
İmam Hüseyn (ə) aşiqləri daim Kərbəla məktəbinin faydalı olmasını insanlara çatdırmağa çalışıblar. İstər İmam Hüseynin (ə) şəhadətindən sonrakı zülm əleyhinə olan qiyamlar olsun, istər müasir dövrdəki müqavimət hərəkatlarının Kərbəladan ilham almasını dəfələrlə müxtəlif vasitələrlə çatdırıblar. Sadəcə fürsət ələ düşməyib ki, Qarabağ müharibəsi başlasın və Kərbəla məktəbinin məzunlarının göstərdiyi şücaəti bəzi insanların kor gözünə soxaq. Allaha həmd olsun ki, o da baş verdi. Müasir dövrdə İran inqilabının hüseynçi banilərinin, Hizbullahın sionistlərlə olan 33 günlük, daha sonra HƏMAS-ın sionistlərlə baş tutan 22 günlük müharibələrinin qəhrəmanlarının necə İmam Hüseyndən (ə) ilham alaraq mübarizə ortaya qoyduqları dəfələrlə cahillərin diqqətinə çatdırıldığı kimi 44 günlük müharibədə də hüseynçilərin necə rəşadət göstərdikləri, torpaqları erməni şimrlərindən aldıqları bir daha Kərbəla məktəbinin bərəkətini açıq şəkildə göstərdi.
Bundan sonra intizarımız var idi ki, bu cahillər, İmam Hüseyn (ə) məktəbiylə düşmənçilik edən axmaqlar artıq qanmağa başlayacaq və Kərbəla ilə olan müharibələrini sona yetirib bütün güc-qüvvələrini düşmən əleyhinə toplayacaqlar. Digər yandan da qanmazlar anlamır ki, bu məktəbi 14 əsrdir ki, heç kim məğlub edə bilmir, siz haranın dılğırısınız ki, bu məktəbi məğlub edəsiniz.
Düzdür, 44 günlük müharibədə İmam Hüseyn (ə) məktəbinin bərəkəti sayəsində qalib olduqdan sonra bir çox insanların həqiqəti anması da Kərbəla məktəbinin bərəkəti sayəsində baş verdi. Hamı gördü ki, bu məktəb necə şəhadətə susamış oğullar yetişdirmişdir.
Amma, təəssüf hissi ilə demək lazımdır ki, arada bir çox yağışdan sonra çıxan göbələklər kimi müharibədən sonra gizləndiyi siçan deşiyindən çıxan qorxaqlar yenə də çıxıb mənfi fikirlər səsləndirirlər. Sosial şəbəkələr bu cür tiplərin şəkilləri, axmaq-səfeh fikirləri ilə doludur. Başlarında da Elşad Miri, Xeyrəddin Qoca kimi səfeh insanlar dayanır.
Bunlar əslində kimə xidmət edir? Açıq - aşkar masson üzvü olduğunu deyən Elşad Miri kimi axmaq məxluqlar təbii ki, sionistlərə və ermənilərə xidmət edir. Çünki sionistlərdir Ərbəinlə, Kərbəla ilə mübarizə aparan məxluqlar. Ermənilərdir Kərbəla məktəbinin yetişdirdiyi mübarizlərə, poladlara məğlub olan insanlar. Ona görə də ölkəmizdəki tulalarına göstəriş veriblər ki, bütün axmaq fikirlərini Kərbəla məktəbi barədə danışsınlar. Amma, kafirlərin, dinsizlərin xoşuna gəlməsə də Allah öz dinini tamamlayacaq. Hər dövrdə tamamladığı kimi.
Biz yuxarıda Hizbullah, HƏMAS, İran adları əbəs yerə qeyd etmədik. İsrail bu hüseynçilərdən ardı-ardına məğlubiyyətlər gördüyü halda nə etməli idi? Nökərlərinə “gedin Aşura günü şəhərdə su paylayın” deməyəcəkdi ki? Bu məktəbin əzəməti sayəsində məğlub olduqları üçün itlərini bu eşq karvanına fürsət düşdükcə hürdürməyə çalışırlar.