıxdım. Bir səs deyirdi: “Ey göz! Yaxşı bax, məndən sonra kim şəhidlərə ağlayacaq? Ölümləri onları vəd verilmiş əməlin icrasına tərəf aparır.”
İmam (ə) buyurdu: “Bacı, bizim qəza və qədərimizdə olan hər şey həyata keçəcək!”


Zədud
İmamın Züheyr ibn Qeynlə görüş

Karvan Zəduda çatanda Hüseyn (ə) Züheyrin xeyməsini görür. O, həcc səfərindən qayıdıb Kufəyə gedirdi. İmam (ə) onu görüşə dəvət edir. Züheyr onunla görüşmək istəmir, lakin həyat yoldaşının sözlərindən sonra gedir.
Bir neçə dəqiqədən sonra əhvalı dəyişmiş bir vəziyyətdə xeyməsinə qayıdır. İmamla (ə) söhbət onu dəyişdirmişdi. Züheyr xeyməsini İmamın (ə) xeyməsinin yanında qurur və o həzrətin dostlarına qoşulur.

Sələbiyyə
Müslim və Haninin şəhadət xəbəri

Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam (ə) Müslim və Haninin şəhid olduqlarını eşitdi.
Bu məntəqədə Əbu Hərrə adlı bir nəfər özünü İmama (ə) çatdırdı və həzrətin hərəkətini sərt qınayaraq dedi: “Nə üçün əməvilərlə qiyama qalxmısan?”
İmam (ə) buyurdu: “Bəni-Üməyyə əmlakımı aldı, səbir etdim, söydülər, dözdüm, qanımı tökmək istəyirdilər, oradan çıxdım. And olsun Allaha! Zülmkar dəstə məni öldürəcək, Allah da onlara zillət və kəsər qılınc hakim edəcək”.


6092 بازدید
در حال ارسال اطلاعات...