Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2021

İranda digər dinlərin azadlığı qorunmurmu?

Sionist psixologiyası ilə yaşayanlara

Sionizmə bağlı media qurumları elə təsəvvür yaratmağa çalışırlar ki, sanki İranda müsəlmanlardan başqa digər dinlərin, yaxud farslardan başqa digər millətlərin hüquqları tapdalanır. Bu da ona görədir ki, uzun müddətdir İranda azərilərin haqlarının tapdalandığını aləmə car çəksələr də görünür heç kim onlara inamadı. İndi də təlaş edirlər ki, heç olmasa İranı farslardan başqa orada yaşayan insanların hüquqlarını qorumayan bir dövlət kimi qələmə versinlər. Başqa sözlə desək sanki İranda xalqın çoxu fars əsilli olduğu üçün digər vətəndaşlar incidilir, haqları tapdalanır. Əlbəttə, bu media qurumları sionizmə çalışdıqları üçün sionist psixologiyası ilə məsələyə yanaşırlar. Çünki məhz sionist böyükləri özlərini bütün xalqlardan üstün hesab edir, digər xalqların onlara qul olmasını arzu edirlər. Buna görə də onlara çalışan media da istər-istəməz sionizmlə həmrəng ola bilməsələr də asanlıqla onlarla həmxasiyyət olurlar. Halbuki elə əzəl gündən İranda İslam İnqilabı baş verəndən sonra ölkənin Ali Dini Rəhbəri mərhum İmam Xomeyni ağa buyurmuşdu ki, İran bütün məzlumların himayədarıdır. Bu isə o deməkdir ki, əgər, İran bu gün Yəmən, Suriya, İraq, Əfqanistan məzlumlarını qoruyursa, demək öz ölkəsinin vətəndaşlarını da dünəndən qoruyur.
Bu barədə Həzrət İmamın bir fikrinə nəzər salaq: “İranda bütün dini azlıqları özünün ictimai və dini adət- ənənələrini yerinə yetirməkdə azaddır və İslam höküməti özünü onların hüquq və təhlükəsizliyini qorumaqla vəzifəli bilir. Onlar da İranın digər müsəlman vətəndaşları kimi iranlıdır və möhtərəm insanlardır.” (Səhifeyi İmam, cild 4, səhifə 441)

Bu yerdə yeri var ki, Ayətullah Xamenei ağadan da stat gətirək. Belə ki, Təbriz əhalisi ilə görüşündə Ayətullah Xamenei buyurmuşdur ki, fars da türk kimi, türk də fars kimi hamısı iranlıdır, müsəlmandır, bir-biriylə qardaşdır. Həm İmam Xomeyninin, həm də Xamenei ağanın çıxışında bir nöqtəyə təkid vardır. O da bundan ibarətdir ki, bu azlıqlar istər dini olsun, istərsə də milli azlıq, hər birisi iranlıdır, bu ölkənin vətəndaşıdır. Ümumiyyətlə ölkə və inqilab onlarındır. Bu inqilabı onlar ediblər, necə ola bilər ki, inqilab öz qəhrəmanlarını, öz banilərini diqqətdən yayındırsın, onların hüquqlarına riayət etməsin. Gördüyümüz kimi bu da sionizmə işləyən medianın iflasa uğramasından, dezinformasiyası yaymasından başqa bir şey deyil.


323 بازدید
در حال ارسال اطلاعات...